TiBBİ BİLİKLƏRİN Əsaslari


Həzim sisteminin xəstəlikləri



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə44/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   40   41   42   43   44   45   46   47   ...   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

 Həzim sisteminin xəstəlikləri:       

    

    


 

            

 

 

 



 

 

 

 



 

 

 



KitabYurdu.az 

37



MÖVZU:Sinir sistemi və onun xəstəlikləri 

                        PLAN 

1.Sinir sistemi. 

2.Baş beyin. 

3.Onurğa beyin 

4.Sinir sisteminin xəstəlikləri. 

Sinir sistemi sinir hüceyrələri və neyronlardan ibarətdir. Sinir hüceyrəsi öz cismi və 

çı- xıntıları ilə birlikdə neyron adlanır. 

      Neyronun  iki  tip  çıxıtısı  var.  Birinci  qısa  şaxəli  dendritlərdən  və  şaxələnməyən 

bir uzun çıxıntılı aksondan ibarətdir. Aksonun tək bir çıxıntısı olur, uzunluğu bəzən 

1  metrə  çatır.  Dendritlər  oyanmanı  sinir  hüceyrəsinin  cisminə  ötürür.  Aksonlar  isə 

oyanmanı hüceyrədən digər sinir hüceyrələrinə və işçil orqana nəql edir. 

      Sinir  sistemində  məlumatlar  ixtisaslaşmış  hüceyrəarası  təmaslar  –  sinapslar 

vasitəsi-lə  həyata  keçirilir.  Oyanma  bir  sinir  hüceyrəsindən  digərinə  biologi  fəal 

maddələr  vasitəsi  ilə  yerinə  yetirilir.  Məlumatı  nəql  edən  hüceyrədən  biologi  fəal 

maddələr sinaps yarığına ifraz olunur və sonra qəbuledici hüceyrənin membranı ilə 

qarşılıqlı təsirdə  olur  və oyanma  vəziyyətinə  keçir.  Neyronların digər qismi  hərəki 

neyronlar  olub  onurğa  beyni  və  baş  beyindən  gedən  impulsları  əzələlərə  və  daxili 

orqanlara  ötürür.  Onurğa  beynində  hissi  və  hərəki  və  hərəki  neyronlar  arasındakı 

əlaqə onurğa beynində ara neyronlar vasitəsilə yaranır.  

      Neyronların bədəndə toplantısından baş və onurğa beyni, sinir düyünlərinin boz 

mad-dəsi,  neyronlarırın  çıxıntısından  isə  beynin  ağ  maddəsi,  sinir  lifləri  və  sinirlər 

əmələ  gəlir.  Orqanın  hissi  sinir  lifləri  qıcığı  qəbul  edən  və  onu  sinir  impulslarına 

çevirən xüsusi törə-mələrdə, hərəki sinir lifləri isə sinirin uc çıxıntıları ilə orqanlarda 

qurtarır.  

      Baş beyində neyronların sayı 25 milyarddan, mühitdə isə 25 milyondan çoxdur. 

Sinir sistemini mərkəzi və mühiti sinir sisteminə bölürlər. Mühiti sinir sisteminə isə 

baş  və  onur-ğa  beynindən  çıxan  sinirlər  və  sinir  hüceyrələri  daxildir.  Onlar  da  öz 

növbəsində  innervasiya  etdikləri  üzvlərlə  əlaqədə  olaraq  somatik,  vegetativ  və  ya 

avtonom sinir sisteminə ayrılırlar.  

      Veqetativ  sinir  sistemi  də  iki  şöbəyə  -  simpatik  və  parasimpatik  şöbələrə 

bölünür. Mə-sələn simpatik sinir ürəyin fəaliyyətini qüvvətləndirir və sürətləndirir, 

parasimpatik  isə  zəif-lədir  və  ləngidir.  Hər  iki  sinir  sıx  qarşılıqlı  təsirdə  fəaliyyət 

göstərsə də, vegetativ sinir sis-temi bir sıra müstəqilliyə malikdir.  

      Somatik  sinir  sisteminin  fəaliyyəti  iradidir,  avtonom  sinir  sisteminin  fəaliyyəti 

isə  qeyri-iradidir.  Məsələn,  adam  özü  istədiyi  vaxt  ürəyinin  fəaliyyətini,  həzm 

prosesini,  tər  ifrazını  dayandıra  bilməz.  Mərkəzi  sinir  sistemindən  oyanmaları 

orqanlara  nəql  edən  sinirlərə  mərkəzdənqaçan  və  ya  hərəki  sinirlər  deyilir.  O 

sinirlərə ki, oyanmaları mühitdən mərkə-zə nəql edir, onlara mərkəzə qaçan, hissi və 

ya duyğu sinirləri deyilir.  


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin