effektlidir, çünki bu za-man alveol havasında qazlar mübadiləsinin intensivliyi daha
yüksək olur.
Ağciyərlərdə qazlar mübadiləsi. Ağciyərlərdə qan damarları və alveollar
arasında müntəzəm olaraq qazlar mübadiləsi gedir. Alveolların divarı birqatlı yastı
epiteli hüceyrə-lərindən qurulmuşdur.
Alveollarda oksigenin miqdarı atmosfer havası ilə müqayisədə nisbətən az,
karbon qazının miqdarı isə nisbətən çox olur.
Bu proses alveol havasındakı qazların parsial təzyiqindən və onların qandakı
gərgin-liyindən asılıdır.
Alveol havasında oksigenin parsial təzyiqi nə qədər çox, venoz qanda onun
gərginliyi azdırsa, belə halda oksigen alveollardan qana, venoz qanda isə karbon
qazının konsen-trasiyası çox olduğuna görə o venoz qandan alveol havasına keçir.
Qazların diffuziyası parsial təzyiq bərabərləşənədək davam edir. Bu zaman
ağciyərlərə gətirilən venoz qan oksigenlə zənginləşir və arterial qana çevrilir.
Eritrositlərdə azalan karbonat turşusunun əvəzinə ona qan plazmasından
natrium-hidrokarbonatın dissosiasiyası nəticəsində yaranan hidrokarbonat ionlarının
yeni payları daxil olur. Hidrokarbonat ionlarının əvəzinə eritrositlərdən qan
plazmasına xlor ionları keçir.
Toxumalarda qazlar mübadiləsi. Toxumalara gətirilən arterial qanda oksigenin
par-sial təzyiqi 100 mm civə sütununa, karbon qazının gərginliyi isə 40 mm civə
sütununa bərabər olur. Maddələr mübadiləsi prosesində oksigen toxumalarda
fasiləsiz surətdə sərf olunur, ona görə də toxuma mayesində oksigenin gərginliyi
sıfra yaxınlaşır. Bu za-man gərginliyin fərq gücünə uyğun olaraq oksigen arterial
qandan toxumalara diffuziya edir. Toxumalarda gedən maddələr mübadiləsi
nəticəsində karbon qazının miqdarı toxu-ma mayesində artır və onun burada
gərginliyi 60 mm civə sütununa yüksəlir. Arterial qanda isə karbon qazının
gərginliyi xeyli azdır. Ona görə də karbon qazı gərginliyin yük-sək olduğu yerdən,
yəni toxuma mayesindən gərginliyin az olduğu yerə – qana diffuziya edir. Karbon
qazı toxuma mayesindən qan plazmasına keçir, su ilə birləşir və asan dis-sosiasiya
edən zəif karbonat turşusuna çevrilir.
Nəfəsalma və nəfəsvermə prosesləri uzunsov beyində yerləşən tənəffüs
mərkəzinin fəaliyyəti sayəsində qeyri-iradi vəziyyətdə icra olunur. Uzunsov beyində
nəfəsalma və nəfəsvermənin ritmik surətdə gedişini təmin edən iki neyron qrupu
fəaliyyət göstərir. Bu neyronlar iki hissədən ibarət olub, nəfəsalma və nəfəsvermə
mərkəzlərini təşkil edir.
Varoliyev körpüsü də bu neyronlarla əlaqədə olub, tənəffüsün tənzimində iştirak
edir və pnevmatik adlanan mərkəzi əmələ gətirir. Pnevmatik mərkəz nəfəsalmanın
nəfəsver-məyə keçməsini təmin edir. Bu mərkəzin dağılması nəticəsində nəfəsalma
prosesi uzanır və həddən artıq dərinləşir.
Nəfəsalma mərkəzi oyanan zaman oyanma dalğası onurğa beyninə ötürülür,
sonra periferik sinirlərlə nəfəsalma əzələlərinə çatır, onların yığılması ilə nəfəsalma
prosesi icra olunur. Tənəffüs mərkəzi avtomatik surətdə işləyir – o, yatmış və ya
şüurunu itirmiş adamda da fəaliyyətini davam etdirir. Lakin tənəffüs aktlarının
icrasını insan iradi olaraq müəyyən qədər dəyişdirə bilər. Bu sübut edir ki, insanın
tənəffüs mərkəzi baş beynin böyük yarımkürələri qabığının nəzarəti altında fəaliyyət
Dostları ilə paylaş: