TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə42/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   38   39   40   41   42   43   44   45   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

35



xarakterik olan yağlar əmələ gətirir. Yağlar limfa damarlarına soru-lur və limfa ilə 

birlikdə ürəyin sağ qulaqcığına açılan boş vena məcrasına qovuşur.  

      Onikibarmaq  bağırsağın  uzunluğu  25–30  sm,diametri  3–5  sm  bərabərdir. 

Onikibar-maq bağırsağa qaraciyər və mədəaltı vəzinin axarları açılır.  

      Qaraciyər  ən  iri  həzm  vəzlərindən  olub,  çəkisi  1,5–2  kq  qədər.  O  sağ  tərəfdə 

diafraq-manın  və  qabırğaların  altında  yerləşir.  Gün  ərzində  500  –  1200  ml  öd 

hazırlayır.  Öd  zəif  qələvi  reaksiyaya  malikdir.  Öd  yağların  daha  kiçik  hissələrə 

parçalanmasını  və  sorulma-sını  asanlaşdırır.  Bağırsaq  şirəsi  və  mədəaltı  vəzinin 

şirəsi fermentlərin fəallığını artırır.  

      Qaraciyər  bağırsaqlardan  qana  sorulan  zəhərli  maddələrin  95%-ə  qədərini 

zərərsiz-ləşdirir,  ammonyakı  sidik  cövhərinə  çevirir.  Mədənin  arxasında, 

  q,  uzunluğu  12–15  sm  olan 

mədəaltı  vəzi  yerləşir.  Vəzin  axarı  ilə  həzm  şirəsi  onikibarmaq  bağırsağa  açılır. 

Nazik bağırsaq şirəsinin mühiti qələvi reak-siyaya  malik olub,  mədədən daxil olan 

turş qida mühitini neytrallaşdırır. Nazik bağırsaq-larda həzm prosesi bir-birilə əlaqəli 

3 mərhələdə gedir: boşluq həzmi, membran həzmi və sorulma.  

      Öyrəndiyimiz  hüceyrədaxili  və  hüceyrəxarici  həzm  tipindən  başqa  alimi 

A.M.Uqolyev  tərəfindən  kəşf  edilən  üçüncü  membran  həzm  tipi  müəyyən 

edilmişdir.  Membran  həzmini  hüceyrədaxili  və  hüceyrəxarici  mühit  sərhədində 

membranın üzərində xovlar arasında fiksə olunmuş çoxlu fermentlər həhata keçirir. 

Ölçüləri  iki  qonşu  mikroxovlar  arasındakı  məsafədən  kiçik  olan  qida  hissəcikləri 

membran həzmə məruz qalır.  

      Su, aminturşular, qlükoza, qliserin və monosaxaridlər xovların qan kapilyarlarına 

so-rulur və bütün orqanizmə aparılır.  

      Nazik  bağırsaqlar  yoğun  bağırsaqlara  keçir.  Onun  uzunluğu  1,5–2  metrə  çatır. 

Dia-metri  4–8  sm-dir.  Yoğun  bağırsağa  soxulcanabənzər  çıxıntısı  ilə  birlikdə  kor 

 

      Yoğun  bağırsaqda  xoylar  olmur.  Yoğun  bağırsaqda  gün  ərzində  1  litrə  qədər 



suyun  və  mineral  maddələrin  sorulması  baş  verir.  Bundan  başqa  zülal  qalıqlarının 

cürüməsi  nə-ticəsində  əmələ  gələn  bir  sıra  zəhərli  maddələr  qana  sorulub,  həmin 

qanla qaraciyərə daxil olan qapı venası ilə ora daxil olur və orada zərərsizləşdirilir. 

Yoğun bağırsaqda  mik-roorqanizmlər  olur.  Mikroorqanizmlərin  içərisində bağırsaq 

çöpləri üstünlük təşkil edir.  

      Yoğun  bağırsağın  mikroflorası  həll  olmayan  qida  qalıqlarını,  eyni  mənşəli 

qidaları  parçalayır.  B  və  K  qrupundan  olan  vitaminləri  sintez  edir,  xəstəliktörədən 

mikrobların  fəaliyyətini  dayandırır  və  maddələr  mübadiləsində  fəal  iştirak  edir. 

Lazımsız  qida  möhtə-viyyatının  130–150  q-ı  sorulmaya  uğramır  və  düz  bağırsaq 

vasitəsilə xaric olur. 

      Yemək  təzə  qida  məhsullarında  hazırlanmalıdır.  Adam  xarab  olmuş  qida 

məhsulları-nı  yeməklə  zəhərləndikdə  mədəni  tez  yuyub  mötəviyyatı  oradan 

çıxarmaq məsləhətdir. Bunun üçün zərərçəkmiş adama bir neçə litr ilıq su içirtmək, 

dilin  kökünü,  udlağın  dal  di-varını  çay  qaşığı  ilə,  yaxud  münasib  bir  şeylə 

qıcıqlandırıb onu qusdurmaq lazımdır.  

      Müxtəlif  qidalarla  birlikdə  həzm  kanalına  düşən  mikroblar  ağız  suyundakı 

lizosimlə-rin,  mədə  şirəsinin  tərkibindəki  xlorid  turşusunun  və  qaraciyərin 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin