TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə49/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   43   44   45   46   47   48   49   50   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

41



      4)  Temperaturun  tənzimi,  maddələr  mübadiləsi  tənzimi,  ürək-damar  və  həzm 

sistemi fəaliyyəti, qabıqaltı mərkəzləri hipotalamisda yerləşir. 

      5) Hipotalamus və hipofiz digər vəzlərin fəaliyyətini tənzim edən neyrohormon 

hazır-layır.  

      Yarımkürələrin  quruluşu.  Yarımkürələrin  üzərini    boz  maddədən  ibarət  olan 

qabıq qatı örtür.  



      Qabığın  altında  ağ  maddə vardır, onun  daxilində  qabıqaltı nüvələr  yerləşir. Hər 

yarım-kürə şırımlarla alın, təpə, gicgah və ənsə paylarına bölünür.  

      Ən  dərin  şırımlar  alın  payını  təpə  payından  ayıran  mərkəzi  şırım  və  gicgah 

payını hü-dudlandıran yan şırımdır.  

      Baş  beyin  yarımkürələrinin  əhəmiyyəti.  Baş  beynin  yarımkürələri  qabığında 

mər-kəzi  şırımdan  öndə  hərəki,  arxada  isə  hissi  nahiyələr  yerləşir.  Duyğu 

orqanlarından, əzələlərdən və vətərlərdən gələn impulslar hissi nahiyələrə daxil olur. 

Beyin  qabığının  ənsə  payında  görmə  hissiyatının  qabıq  mərkəzi  yerləşir.  Bu 

nahiyəni qıcıqlandırdıqda gö-

eşitmə hissiyatının qabıq mərkəzi vardır.  



      Beyin yarımkürələri qabığının hərəki nahiyəsində yerləşən neyronların oyanması 

in-sanın sərbəst davranış hərəkətlərinin yerinə yetirilməsini təmin edir. Yaddaş, nitq, 

təfək-kür  və  müxtəlif  növ  davranışların  idarə  edilməsi  kimi  insana  xas  olan 

mürəkkəb funksiya-lar baş beyin yarımkürələri qabığı ilə əlaqədardır.  

      Somatik və vegetativ sinir sistemi. Beyin yarımkürələri və onun qabığı mərkəzi 

si-nir sisteminin ali və sonralar inkişaf etmiş ən cavan şöbəsidir.  



      Yarımkürələrin  üst  səthi  boz  maddə,  neyronlar  və  onların  çıxıntısından  ibarət 

olan  baş  beyin  qabığından,  alt  səthi  ağ  maddədən,  nəqledici  yollardan  əmələ 

gəlmişdir.  

      Nəqledici  yollar  müxtəlif  mərkəzləri  ya  bir  yarımkürə  daxilində,  ya  da  baş  və 

onurğa  beyninin  sağ  və  sol  yarısını,  ya  da  mərkəzi  sinir  sisteminin  müxtəlif 

şöbələrini ara, orta, uzunsov beyni, beyinciyi və onurğa beynini  bir-birilə birləşdirir.  

      Qabığın  ümumi  səthi  2000  –  2500  kv  sm,  qalınlığı  orta  hesabla  2,5  –  3  mm-ə 

bəra-bərdir.  Beyin  yarımkürələrinin  səthi  boz  maddə  ilə  örtülmüşdür.  Ona  beyin 

qabıği deyilir.  

      Beyin  yarımkürələri  qabığında  14  –  18  milyarddan  çox  sinir  hüceyrələri  –

neyronlar vardır.  

      Beyin  yarımkürələrinin  neyronları  funksional  xüsusiyyətlərinə  görə  üç  əsas 

qrupa  bölünür.  Birinci  qrupa  afferent,  hissi  və  ya  sensor  neyronlar  daxildir. 

Orqanizmin hiss üzv-lərindən siqnallar bu neyronlara daxil olur.  

      İkinci  qrupa  hərəki  neyronlar  daxildir.  Onların  lifləri  beyin  qabığından  kənara 

 

      Üçüncü birləşdirici neyronlar  – bu neyronların lifləri qabığın bütün təbəqələrini 



bir-birilə əlaqələndirir.  

      Qabıqda  üç  ən  dərin  qırışıq  ayırd  edilir.  Bunlar  yan,  mərkəzi  və  təpə-ənsə 

şırımlarıdır.  

Onlar beyni paylara bölür: alın, gicgah, təpə və ənsə.  

      Hər bir beyin payı da öz növbəsində qırışlara və şırımlara bölünür. Qabıqda 50 –

200-ə qədər zonalar ayırd edilir.  




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin