tərəfindən veril-mişdir. 5 – 8 ayından sonra ilk dəfə alt çənədə birinci olaraq orta
kəsici dişlər, bir yaşın-da adətən 8 diş, 3 yaşın əvvəlində bütün 20 süd dişi çıxmış
olur. Süd dişləri 6 yaşından sonra daimi dişlərlə əvəz olunur. Daimi dişlərin sayı
yaşlılarda 32-yə çatır. Bunlar 8 kəsi-ci, 4 köpək, 8 kiçik azı və 12 böyük azı
dişləridir. Axırıncı dövrlərdə çıxan 4 böyük azı di-şinə ağıl dişi deyilir.
Quruluşuna görə dişlər tac, boyun və kök hissələrindən ibarətdir. Diş tacının diş
ətini dələrək ağız boşluğunda görünməsinə dişçıxarma deyilir. Ağız boşluğunda
qidanın xırdalanması ilə bərabər onun üç cüt ağız suyu vəzləri tərəfindən islanması
və bir sıra qida maddələrinin ilkin hidrolizi baş verir. Ağız boşluğunda üç cüt iri –
qulaqyanı, çənə və dilaltı ağız suyu vəzlərinin axarı açılır. Tüpürcəyin tərkibində
99% su, üzvi və mineral maddələr vardır. Həmin vəzlər gündə 0,6 – 2 litrə qədər
tüpürcək ifraz edir.
İ.P.Pavlov tərəfindən qulaqyanı vəzin axarı çıxarılıb üzün dərisinə tikilmişdir.
Bun-dan sonra həmin vəzin şirəsi ağız boşluğuna deyil, xaricə tökülmüşdür.
Ağız suyunun tərkibində qidanı kimyəvi dəyişikliyə uğradan maltaza fermenti
vardır. Ağız boşluğunda fermentlərin təsirindən karbohidratlar disaxaridlərə qədər
parçalanır.
Dil əzələli orqandır, üzəri dad reseptorları ilə zəngin olan selikli qişa ilə
örtülmüşdür. Dilin kökü, cismi və üst tərəfi vardır. Dilin üst tərəfində şirin, yan
Dil qidanın dadını və temperaturunu hiss etməklə yanaşı, onun udulmasında
iştirak edir.
Tüpürcəyin tərkibində olan lizosim maddəsi bakteriosid təbiətlidir.
Ağız boşluğunda olarkən qidanın çeynənilməsi və udularaq qida borusu ilə
mədəyə daxil olması təmin olunur.
İ.P.Pavlov ağız suyu vəzlərinin fəaliyyətini onların vəzlərinin axaranı xaricə
çıxarıb üzün dərisinə tikmək və axarlarına fistul qoymaqla öyrənmişdir. O, müəyyən
etmişdir ki, tüpürcək reflektor yolla ifraz olunur. Qida əvvəlcə reseptorları
qıcıqlandırır və əmələ gələn oyanma mərkəzəqaçan sinirlə uzunsov beyində olan
ağız suyu mərkəzinə, oradan mərkəzdənqaçan hərəki sinirlərlə tüpürcək vəzlərinə
çatdırılır və ağız suyu vəzləri şirə ifraz etməyə başlayır.
Mədə. Həzm kanalının ən genişlənmiş torbayabənzər hissəsi olub, həcmi 1,5 – 3
litrə bərabərdir. Mədə qarın boşluğunun sol tərəfində diafraqmanın altında yerləşir.
Həzmin gedişi mədədə 3 – 10 saat davam edir. Mədənin divarı 3 qatdan –
xaricdə birləşdirici toxumadan, ortada əzələ toxumasından və daxildə selikli qişadan
qurulmuş-dur.
Mədənin yuxarıda kiçik girəcəyi, aşağıda böyük əyriliyi və çıxacaq hissəsi var.
Qida borusunun mədəyə açılan hissəsinə onun girəcəyi, onikibarmaq bağırsağa
keçən hissəsinə çıxacağı deyilir. Mədə şirəsinin tərkibində fermentlər, xlorid turşusu,
seliyəbənzər maddələr vardır. Mədə divarının yığılması sayəsində qida mədə şirəsi
ilə daha yaxşı qarışır, bu isə onun həzm olunmasını asanlaşdırır.
Mədədə selik ifraz edən əlavə hüceyrələr də vardır. Selik mədənin divarını
pepsin fermentinin və xlorid turşusunun dağıdıcı təsirindən qoruyur. Mədənin
onikibarmaq bağırsağa açılan hissəsində olan sfinktor açılaraq yarım qarışdırılmış
qida möhtəviyyatı-nı hissə-hissə bağırsağa ötürür.
Dostları ilə paylaş: