Arif MƏMMƏDLİ
Fotolar Cənnətalı Çingizindir
BÖYÜK ELMİ ŞURADA
ATU-nun mətbuat xidməti
26-27 Yanvar 2016-cı il
tarixlərində Azərbaycan Tibb
Universitetinin (ATU) Tədris
Cərrahiyyə Klinikasında
Amerika-Avstriya Fondunun
Reabilitasiya üzrə Zaltsburq
seminarlarının növbəti satellit
simpoziumu keçirilib.
ABŞ
-ın Kolumbiya Uni-
versitetinin əməkdaşı,
İdman və reabilitasiya üzrə
mütəxəssis Dr. Maykl Seyn “Bel
ağrıları”, “Çiyində ağrı”, “Bel ağ-
rılarında steroid inyeksiyaları”,
“Lumbar faset oynaqların artropa-
tiyasında invaziv müalicə üsulları”
mövzularında mühazirələrlə geniş
auditoriya qarşısında çıxış edib.
ATU-nun Beynəlxalq əlaqələr
ofisinin təşkilatçılığı ilə gerçək-
ləşdirilən və 2 gün davam edən
seminarda ATU-nun Fizioterapi-
ya və İdman təbabəti kafedrası-
nın, Tədris Cərrahiyyə Klinikası-
nın Reabilitasiya şöbəsinin, Bakı
şəhərində yerləşən müxtəlif klini-
kaların əməkdaşları və rezidentləri
iştirak ediblər.
Seminarın birinci günü ATU-
nun Tədris Cərrahiyyə Klinikası-
nın direktoru, AMEA-nın müxbir
üzvü, professor Nuru Bayramov
Maykl Seynlə görüşüb, onu klini-
ka ilə tanış edib. N.Bayramov bu
mövzuda seminarın təşkil olun-
masını təqdirəlayıq hadisə kimi
qiymətləndirib.
Universitetin Beynəlxalq əlaqələr
üzrə prorektoru, dosent Rəhimə
Qabulova AAF Saltsburq seminar-
ları haqda məlumat verərək, gənc
həkimləri bu seminarlarda aktiv
iştirak etməyə çağırıb. M.Seyni
auditoriyaya təqdim edən prorek-
tor, hazırki simpoziumun ATU-da
keçirilən sayca üçüncü tədbir ol-
duğunu xatırladıb.
Seminarda ATU-nun Fiziotera-
piya və İdman təbabəti kafedrası-
nın müdiri, professor Əlişir Musa-
yev, Neyrocərrahiyyə kafedrasının
müdiri, professor Sabir Etibarlı,
Travmatologiya və ortopediya ka-
fedrasının müdiri, uzman Cəfər
Nəsirli, reanimatoloq-alqoloq Vü-
qar Əbdülkərimov, rezident Müj-
gan Onk çıxış ediblər. Mühazirələr
və çıxışlar ətrafında geniş diskus-
siyalar aparılıb.
Tədbirin
sonunda
prorek-
tor R.Qabulova auditoriya adın-
dan M.Seynə Bakıya səfər etdiyi
üçün təşəkkürünü bildirib, ona
xatirə hədiyyələrini təqdim edib.
O, həmçinin Beynəlxalq əlaqələr
şöbəsinin müdiri, dosent Nadir
Zeynalova, ATU-nun TCK-nın Re-
abilitasiya şöbəsinin müdiri Nur-
lana Əliyevaya, rezident həkimlər
Mujgan Onk və Aytən Musayeva-
ya simpoziumun təşkilində aktiv
iştiraklarına görə xüsusi təşəkkür
edib.
Dostları ilə paylaş: |