TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə26/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   22   23   24   25   26   27   28   29   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

26



göstərir. Nitq mərkəzi də burada yerləşir, ona görə də insanın söz ifadə etməsi, onun 

tənəffüsünün ritmləri ilə uzlaşır.  

      Baş  beyindən  daxil  olan  informasiyaların  sayəsində  tənəffüs  mərkəzi  qidanın 

udul-ması prosesində iştirak edən orqanların ya danışarkən və mahnı oxuyarkən səs 

aparatı  orqanlarının  işini  öz  aralarında  uzlaşdırır.  Yalnız  nəfəsvermə  zamanı  səs 

yaranır. Rəvan nitq və ya mahnı oxumaq, fasiləsiz surətdə pauzalarda tənəffüs etmək 

yalnız tənəffüs or-qanlarının dəqiq uzlaşmış fəaliyyəti şəraitində mümkün olur.  

      Müəyyən  edilmişdir  ki,  tənəffüs  mərkəzində  xüsusi  hüceyrələr  var  ki,  onlar 

hüceyrə-arası maddədə karbon qazının cüzi miqdarda dəyişilməsinə qarşı son dərəcə 

yüksək  həssaslıq  göstərirlər.  Hüceyrəarası  maddədə  karbon  qazının  toplanması 

tənəffüs  mər-kəzini  oyandırır,  dərindən  həfəsalma  və  nəfəsverməyə  səbəb  olur. 

Bunun üçün öz üzərənizdə belə bir sınaq apara bilərsiniz. Əvvəl dərindən nəfəs verin 

və  tənəffüsünüzü  30  –  40  saniyə  ləngidin.  Bundan  sonra  yenidən  tənəffüs  etməyə 

başlayın.  Belə  halda  ilk  tənəffüs  hərəkətlərinin  daha  dərin  olacağını  özünüz 

müşahidə edəcəksiniz.  

      Baş beyin yarımkürələrinin təsiri nəticəsində tənəffüs aparatı öz işini iradi olaraq 

də-yişdirə bilər. Ağır iş görərkən, orqanizmi oksigenlə təmin etmək üçün dərindən 

və  yalnız seyrək tənəffüs  etmək  daha  faydalıdır.  Güclü  emosiyalar, belə ki,  qəzəb, 

vahimə, ağla-maq tənəffüsün güclənməsi və əksinə, qüssə, kədər, əhvali-ruhiyyənin 

pozulması tənəf-füsün zəifləməsi ilə müşayiət olunur.  

      Mərkəzi  və  periferik  xemoreseptorlardan  və  mexanoreseptorlardan  daxil  olan 

impuls-lar,  tənəffüs  mərkəzinin  fəaliyyətinə,  afferent  stimullaşdırıcı  təsir  göstərir. 

Uzunsov  beyin-də,  karotid  sinusunda  və  aorta  qövsündə  yerləşən  xemoreseptorlar 

hidrogen  ionlarının  və  karbon  qazının  konsentrasiyasına  qarşı  yüksək  həssaslıq 

göstərir.  Bundan başqa karotid sinusunda  və aorta  qövsündə  elə  reseptorlar  var ki, 

onlar  qanda  oksigenin  miq-darının  dəyişilməsinə  qarşı  həssas  olmalarına  görə 

fərqlənirlər.  Arterial  qanda  karbon  qazı  gərginliyinin  artması  və  pH-ın  azalması 

tənəffüsün  tezliyinin  və  gərginliyinin  artma-sına  səbəb  olur.  Qanda  oksigenin 

gərginliyinin azalması, yəni hipoksiyası zamanı karotid sinusunda və aorta qövsündə 

yerləşən reseptorların həssaslığı yüksəlir.  

      Traxeyaların  və  bronxların  saya  əzələlərində  yerləşən  dartınma  mexano 

reseptorları-nın təsirilə ağciyərlərdə və tənəffüs yollarında yaranan dartınma o həddə 

çatır  ki,  nəfəs-almanın  mərkəzi  neyronlarında  meydana  çıxan  tormozlanma,  öz 

növbəsində  nəfəsver-mənin  başlanmasına  səbəb  olur.  Reseptorların  oyanması 

ağciyərlərin  dartınmasının  sürətindən  asılıdır.  Bu  mexanizm  sayəsində  tənəffüsün 

tezliyi təmin olunur.  




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin