Tibb Universitetinin ictimaiyyəti “20 yanvar” şəhidlərini yad etdi


Bakıda “Biz təhlükəli virusa birlikdə qalib



Yüklə 8,71 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix02.01.2022
ölçüsü8,71 Mb.
#2516
1   ...   11   12   13   14   15   16   17   18   19
Bakıda “Biz təhlükəli virusa birlikdə qalib 

gələcəyik” aksiyası keçiriləcək

Səhiyyə ilə bağlı yeni qanun layihələri hazırlanır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı ilə “2016-2020-ci illər üçün hemofiliya 

xəstəliyi üzrə Tədbirlər Proqramı” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Tədbirlər Proqramı-

nın məqsədi hemofiliyalı xəstələrə göstərilən tibbi 

yardımın həcminin və keyfiyyətinin artırılması, he-

mofiliya nəticəsində əmələ gələn əlilliyin və ölüm 

hallarının azaldılmasıdır.

Proqramın məqsədi hemofiliyanın fəsadlarının 

diaqnostikasının,  müalicəsinin  və  profilaktika-

sının  təkmilləşdirilməsi,  hemofiliya  xəstəliyinə 

düçar  olmuş  şəxslərin  ömürlərinin  uzadılma-

sı  və  həyat  keyfiyyətinin  yaxşılaşdırılması,  bu 

xəstəliyin  müalicəsi  və  profilaktikası  üzrə  tibb 

mütəxəssislərinin hazırlanması və onların ixtisas-

larının artırılmasıdır.

“2016-2020-ci illər üçün hemofiliya xəstəliyi 

üzrə Tədbirlər Proqramı” təsdiq edilib




http://www.amu.edu.az

30 yanvar 2016-cı il

İsveç KİV-lərində  

bu 

ölkədə və Danimarkada 



insanların Zika virusuna 

ilk dəfə yoluxması halları-

nın aşkar olunması haq-

qında məlumat yer alıb. 

Ekspertlər qeyd edirlər ki, 

İsveç vətəndaşının yolux-

ması ağır deyil və onun 

müalicəsinə artıq başlanı-

lıb.

Danimarkada 



da 

test 


keçiriləndən  sonra  həmin  viru-

sa  yoluxma  halı  aşkar  olunub. 

Xəstənin adı açıqlanmır, lakin Orxus 

şəhərindəki hospitalda müalicə aldı-

ğı bildirilir. Bundan əvvəl həmin şəxs 

Zika virusunun geniş yayıldığı Latın 

Amerikasında olub.

Alimlər qeyd edirlər ki, Zika vi-

rusu yüksək hərarətə, konyunktivitə, 

başda və oynaqlarda ağrılara, iltiha-

bi proseslərə, bəzi hallarda isə ürək 

bulanması,  mədə  pozulmasına  və 

ağrısına səbəb olur.

Virusun daşıyıcısı “Aedes aegy-

pti”  ağcaqanaddır.  Məlumat  var  ki, 

hamiləlik  dövründə  virusa  yolux-

ma  uşaqda  mikrosefaliyaya  səbəb 

olur.  Bu  xəstəlik  kəllə  ölçüsünün 

xeyli azalması, əqli gerilik və başqa 

əlamətlərlə müşayiət olunur.

Qeyd  edək  ki,  xəstəlik  bundan 

əvvəl Asiya, Afrika, Cənubi və Şimali 

Amerika,  Sakit  okean  regionlarında 

qeydə  alınıb.  Hazırda  Latın  Ameri-

kası ölkələrinin hökumətləri virusun 

yayılmasının  qarşısını  almaq  üçün 

mübarizəyə başlayıb.

Avstraliyada 12 adi təcili 

yardım maşınını əvəz edə 

bilən təcili yardım avtobu-

su yaradılıb.

AZƏRTAC  health-ua.

org saytına istinadla xəbər 

verir ki, Adelaida ştatında-

kı (Avstraliya) Royyal Hos-

pital klinikasının həkimləri 

dünyada  ilk  “təcili  yardım 

avtobusu”nun  xidmətlə-

rindən  istifadə  edirlər. 

Bu  qeyri-adi  yeniliyin 

təqdimat  mərasimində  Adelaidanın 

yüzlərlə sakini, habelə Avstraliyanın 

səhiyyə  naziri  Cek  Snellinq  iştirak 

edib.


Uzunluğu  15  metrə  yaxın 

olan  avtobus  xüsusi  avadanlıq-

la təchiz edilib. Burada eyni vaxtda 

12  pasiyentə  (6  nəfər  əyləşə  bilən 

və daha 6 nəfər uzanıqlı vəziyyətdə 

xəstəyə)  tibbi  yardım  göstərmək 

mümkündür.  Avtobusun  içərisində 

iki  həkim  və  tibbi  heyətin  üçüncü 

üzvü  –  həm  feldşer,  həm  də  sürü-

cü  vəzifəsini  yerinə  yetirən  şəxs 

üçün yerlər nəzərdə tutulub. Müasir 

tibbi  texnika  ilə  təchiz  edilmiş  bu 

nəhəng təcili yardım maşınında de-

fibrillyatorlar və mobil USM (ultrasəs 

müayinəsi) aparatları quraşdırılıb.

Bu 


avtobus 

eyni 


vaxt-

da  zərər  çəkmiş  çoxsaylı  insan-

lara  təxirəsalınmaz  tibbi  yardım 

göstərilməsi  hallarında:  ağır  yol-

nəqliyyat 

hadisələri, 

texnogen 

qəzalar, o cümlədən kol-koslu və al-

çaq ağacların çox olduğu ərazilərdə 

yanğınlar  zamanı  tətbiq  edilmək 

üçün  nəzərdə  tutulur.  Avstraliyada 

tez-tez  baş  verən  bu  cür  yanğınlar 

insan üçün çox təhlükəlidir.

Royyal  Hospital  klinikasının 

həkimlərinin  sözlərinə  görə,  mü-

hüm  idman  matçları,  konsertlər  və 

minlərlə  tamaşaçı  cəlb  edə  bilən 

digər  kütləvi  tədbirlər  keçirilən 

günlərdə bu qeyr-adi avtobus stadi-

onların və idman saraylarının yaxın-

lığında növbə çəkəcək.


Yüklə 8,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin