Ötən il dekabrın 29-dan etibarən
Azərbaycan Tibb Universitetində start
verilən qış semestr imtahanları bu il
fevralın 1-də başa çatır.
İ
mtahanın nəticələri
ilə bağlı Virtual Test
Mərkəzinin direk-
toru Şahin Bayramov-
dan “Təbib” qəzeti üçün
münasibət
öyrəndik.
Onun bildirdiyinə görə,
imtahan başlayandan
40 mindən çox imtahan
keçirilib.
İmtahanların gedişi
zamanı hər hansı qey-
ri-adi hadisənin baş
vermədiyini
diqqətə
çatdıran mərkəzin di-
rektoru tələbələr
tərəfindən heç bir şikayət və narazı-
lığın olmadığını qeyd edib: “İmtahan-
lar çox rahat və normal keçdi. Heç
bir texniki problemimiz olmadı. Hər
gün imtahanların gedişinə universi-
tet rəhbərliyi tərəfindən ciddi nəzarət
olunub. Universitetin rektor əvəzi,
tədris işləri üzrə prorektor, professor
Sabir Əliyev, tədris hissə müdiri, do-
sent Nəsimi Qasımov hər gün imtahan
zallarında olub, müəllim və tələbələrlə
görüşüb,
onlar-
la ünsiyyətdə olaraq
imtahan prosesi ilə
maraqlanıblar.”
İmtahan prosesindən
rəhbərliyin razı qal-
dığını bildirən Şahin
müəllim tələbələrin
99 faizdən çoxunun
müvəffəqiyyət qa-
zandığını, 17 baldan
yuxarı nəticələr əldə
etdiyini də qeyd edib.
Əcnəbi tələbələrin də
böyük əksəriyyətinin
uğur
qazandığı-
nı diqqətimizə çatdıran direktor im-
tahanların gedişi prosesini nor-
mal dəyərləndirərək tələbələrin bilik
səviyyəsinin yüksək olduğunu bildirib.
•
Dostları ilə paylaş: |