Tibb Universitetinin ictimaiyyəti “20 yanvar” şəhidlərini yad etdi



Yüklə 8,71 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix02.01.2022
ölçüsü8,71 Mb.
#2516
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
qarın boşluğunu tamamilə tut-

muşdur.   

  Azərbaycan  Tibb  Universi-

tetinin  Tədris  Cərrahiyyə  Kli-

nikasının 

Mama-Ginekologiya 

şöbəsinə  müraciət  edən  hamilə 

xanımı  müayinə  edən  şöbə  mü-

diri,  uzman  Turab  Canbaxışo-

vun    sözlərinə  görə  pasient  kli-

nikaya  müraciət  edən  zaman 

ultrasəs  müayinəsində  döldə 

sol  böyrək  kıstasının  ölçüsü 

88,7  mm-ə  çatmışdı:  “Belə  ki, 

dölün  öz  bədən  uzunluğu  221 

mm idi. Dölün sol böyrək kısta-

sı  həm  qarın  boşluğundakı  or-

qanları, həm də döş qəfəsindəki 

ağciyər  və  ürəyi  sıxışdıraraq, 

ürək  fəaliyyətini  zəiflətmişdi. 

Ultrasəs  müayinəsində  dölün 

ana  bətnində  ürək  çatışmazlı-

ğından  dərialtı  ödem  izlənilirdi 

və ağ ciyərlərin, ürəyin ətrafında 

maye yığılmağa başlamışdı. Təcili 

müdaxilə etməsəydik, uşaq tələf 

ola  bilərdi.  Bu  səbəbdən,  dö-

lün  sol  böyrək  kıstasına  təcili 

müdaxilə  etdik,  tək  bir  seans-

la təxminən 235 ml sidik (maye) 

çəkildi. Kistanın ölçüsü 90 mm-

dən 21,8 mm-ə qədər kiçilmişdi 

və artıq dölün həyatı üçün təhlükə 

törətmirdi.  Ürək,  ağciyərlər  və 

qarın  boşluğundakı  orqanla-

rın  fəaliyyətləri  bərpa  olmuşdu. 

Hamilə  xanım  hər  iki  həftədən 

bir  müayinələrə  gələrkən  kis-

tanın  ölçüsü  qeyd  olunurdu  və 

kistanın həcmi böyümədiyi üçün 

müdaxiləyə ehtiyac olmadı.”

Hamiləliyin  40-cı  həftəsində 

mama-ginekologiya 

kafedra-

sının  dosenti  Şölə  İsmayılo-

va  tərəfindən  anaya  keysəriyyə 

əməliyyatı  aparıldı  və  döl  sağ-

lam  şəkildə  dünyaya  gəldi. 

Əməliyyat  fəsadsız  keçdi,  la-

kin  sol  böyrək  kistası  hələ  döl 

26  həftəsindəykən  çox  böyük 

ölçülərə  çatdığı  üçün  göbək 

dəliyinin  tam  sağalmamasına 

səbəb  olmuşdu.  Ana  bətnində 

müdaxilə  edilməsinə  baxma-

yaraq,  sidik  kisəsi  ilə  göbək 

dəliyinin  arasında  olan  axacaq 

tam  qapanmamışdı.  Nəticədə 

uşaq müştərək qüsurla - perfo-

rasiya olunmuş embrional göbək 

dəliyi, sidik kisəsi və göbək dəliyi 

arası  fistulası  ilə  doğulmuşdu. 

Neonatologiya  şöbəsinin  müdi-

ri, Səadət Yaqubovanın sözlərinə 

görə,  belə  uşaqlarda  infeksiya-

laşma riski çox yüksəkdir. Bu riski 

nəzərə alaraq, uşaq cərrahiyyəsi 

şöbəsinin müdiri, tibb üzrə fəlsəfə 

doktoru Ramiz Poluxovla konsi-

lium  aparılaraq  təcili  əməliyyata 

qərar  verildi.  Uşaq  neonatoloji 

reanimasiyada  əməliyyata  ha-

zırlandı  və  əməliyyata  götürül-

dü.  Əməliyyatda  həm  embrional 

yırtıq ləğv olundu, həm də sidik 

kisəsi  ilə  göbək  dəliyi  arasında 

olan  həddindən  artıq  geniş  fis-

tula  ayrılaraq  tikildi.  Əməliyyat 

uğurla  başa  çatdı.  Əməliyyatda 

iştirak  edən  böyük  briqadanın 

operativliyi  və  profesionallığı 

nəticəsində  bütün  risklərin  qar-

şısı alındı və hər bir lazımi neo-

natoji tədbirlər görüldü. 


Yüklə 8,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin