TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə31/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   27   28   29   30   31   32   33   34   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

29



Məsələn,  boğazağrısı,  bronxit,  ürək  tutmaları,  səs  tellərinin  disfunksiyası  da 

təngnəfəsliyə,  bogulmaya,  xırıltıya  səbəb  ola  bilər.  Spirometriya  düzgün  diaqnoz 

qoyulmasına kömək edir.Ag ciyərlərin rentgen və kompyuter tomoqrafiyası köməyi 

ilə  infeksiyanı,  tənəffüs  yollarınin  yoluxmasını,  xroniki  qan  dövranı 

çatışmamazlıgını  və  ya  yad  cismin  tənəffüs  yoluna  duşməsini  aradan  götürmək 

olar.Astmanın  allergik  olub-olmamasını  təyin  etmək  üçün  dəri  testləri  aparmaq 

lazımdır.  Qeyri-allergik  astmanın  səbəblərini  tapmaq  üçün  bəlğəm  analizi 

aparılmalıdır. Həkim-allerqoloqdan məsləhət almaq hər kəsə lazımdır. 



Müalicə 

 

Əgər  sizdə  astma  tutması  baş  veribsə,  birinci  növbədə  otağı  təmiz  hava  ilə  təmin 



edin. Bu anda xəstə onun halını yaxşılasdıran vəziyyətdə , məsələn, oturmuş və ya 

əllərinə dikələrək dayanmalıdır. Xardal yaxmasını sinənizə və ya baldırınıza qoyub 

isti  ayaq  vannası  edin.  Ağır  tutmalarda  təcili  yardım  çagırmaq  lazımdır.  Astmanın 

müalicəsi  üçün  simptomatik  və  əsas  preparatlardan  istifadə  olunur.  Simptomatik 

preparatlar  tənəffüs  yollarını  açırlar,  spazmanı  və  tutmanı  aradan  götürürlər.  Əsas 

preparatlar bronxların iltihabını azaldırlar və tutmaların uzun müddətli profilaktikası 

üçün  istifadə  olunurlar.  Ola  bilsin  ki,  sizə  də  fizioterapiya  və  ya  spesifik 

immunoterapiya kurslarından keçmək lazımdır. Bronxial astmanın düzgün müaliçəsi 

üçün  xəstə  (idealda  həm  də  onun  qohumları)  astma-mərkəzdə  tutmaların  əsas 

profilaktik  tədbirlərini,  rasional  nəfəsalma  üsulunu,  allergen  və  astma  əleyhinə 

preparatların əsas qruplarını və individual hipoallergen dieti öyrənməlidir. 

    Donuz 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin