Sağlam qidalanma – sağlam həyat
deməkdir
Sağlam qidalanmanın bəzi əsas
şərtlərini nəzərinizə çatdırırıq.
1. İnsan gün ərzində orta hesabla
2 litrə qədər adi su qəbul etməlidir.
Əsasən səhər yataqdan qalxarkən ac-
qarına su içmək məsləhət görülür. Bu
zaman su içmək insanı böyrək duzla-
rından və bağırsaq şlaklarından azad
edir.
2. Zehni və fiziki fəaliyyət zamanı,
yorğun vəziyyətlərdə, qızdırma ha-
lında qida qəbul etməyin. Bu hallarda
qidadan imtina etmək daha faydalıdır.
3. Yalnız aclıq hiss olunduqda qida-
lanmaq lazımdır. Hər qidalanmadan
15-20 dəqiqə əvvəl bir stəkan (200
ml) su için.
4. Yeməkdən dərhal əvvəl, yemək
anında və yeməkdən dərhal sonra su
içməyin. Su 10 dəqiqə ərzində mədəni
tərk edir və özü ilə birlikdə mədə
şirəsini də yuyub aparır. Nəticədə
mədədə həzm prosesi cətinləşir.
5. Çox soyuq və çox isti qidalardan
və içəcəklərdən istifadə etməyin.
6. Əsasən çiy və təbii qidalardan
istifadə edin. Meyvə və terəvəzləri
bişirilməmiş halda qəbul edin.
Muxtəlif
konservantlar,
boyaq
maddələri, dadvericilər və s. qatılmış
qidalardan çəkinin.
7. Xörəkləri qarışdırmayın. Bir
neçə qidanı eyni anda istifadə etmək
məsləhət görülmür.
8. Səhər yeməyinə şirəli meyvələrlə
başlayın. Qış vaxtı quru meyvələrə
üstünlük verin.
9. Qidanı tam çeynəməmiş udmayın.
Əks halda həzm çətinləşir və qidanın
həzminə böyük enerji sərf olunur.
10. Çox yeməyin. Süfrədən doyma-
mış halda durun. Az, amma səmərəli
qidalanın. Tibb elmi sübut edir ki,
bir çox xəstəliklərin səbəbi – çox
yeməkdir.
Biz, Azərbaycanda təhsil alan iranlı tələbələrin
Elmi-mədəni və İdman Birliyi bildiririk ki, 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecədən 26 il ötməsinə
baxmayaraq, Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı
törətdiyi dəhşətli qırğını heç bir zaman unutmayacağıq.
Həmin gecə Ermənistanın işğalçı iddialarına qarşı çıxan
qardaş Azərbaycan xalqı Bakının küçə və meydanlarına
çıxaraq öz haqqını tələb edirdi.
A z ə r b a y c a n
xalqının qəhrəman
oğul və qızları bir
nəfər kimi öz etiraz
səsini qaldıraraq
dinc vasitələrlə
h ü q u q l a r ı n ı n
qorunmasını istə-
yir dilər. Ancaq So-
vet rəhbərliyinin
bir başa
göstərişi
ilə xalqın bu dinc mübarizəsinə qarşı yeridilən qoşun
Bakıda misli görünməmiş qanlı faciəyə səbəb oldu.
Belə ki, Sovet qoşunlarının törətdiyi qırğın nəticəsində
Bakıda 134 dinc vətəndaş öldürüldü, 600-dən çox insan
yaralandı, 800-dən çox adam isə haqsız yerə həbs edildi.
Qətlə yetirilənlər arasında beş millətin nümayəndələri,
o cümlədən uşaqlar, qocalar, qadınlar və əlillər də var
idi.
Sovet qoşunlarının Azərbaycanın paytaxtı Bakı
şəhərində törətdikləri bu qanlı faciə bəşəriyyətin büt-
ün mütərəqqi xalqları tərəfindən də anılır və bu kimi
halların bir daha təkrarlanmamasını istəyirlər.
Bəli, artıq 26 ildir ki, dünya, o cümlədən də
İran xalqı qanlı 20 Yanvar faciəsini Azərbaycan xalqı-
nın Ümumxalq hüzn günü kimi qeyd edir. Biz bu
münasibətlə müxtəlif tədbirlər, o cümlədən kon-
franslar, sərgilər təşkil etməklə Azərbaycana həmdərd
olduğumuzu nümayiş etdiririk. Biz, iranlı tələbələrin
Azərbaycandakı birliyi olaraq 20 Yanvar faciəsinin
xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı
törədilən hər növ bütün cinayətləri pisləyirik.
Dostları ilə paylaş: |