TiBBİ Şuranin geniŞLƏNDİ­ RİLMİŞ toplantisinda z. Qarayev: “Kafedramızın



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix02.01.2022
ölçüsü12,77 Mb.
#1481
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
Qəfər  Qəfərov  və  Kamilə 

Quliyevanın  sevinci  isə  sö-

zün əsl mənasında yerə-göyə 

sığmır:

-    İlk  öncə  Turab  həkimə, 

Ramiz  həkimə  təşəkkür  edi-

rik.  Əziyyəti  olan  tibb  ba-

cıları  sağ  olsunlar.  Tibb 

bacısı  Aytən  xanıma  xüsusi 

minnətdarlığımızı  bildiririk.  Se-

vincimizin  həddi-hüdudu  yoxdur, 

hisslərimizi ifadə etməyə söz tap-

mırıq. Bizə bu xoşbəxtliyi yaşadan 

şəfqətli insanlara Tanrıdan səadət 

dolu illər arzulayırıq!

TƏDRİS CƏRRAHİYYƏ KLİNİKASI

Universitet klinikaları



http://www.amu.edu.az

16 sentyabr 2014-ъц ил

6

Ömürnaməsindən arayış:

Zakir  Ömər  oğlu  Qarayev  1941-ci 

ildə Qərbi Azərbaycanın Dilican  ma-

halının  Göyərçin  kəndində  müəllim 

ailəsində  anadan  olub.  Z.Qarayev 

gənc  həkim  kimi  əmək  fəaliyyətinə 

Qərbi  Azərbaycanın  Göyçə  maha-

lında  başlayıbdır.  Lakin  elmə  olan 

böyük  marağı  onun    ATU-ya  qayt-

masına  səbəb  olub.  Aspirantura 

və  doktorantura  təhsillərini  başa 

vuran  Z.Qarayev  33  yaşında  tibb 

elmləri  doktoru  alimlik  dərəcəsi  alıb.                                                                                                                          

O,  1968-ci  ildən  1974-cü  ilədək 

Azərbaycan  Dövlət  Tibb  İnstitutunun 

(indiki  ATU)  Mərkəzi  Elmi  Tədqiqat 

Laboratoriyasının  direktoru,  1974-

cü  ildən  1975-ci  ilədək  Leninqrad 

(Sankt-Peterburq)  Dövlət  Həkimləri 

Təkmilləşdirmə  İnstitutunun  Elmi-

Tədqiqat 

Laboratoriyasında 

baş 

elmi  işçi,  1975-ci  ildən  1982-ci  ilə 



qədər  Leninqrad  Dövlət  Həkimləri 

Təkmilləşdirmə  İnstitutunun  Elmi-

Tədqiqat  Laboratoriyasında  direktor 

vəzifələrində çalışıbdır.

1982-ci  ildə  SSRİ  Səhiyyə  Na-

zirliyinin  və  Ümumdünya  Səhiyyə 

Təşkilatının  Mikologiya  və  Dərin  Mi-

kozlar  Elmi  Mərkəzinin  (Hazırda  Ru-

siya  Federasiyası  Elmi  Tədqiqat  Mi-

kologiya  İnstitutu  adlanır)  direktoru 

vəzifəsinə  təyin  edilib  və  1993-cü  ilə 

qədər bu vəzifədə çalışıbdır.

 Z.Qarayev səhiyyə sahəsində ümu-

mittifaq və dünya əhəmiyyətli instituta 

uzun  müddət  rəhbərlik  edən  çox  az 

sayda azərbaycanlı alimlərdən hesab 

olunur. Müstəqillik qazandıqdan sonra 

vətənə qayıdan Zakir müəllim 1993-cü 

ildən  1994-cü  ilə  qədər  Azərbaycan 

Respublikası  Elmi-Tədqiqat  Mikrobi-

ologiya, Virusologiya və İmmunologi-

ya  İnstitutunun  direktoru  vəzifəsində, 

1998-ci  ildə  İstanbul  Universitetinin 

tibb  fakültəsində  çalışıb.  Sonra  isə 

ATU-nun mikrobiologiya və immunolo-

giya kafedrasına professor vəzifəsinə 

işə dəvət edilib və 2001-ci ilə qədər bu 

vəzifədə çalışıbdır. 

Professor  Z.Qarayev  2004-cü  ildən 

indiyə qədər Azərbaycan Tibb Univer-

sitetinin mikrobiologiya və immunolo-

giya  kafedrasının  müdiri  vəzifəsində 

işləyir.

O,  dünyanın  demək  olar  ki,  əksər 

ölkələrində 

elmi 


ezamiyyətlərdə 

olub,  bir    çox  universitet,  konqres 

və  simpoziumlarda  ingilis  və  alman 

dillərində  mühazirələr  oxuyubdur. 

SSRİ-də 3 dəfə dünya miqyaslı konq-

res  təşkil  edən  professor  Z.Qarayev 

dünyanın  ən  məşhur  elm  xadimləri 

ilə  əməkdaşlıq  edib  və  hazırda  bu 

əməkdaşlıq  davam  etdirilir.  Təsadüfi 

deyildir ki, 2009-cü il oktyabrın 1-dən 

4-dək  Bakıda  təşkil  olunan  və  23 

ölkədən  300-dən  çox  alimin  qatıldığı 

3-cü  Avrasiya  Klinik  Mikrobiologiya, 

İmmunologiya və İnfeksion Xəstəliklər 

Beynəlxalq  Konqresinin  prezidenti 

kimi  konqresin  təşkilində    böyük  rolu 

olub.

Z.Qarayev 300-dən çox elmi əsərin, 



o  cümlədən  4  monoqrafiyanın,  2  iri 

həcmli dərsliyin və bir dərs vəsaitinin 

müəllifidir.  Görkəmli  həkim  və  alim 

Tamerlan  Əziz  oğlu  Əliyevlə  birlikdə 

yazdığı  “Tibbi  Mikologiya”  adlı  kitab 

dünyada mikoloji xəstəliklərə dair ya-

zılmış unikal əsərlərdəndir.

Onu  xüsusi  vurğulamaq  lazımdır 

ki,  Z.Qarayevin  dünyanın  müxtəlif 

elmi  jurnallarında  nəşr  olunmuş  63 

elmi  əsərinin  xülasəsi  ABŞ-ın  Mil-

li  Səhiyyə  İnstitutunun  Milli  Tibb  Ki-

tabxanasının  rəsmi  saytı  olan  www.

pubmed.gov 

internet 

portalında 

yerləşdirilmişdir.  Qeyd  edək  ki,  çox 

az  sayda  azərbaycanlı  tibb  aliminin 

əsərləri burada yayımlanır. 

Z.Qarayevin  rəhbərliyi  altında  67 

elmlər  namizədi,  18  elmlər  doktoru 

yetişibdir. Onun yetişdirdiyi və bu gün 

də  böyük  minnətdarlıq  hissi  ilə  pro-

fessor  Z.Qarayevlə  hər  zaman  yaxın 

ünsiyyətdə  olan  bu  alimlərin  coğra-

fiyası  dünyanın  20-dən  çox  ölkəsini 

əhatə edir.

Z.Qarayev  eyni  zamanda  dünya-

nın  bir  çox  nüfuzlu  elmi  cəmiyyət  və 

universitetlərinin  akademiki  və  fəxri 

doktorudur.  O,  Nyu-York  Akademiya-

sının həqiqi üzvü, Fransanın Sarbon,  

Yaponiyanın  Siba  Universitetlərinin  

fəxri doktoru seçilibdir.

2010-cu  ildə  professor  Z.Qarayev 

Azərbaycan  Respublikasının  pre-

zidenti  İlham  Əliyev  tərəfindən 

“əməkdar elm xadimi” fəxri adına layiq 



görülübdür.


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin