TiBBİ BİLİKLƏRİN Əsaslari



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə46/51
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#41693
1   ...   43   44   45   46   47   48   49   50   51
TİBBİ BİLİKLƏRİN ƏSASLARI

KitabYurdu.az 

39



      .Onurğa  beyni  onurğa  kanalında  yerləşir.  Yaşlı  adamlarda  onurğa  beyninin 

diametri təxminən 1 sm, uzunluğu 40 – 45 sm, çəkisi isə 30 qrama qədər olur. Onun 

mərkəzindən içərisi onurğa beyninin mayesi ilə dolu onurğa beyni kanalı keçir.  

      Onurğa  beynini  üç  qişa  örtür.  O,  xaricdən  müdafiə  funksiyasını  yerinə  yetirən 

sərt qişa, ortada hörümçək qişa, daxilində isə qan damarları ilə zəngin olan yumşaq 

qişa  yer-ləşir.  Onurğa  beyninin  diametri  hər  yerdə  eyni  deyildir,  boyun  və  bel 

nahiyələrində  iki  qalınlaşma  vardır,  buradan  ətraflara  gedən  sinirlər  çıxır.  O 

uzununa,  ön  və  arxa  şırımlarla  sağ  və  sol  paylara  bölünmüşdür.  Onun  kəsiyinə 

baxdıqda daxilində boz, xaricdə isə ağ maddələr görünür.  

      Boz maddə H hərfinə və qanadları açılmış kəpənəyə oxşayır. 

      Boz maddənin ortasında onurğa beyni mayesi ilə dolu olan onurğa beyni kanalı 

yer-ləşir. 

      Onurğa  beyni  boyunca  boz  maddə,  ön  və  arxa  buynuzlar,  döş  seqmentində 

həmçinin  yan  buynuzlar  yerləşmişdir.  Boz  maddənin  ağ  maddənin  içərisinə  girən 

hissəsinə buynuz deyilir.  

      Arxa  buynuza  oyanmaları  onurğa  beyninə  nəql  edən  hissi  neyronlar  daxil  olur. 

Həmin  neyronların  cisimləri  onurğa  beynindən  kənarda  hissi  sinir  düyünlərində 

yerləşir.  Arxa  buynuzda  və  buynuzlar  arasında  oyanmanı  hərəki  neyrona  ötürən 

aralıq neyronlar yerlə-şir. Onlardan hərəki kökləri əmələ gətirən uzun liflər çıxır. Bu 

köklər vasitəsilə oyanma işçi orqana ötürülür.  

      Onurğa beyni reflektor və nəqledici funksiyanı yerinə yetirir. Ağ maddənin sinir 

lifləri onurğa beyninin nəqledici sistemini əmələ gətirir.  

      Bədənin  müxtəlif  üzvlərində  yerləşən  reseptorlardan  onurğa  beyninə  daxil  olan 

oyan-malar  burada  işlənir,  sinir  impulsları  formalaşır  və  işçi  orqanlara  –  ürəyə, 

damarlara, ske-let əzələlərinə, vəzlərə, bağırsağa ötürülür, nəticədə həmin orqanların 

funksional  vəziyyə-ti  dəyişilir.  Onurğa  beyninin  fəaliyyəti  baş  beynin  nəzarəti 

altında olur. Baş beyin onurğa beyni reflekslərini tənzim edir.  

      Onurğa  beyninin  nəqledici  yolunu  qalxan  və  enən  hissələrə  ayırırlar.  Qalxan 

nəqledici  yollar  oyanmanı  baş  beyinə,  enən  nəqledici  yollar  isə  oyanmanı  baş 

beyindən işçi orqana ötürür.  

     Onurğa  beyni  seqmentlər  quruluşuna  malikdir.  İnsanda  onların  sayı  30  –  31-rə 

çatır.  Hər  fəqərə  səviyyəsində,  büzdüm  fəqərəsindən  başqa,  bir  onurğa  beyni 

seqmenti yerləş-mişdir.  

      Seqmentlərdən səkkizi boyun, on ikisi döş, beşi bel, beşi oma seqmentidir.  

      31  cüt  onurğa  beyni  sinirləri  onurğa  sütununda  olan  fəqərəarası  dəlikdən  xaric 

olur.  


      Onurğa beyni aşağıdakı funksiyaları yerinə yetirir. 

1)  Sinir impulslarını nəql edir. 

2)  Onurğa  beynində  bədən  və  daxili  üzvlərin  funksiyalarını  tənzim  edən  şərtsiz 

reflekslərin qövsləri qapanır.  

3)  Onurğa  beynində  tər  ifrazı,  bəbəyi  genəldən,  diafraqmanı  hərəkət  etdirən,  sidik 

ifrazı, defakasiya və cinsi funksiya mərkəzləri yerləşir.  

      Baş  beyində  quruluş  və  funksiyaları  ilə  bir-birindən  fərqlənən  və  getdikcə 

mürəkkəb-ləşən ayrı-ayrı şöbələr əmələ gəlmişdir. 

1)  Onurğa beyninin davamı olan uzunsov beyin. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin