Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 100
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 4000
Sifariş: 224
Minnətdarlıq
u
Arıqlamaq üçün gün
ərzində kifayət qədər
zülal qəbul etmək
lazımdır. Ancaq zülal orqanizm
üçün faydalı məhsullardan alın-
malıdır. Bu baxımdan ideal kiloda
qalmaq üçün süd məhsulları ina-
nılmaz effektə malikdir. Bəs arıq-
lamaq üçün süd məhsullarından
necə istifadə etmək lazımdır?
Süd məhsullarının tərkibində bol
miqdarda kalsium var. Araşdırmalar
göstərib ki, kalsium yağların əriməsi
prosesini sürətləndirir.
Bir stəkan süd 250 mq. kalsium
ehtiva edir. Gündəlik kalsium ehtiyacı
1000 mq-dır. Deməli 1 stəkan südlə
kifayətlənmək olmaz. Kalsium eh-
tiyacını gün ərzində qatıq və yağsız
pendir yeyərək ödəməlisiniz.
Pəhriz saxlayanlar pendir yeyə
bilərlər. Pendirin yağsız növləri
kökəltmir. Ancaq holland pen-
diri haqda bu fikri söyləmək ol-
maz. Yeməklərin üzərinə pendir
rəndələmək əvəzinə bir az qatıq
töksəniz, daha doğru seçim etmiş
olarsınız.
Az yağlı qatıq orqanizm üçün çox
faydalı olmaqla yanaşı, arıqlama
prosesini də sürətləndirir. Unutmayın
ki, pendiri həzm etmək daha çətindir.
Ona görə də mədə və bağırsaqların
sağlamlığı üçün pendir əvəzinə qatıq
yeyilməlidir.
“International Journal of Obesity”
adlı jurnalda yayımlanan araşdırma-
ya görə, pəhriz saxlayanlar arasın-
da gündə 3 stəkan qatıq yeyənlər
yeməyənlərə nisbətən 22 faiz daha tez
kilo itirirlər.
Qatıq yeyənlərin əzələ nisbəti də
daha yüksək olur. Onların bədənləri
yağ itirsə də, əzələ balansını qoruyub
saxlayır.
Qatıq yeyənlər çətin əriyən qarın
yağlarından daha tez xilas olurlar.
Arıqlamaq istəyənlər üçün digər
faydalı süd məhsullarından biri də
kefirdir.
Kefirin tərkibindəki zülal, kal-
sium və təbii şəkər qanda şəkərin
səviyyəsini tənzimləməyə və aclıq
hissini azaltmağa kömək edir.
Süd özü də olduqca faydalıdır. An-
caq süd içərkən bəzi qaydalara əməl
etmək lazımdır. Süd içməzdən öncə
və sonra ət yemək olmaz.
Kökəlmək istəmirsinizsə, yağsız və
qaymağı götürülmüş süd içməlisiniz.
Dostları ilə paylaş: |