Həzm orqanlarının əhəmiyyəti və funksiyası. Orqanizmin yaşaması üçun
zəruri şərtlərdən biri də onun qidalanmasıdır. İnsanda və onurğalı heyvanlarda
qidanın həzmi və sorulması bağırsaqlarda və digər həzm orqanlarında gedir.
Heyvanat aləmi təkamülünün müxtəlif dövrlərində həzm prosesi üç formada
inkişaf etmişdir etmişdir: hüceyrədaxili, hüceyrəxarici və və membran həzmi.
Qida məhsulları həzm borusunda fermentlərin təsirilə hüceyrələrin mənimsəyə
biləcəyi həddə qədər parçalanır. Parçalanma nəticəsində zülallardan amin turşuları,
yağ-lardan qliserin və yağ turşuları, karbohidratlardan qlükoza əmələ gəlir. Yaranan
parça-lanma məhsullarının hesabına orqanizm öz tərkibinə uyğun olan yeni üzvi
maddələr sin-tez edir.
Ancaq vitaminlər, su və mineral duzlar həzm orqanlarında dəyişilməyə məruz
qalma-dan sorulmaya uğrayırlar. Sadə birləşmələrin qana və limfaya sorulması
tərkibində olan fermentlərin təsirilə daha sadə hissələrə parçalandıqdan sonra nazik
bağırsaqların daxili divarında yerləşən nazik bağırsaq xovlarının səviyyəsində gedir.
Qidanın həzm borusunda fiziki və kimyəvi dəyişikliyə uğraması, onun daha sadə
və suda həll ola bilən birləşmələrə çevrilməsi, qana və limfaya sorulması, hüceyrələr
tərə-findən mənimsənilməsi prosesinə həzm deyilir.
Həzm sisteminin quruluşu. Həzm sistemi orqanlarına ağız, udlaq, qida borusu,
mədə, nazik və yoğun bağırsaqlar daxildir.
Həzm kanalının divarı xaricdən sıx birləşdirici toxuma, onun altında yerləşən
saya əzələ qatı, daxildən isə selikli qişa ilə örtülmüşdür. Həzm kanalından kənarda
yerləşən iri vəzlərin; üç cüt ağız suyu, qaraciyər və mədəaltı vəzilərin axarları da
həzm kanalının boşluğuna açılır.
Həzm borusu ona daxil olan bitki və heyvani mənşəli qidaları həzm etmək üçün
hərəki-motor, sekretor və sorulma funksiyaları prosesini yerinə yetirir.
Həzm borusu funksiyasının sinir humoral tənzimi. Sinir sisteminin əsas
funksiya-sı mədə və bağırsaq traktının hərəki, sekretor və sorulma funksiyasını
tənzim etməkdir. Sinir sistemi həzm borusunun əzələləri arasında xüsusi quruluşlu
sinir toru əmələ gətirir. Əzələarası Auerbax sinir kələfi birinci növbədə həzm
borusunun hərəki-motor funksiya-sını, selikli qişanın altında yerləşən Meyssner sinir
kələfi isə həzm borusunda olan vəzlə-rin şirə ifrazını idarə edir.
Vegetativ sinir sisteminin parasimpatik şöbəsinin qıcıqlanması həzm borusunun
fəa-liyyətini artırır, simpatik şöbənin qıcıqlanması həzm borusunun fəaliyyətini
artırır, simpatik şöbənin qıcıqlanması isə əksinə, həzm borusunun fəallığını
tormozlayır.
Həzm borusunun müxtəlif funksiyalarının humoral yolla tənzimi, bioloji fəal
maddələ-rin iştirakı ilə yerinə yetirilir.
Ağız boşluğu dəhliz və xüsusi ağız boşluğundan ibarətdir. İnsanda və
məməlilərin əksəriyyətində ağız boşluğu üst və alt dodaqlardan, yanaqlardan, sərt və
yumşaq damaqdan, dildən və ağız boşluğunun dibində yerləşən əzələlərdən əmələ
gəlib. Ağız boşluğunun divarı daxildən selikli qişa ilə örtülmüşdür. Selikli qişa külli
miqdarda selik ifraz edən kiçik vəzlərlə örtülmüşdür.
Dişlərin bünövrəsi inkişafın embrional dövründən başlayır. Anadan olandan 5 –
6 ay sonra süd dişləri çıxmağa başlayır və 6 yaşa qədər onların sayı 20-yə çatır: 8
kəsici, 4 köpək və 8 kiçik azı dişi. “Süd dişləri” adı dahi yunan həkimi Hippokrat
Dostları ilə paylaş: