TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə30/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   26   27   28   29   30   31   32   33   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

Bronxial  astma:  Bronxial  astma  –  ilk  növbədə  bronxların  –  agciyər  tənəffüs 

yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki 

xəstəlik  olmasından  asılı  olaraq  allergik  komponentli  astmani  qeyri-allergik 

astmadan  fərqləndirirlər.  Qeyri-allergik  astmada  xroniki  iltihablı  tənəffüs  yolları 

həddən  artıq  həssasdırlar.  Hər  hansı  qıcıqlanma  bronxların  spazmasına  aparır, 

tənəffüs  məhdudlaşır  və  bu da  öskürək  və  boğulmalara  gətirib  çıxarır.  Astmatiklər 

üçün  tutmalara  səbəb  olan  bir  çox  faktorlar  vardır,  məsələn;  siqaret  tüstüsünün 

kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. 

Bir  cox  dünya  alimlərinin  gəldiyi  nəticə  heç  də  təsəlliveriçi  deyil:  hər  beşinçi 

astmatik peşəsinə görə bu xəstəliyə tutulur.  Simptomlar  və gedişat.Fiziki təsirdən 

bir  neçə  dəqiqə  sonra  (məsələn,  qışda  küçədə  qaçarkən  soyuq  və  quru  havanın 

udulmasi)  astmanın  simptompları  üzə  çıxır.  Aspirin  və  ya  bu  qrupdan  olan  bəzi 

iltihab  əleyhinə  preparatların  (panadol,  kalpol  və  s.)  qəbulundan  sonra  adamda 

aspirin  astmasının  simptomları  baş  verə  bilər.  Qida  əlavələri  də,  məsələn;  pivə  və 

caxırın  koservantları,sulfitlərin  qəbulu  astmaya  səbəb  ola  bilər.    as 

Astmanın  ən  xarakterik  simptomları:  •  öskürək  –  tez-tez,  əziyyətli  və  daimi 

xarakterli.  Öskürək  gecələr  arta  bilər,  məsələn  fiziki  işdən,  soyuq  havanın 

qəbulundan sonra və s. • bogulma; • döş qəfəsinin sanki sıxılması - tənəffüs o qədər 

məhdudlaşır ki, bu nəfəs ala bilməmək qorxusu yaradır; • sıxilmış nəfəs yollarından 

çətinliklə keçən havanın vibrasiyasından quru xırıltılar eşidilir. 

Astmanın  ağır  və  kəskin  formalarında  adam  tutma  vaxtı  ağzı  ilə  nəfəs  alır  və 

nəfəsalmanı  asanlaşdırmaq  üçün  boyun,  çiyin  və  digər  əzələlərdən  istifadə  edir. 

Bundan əlavə, nəfəs yolları sıxılanda nəfəs almaq nəfəs verməkdən daha asan olur. 

Çünki  döş  qəfəsinin  əzələləri  və  orqanizm  daha  çox  bu  prosesə  uyğunlaşmışlar. 

Nəfəsvermə, əksinə, normal halda passiv olur, yəni xüsusi səy göstərilmir, ona görə

də  əzələlər  havanın  sıxılmış  nəfəs  yollarından  çıxarılması  üçün  o  qədər  də  inkişaf 

etmirlər.  Nətiçədə  ağ  ciyərlərdə  hava  qalır  və  şişir  ki,  bu  da  şişmiş  ciyər 

simptomudur.  Uzun  müddət  astma  xəstəliyinə  tutulmuş  cavan  adamlarin  döş 

qəfəsləri uzunsov inkisaf edir. Kəskin ağır astmada əvvəl “fit çalan” döş qəfəsi sonra 

“susur”, fit səsləri eşidilmir. Çünki alınan və verilən hava o qədər az olur ki, səslər 

eşidilməyə  də  bilər.  Allergik  mənşəli  astmada  tutmadan  əvvəl  adamda 

zökəm,vegetativ distoniya simptomları və öskürək başlayır. 



DiaqnozBronxial  astmanın  ilk  tutmalarından  sonra  hekim-pulmonoloqa  müraciət 

etmək  lazımdır.  Lakin  hərdən  astma  tutmalarını  müəyyənləşdirmək  çətin  olur. 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin