124) Qlomerulonefrit patologiyası zamanı duzsuz pəhriz təyin etmənin səbəbi nədir?
A) Natrium duzları, mayeni toxumalarda saxlayır
B) Maqnezium duzları sinir sistemini tənzimləyir
C) Selenium azad radikalları çıxarır
D) Kalsium duzları osteopoezdə iştirak edir
E) Kalium duzları ürəyə təsir edir
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
125) Qlomerulonefrit xəstəliyinin hematurik forması zamanı əsas klinik əlamət hansıdır?
A) Eklampsiya
B) Arterial təzyiqin yüksəlməsi
C) Ödem
D) Arterial təzyiqin enməsi
E) Sidikdə qan
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
126) Qlomerulonefrit xəstəliyinin nefrotik forması zamanı əsas klinik əlamət hansıdır?
A) Protenuriya
B) Hipotenziya
C) Ödem
D) Eklampsiya
E) Hipertenziya
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
127) Addis-Kakovski üsulu ilə sidiyin hansı porsiyası müayinə olunmalıdır?
A) Sutkalıq diurez
B) 12 saat ərzində
C) Gecə diurezi
D) Axşam diurezi
E) Səhər diurezi
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
128) Addis-Kakovski sınağının normal nəticələri aşağıdakılardan hansıdır?
A) Leykositlər-200-400
B) B) Leykositlər-20000-40000
C) Leykositlər-20000000-40000000
D) Leykositlər-2000-4000
E) Leykositlər-2000000-4000000
Ədəbiyyat: Е.Ежова, Г.И.Ежов «Педиатрия», Практикум Минск «Вышейшая школа» 2003.
129) Neçiporenko üsulu üçün sidiyin hansı porsiyası götürülməlidir?
A) Gecə diurezi
B) Axşam diurezi
C) Səhər diurezi
D) 10 ml birdəfəlik sidik
E) Sutkalıq diurez
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002
Dostları ilə paylaş: |