MÖVZU:Sinir sistemi və onun xəstəlikləri
PLAN
1.Sinir sistemi.
2.Baş beyin.
3.Onurğa beyin
4.Sinir sisteminin xəstəlikləri.
Sinir sistemi sinir hüceyrələri və neyronlardan ibarətdir. Sinir hüceyrəsi öz cismi və
çı- xıntıları ilə birlikdə neyron adlanır.
Neyronun iki tip çıxıtısı var. Birinci qısa şaxəli dendritlərdən və şaxələnməyən
bir uzun çıxıntılı aksondan ibarətdir. Aksonun tək bir çıxıntısı olur, uzunluğu bəzən
1 metrə çatır. Dendritlər oyanmanı sinir hüceyrəsinin cisminə ötürür. Aksonlar isə
oyanmanı hüceyrədən digər sinir hüceyrələrinə və işçil orqana nəql edir.
Sinir sistemində məlumatlar ixtisaslaşmış hüceyrəarası təmaslar – sinapslar
vasitəsi-lə həyata keçirilir. Oyanma bir sinir hüceyrəsindən digərinə biologi fəal
maddələr vasitəsi ilə yerinə yetirilir. Məlumatı nəql edən hüceyrədən biologi fəal
maddələr sinaps yarığına ifraz olunur və sonra qəbuledici hüceyrənin membranı ilə
qarşılıqlı təsirdə olur və oyanma vəziyyətinə keçir. Neyronların digər qismi hərəki
neyronlar olub onurğa beyni və baş beyindən gedən impulsları əzələlərə və daxili
orqanlara ötürür. Onurğa beynində hissi və hərəki və hərəki neyronlar arasındakı
əlaqə onurğa beynində ara neyronlar vasitəsilə yaranır.
Neyronların bədəndə toplantısından baş və onurğa beyni, sinir düyünlərinin boz
mad-dəsi, neyronlarırın çıxıntısından isə beynin ağ maddəsi, sinir lifləri və sinirlər
əmələ gəlir. Orqanın hissi sinir lifləri qıcığı qəbul edən və onu sinir impulslarına
çevirən xüsusi törə-mələrdə, hərəki sinir lifləri isə sinirin uc çıxıntıları ilə orqanlarda
qurtarır.
Baş beyində neyronların sayı 25 milyarddan, mühitdə isə 25 milyondan çoxdur.
Sinir sistemini mərkəzi və mühiti sinir sisteminə bölürlər. Mühiti sinir sisteminə isə
baş və onur-ğa beynindən çıxan sinirlər və sinir hüceyrələri daxildir. Onlar da öz
növbəsində innervasiya etdikləri üzvlərlə əlaqədə olaraq somatik, vegetativ və ya
avtonom sinir sisteminə ayrılırlar.
Veqetativ sinir sistemi də iki şöbəyə - simpatik və parasimpatik şöbələrə
bölünür. Mə-sələn simpatik sinir ürəyin fəaliyyətini qüvvətləndirir və sürətləndirir,
parasimpatik isə zəif-lədir və ləngidir. Hər iki sinir sıx qarşılıqlı təsirdə fəaliyyət
göstərsə də, vegetativ sinir sis-temi bir sıra müstəqilliyə malikdir.
Somatik sinir sisteminin fəaliyyəti iradidir, avtonom sinir sisteminin fəaliyyəti
isə qeyri-iradidir. Məsələn, adam özü istədiyi vaxt ürəyinin fəaliyyətini, həzm
prosesini, tər ifrazını dayandıra bilməz. Mərkəzi sinir sistemindən oyanmaları
orqanlara nəql edən sinirlərə mərkəzdənqaçan və ya hərəki sinirlər deyilir. O
sinirlərə ki, oyanmaları mühitdən mərkə-zə nəql edir, onlara mərkəzə qaçan, hissi və
ya duyğu sinirləri deyilir.
Dostları ilə paylaş: