TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə47/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   43   44   45   46   47   48   49   50   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

40



2)  Arxa beynin törəməsi – varol körpüsü və beyincik. 

3)  Orta beyin. 

4)  Aralıq beyin. 

5)  Uc beyin və ya baş beyin yarımkürələri. 

      Baş  beynin  sütun  və  ya  kötük  hissəsini  uzunsov,  arxa,  orta  və  ara  beyin  təşkil 

edir. Baş beyin kəllə boşluğunun içərisində yerləşir. Orta yaşlı insanlarda baş beynin 

kütləsi 1100 – 2000 qramdır. Onurğa beynində olduğu kimi, baş beyində ağ və boz 

maddə  ayırd  edilir.  Boz  maddə  xaricdə,  ağ  maddə  daxildə  yerləşir.  Ağ  maddə 

nəqledici  yolları  əmələ  gətirir.  Bunlar  baş  beyni  onurğa  beynilə,  həmçinin  digər 

şöbələri bir-birilə əlaqələndirir. 

      Uc beyin həcmcə inkişaf edərək döldə beynin digər şöbələrinin üzərini örtür. O, 

beyin yarımkürələri və ara beyni əmələ gətirir.  

      Baş beynin müxtəlif şöbələrindən 12 cüt beyin siniri çıxır. Bunlara qoxu, görmə, 

gözün hərəki, blokvari, üçlü, uzaqlaşdırıcı, üz, eşitmə və müvazinət, dil-udlaq, azan, 

əla-və dilaltı sinirlər aiddir. 

      Uzunsov  beyin.  Uzunsov  beyin  onurğa  beynin  davamıdır.  İnsanda  onun 

uzunluğu  2,5  sm,  çəkisi  7  qrama  çatır.  Yuxarıdan  varol  körpüsü,  aşağıdan  böyük 

ənsə  dəliyi  ara-sında  yerləşir.  Boz  maddə  daxildə,  ağ  maddə  xaricdə  yerləşir. 

Uzunsov beyində 4 mədə-cik yerləşir.  

      Uzunsov  beyində  bir  çox  həyati  əhəmiyyəti  olan  mərkəzlər,  tənəffüs,  ürəyin 

fəaliyyəti,  damarların  tonusu,  əmmə,  çeynəmə,  tüpürcək  udma,  mədə  şirəsi,  mədə 

evakuasiyası, mədəaltı vəzi şirəsi, öd ifrazı və s. yerləşir.  

      Arxa beyin. Arxa beyin beyincik və varol körpüsündən əmələ gəlir. Körpü boz 

və  ağ  maddədən  təşkil  olunub.  Burada  beyincik  yarımkürələrini  mərkəzi  sinir 

sisteminin digər şöbələri ilə birləşdirən çoxlu yollar yerləşir.  



      Beyinciyin  pozğunluğu  zamanı  hərəkətlərin  əlaqələndirilməsi  və  nizamlanması 

pozu-lur. Ətrafların hərəkət zamanı səndələməsi, titrəməsi, tez yorulma, xoruz yerişi 

və s. hal-lar üzə çıxır. Bu pozğunluqlar sonralar nisbətən bərpa olunur.  

      Orta  beyin.  Orta  beyin  körpü  və  ara  beyin  arasında  yerləşir.  O,  dördtəpəli 

cisimdən və beyin ayaqcıqlarından ibarətdir. Dördtəpəli cismin ön təpələrində ilkin 

görmə,  arxa tə-pələrində  isə ilkin  eşitmə  mərkəzi  yerləşir.  Burada hərəkətdə,  əzələ 

tonusunda,  udqunma  və  tənəffüsdə  iştirak  edən  qırmızı  nüvə,  qara  maddə  nüvələri 

vardır. Orta beyin əzələ to-nusunu və bədənin pozasını tənzim edir.  




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin