TiBBİ Şuranin geniŞLƏNDİ­ RİLMİŞ toplantisinda z. Qarayev: “Kafedramızın



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix02.01.2022
ölçüsü12,77 Mb.
#1481
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
Akif QURBANOV,

Mikrobiologiya və immunologiya 

kafedrasının professoru, t.e.d.

Ebola virusu: artan təhlükə 

və ümidlər

İ

nsan həyatını təmin edən 



başlıca orqan hansıdır, qanımız, 

həqiqətənmi, qırmızıdır?! 

“Tarixdən əvvəlki göz”: İnsan gözü 

olduqca həssasdır və o, tək işıq 

fotonlarını müşahidə edə bilir. İşıqlı 

günlərdə isə Yer kürəsinə ən yaxın 

qalaktika olan Adromeda ulduz 

qrupunu teleskop olmadan görə 

bilir. Bu qalaktika 2 milyon işıq ili 

uzaqlığındadır. Lakin işıq şüaları 

Andromedadan planetimizə doğru 

yol alanda Yer kürəsində tək bir 

insan belə yox idi. Bu isə həmin qa-

laktikaya baxdığımız zaman əslində 

təxminən 2.500.000 il əvvələ nəzər 

saldığımız mənasına gəlir.

 “Yoxa çıxan beyin”: 35 yaşından 

etibarən insan hər gün 7000 beyin 

hüceyrəsi itirir. Təəssüf ki, bu beyin hüceyrələri heç 

vaxt bərpa edilmir.

 “Nənəcan, qulaqların niyə bu qədər böyükdür?”: 

Qığırdaq insan yaşa dolduqca böyüməyə davam edən 

toxumalardan biridir. Məsələn, burun insan həyatının 

üçüncü onilliyindən yeddinci onilliyinə qədər böyüməyə 

davam edir. 

“Şimali Amerikdan Cənubi Amerikaya”: Ağ ciyər 300 

000-dən çox kiçik qan damarlarından ibarətdir. Əgər 

biz bu kiçik qan damarlarını yanaşı sıralasaq, onların 

uzunluğu 24000 km-ə çatacaqdır. Bu 

isə Şimali Amerikdan Cənubi Amerikaya 

qədər olan məsafədir.

“Piling”: İnsanın ən böyük orqanı onun 

dərisidir. Dəri hüceyrələrini dayanmadan 

itirir. İnsan bütün həyatı boyu dərsinin 

təxminən 18 kq-nı itirir.

 Hissiyat: İnsan gözü 1.000.000-a qədər 

müxtəlif rəng və çaları görə bilir, la-

kin onun yalnız 90%-ni beyinə ötürür. 

Digər tərəfdən, burun isə 50.000 qoxu 

arasındakı fərqi hiss edə bilir. 

“Baş barmaq”: Ayağımızın baş 

barmağı bədənimizin ən əhəmiyyətli 

elementlərindən biridir. O, ayaqüstə 

dayandığımız zaman bədənimizi sabit 

saxlamağa kömək edir.

 “Çox qalın və çox nazik”: Aorta arteriyası 

bədənin ən qalın damarıdır və yetkin insanda onun 

qalınlığı rezin boru ilə müqayisə edilə bilər. Digər tərəfdən 

isə, kapilyarlar ən nazik və ən kiçik qan damarlarıdır. 

“Qırmızı-qırmızı”: Bir çox insan qandakı dəmirin miqdarı 

ilə əlaqədar olaraq onun qırmızı olduğuna əmindir. Lakin 

bunun qırmızı rənglə heç bir əlaqəsi yoxdur. Hər bir qan 

hüceyrəsinin daxilində oksigenlə birləşərək qanın tərkibini 

dəyişən və qırmızı rəngi əmələ gətirən hemoqlabin var.




Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin