http://www.amu.edu.az
16 sentyabr 2014-ъц ил
2
u
Təhsilin, el-
min, biliyin,
tərəqqi üçün
açar, inkişafın
hərəkətverici
qüvvəsi he-
sab olunduğu
ölkəmizdə yeni
dərs ilinin ilk
günü - «Bilik
günü» həmişə
ümumxalq bay-
ramı kimi qeyd
olunur.
Bu münasibətlə respub-
likamızın hər yerində oldu-
ğu kimi Azərbaycan Tibb
Universitetində də geniş top-
lantı keçirilmişdir.
Toplantı iştirakçıları ilk öncə
ümummilli liderimiz Heydər
Əliyevin büstü önünə əklillər
qoydu, tər çiçəklər düzdülər.
Tədbiri giriş sözü ilə açan
Tibb Universitetin rektoru,
millət
vəkili,
akademik
Əhliman Əmiraslanov
doğ-
ma kollektivi və tələbə adını
qazananları, həmçinin onların
valideynlərini yeni tədris ili-
nin başlanması münasibətilə
təbrik etmiş və bu əlamətdar
günün yaranma tarixindən
danışmışdır.
Universitet rəhbərinin çı-
xışında Azərbaycanın dövlət
müstəqilliyini
qazanmasın-
dan keçən illər ərzində res-
publikamızın həyatının bü-
tün sahələrində, xüsusən
də təhsil sahəsində bö-
yük uğurların əldə edildiyi
önə çəkildi. Sözünə davam
edən rektor elmə və təhsilə
göstərilən dövlət qayğısın-
dan bəhs etmiş, universite-
tin keçdiyi inkişaf yoluna da
nəzər salmışdır. Bildirmiş-
dir ki, bu elm müəssisəsinin
maddi-texniki
bazasının
möhkəmləndirilməsi, yük sək
ixtisaslı tibb kadrlarının ha-
zırlanması ümummilli lider,
müstəqil dövlətimizin memarı
və qurucusu Heydər Əliyevin
adı ilə bağlıdır. Tibb təhsilinə
həmişə diqqət və qayğı ilə
yanaşan ulu öndər Heydər
Əliyev iki dəfə ATU-da ol-
muş, kollektivimiz qarşısında
proqram xarakterli çıxış etmiş
və müəllimlərimizin əməyinə
yüksək qiymət vermişdir.
O, ümummilli lider Heydər
Əliyevin təhsilə daim böyük
önəm verdiyini, ulu öndərin
ideyalarının Azərbaycan Pre-
zidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini bil-
dirmişdir.
Universitetin
nəzdində
onko loji, stomatoloji, təd-
ris-te rapevtik və tədris-cər -
rahiyyə klinikalarının fəaliyyət
göstərdiyini, de yən rektor
bütün bunları Azərbaycan
dövlətinin sə hiyyə sahəsinə
yük sək diqqəti kimi qiy-
mətləndirmişdir. O, mə lumat
vermişdir ki, bu il 2014/2015-
ci tədris ilində ATU-ya 1022
nəfər qəbul olunub. Onlar-
dan 957 nəfər həkim və hərbi
həkim, 50 nəfər hərbi feldşer,
15 nəfər isə magistr ixtisa-
sını seçib. Eyni zamanda,
müqavilə əsasında 145 xari-
ci tələbə hazırlıq şöbəsindən
universitetin birinci kursuna
qəbul olunub. Builki qəbul
imtahanlarında
600-dən
çox bal toplamış 366, 700
bal toplamış 2 nəfər bizim
universitetdə təhsil alacaq-
dır. Prezident təqaüdçülərinin
sayı isə 25 nəfərdir.
Universitetimizin əldə et-
diyi nailliyyətlərə toxunan
rektor
vurğulamışdır
ki,
keçən tədris ili ərzində bir
çox uğurlarımız olmuşdur ki,
bunlardan ən yadda qalanı
tədris cərrahiyyə klinikasının
açılışında ölkə Prezidenti İl-
ham Əliyev və Heydər Əliyev
fondunun prezidenti Meh-
riban xanım Əliyevanın bu
mərasimdə iştirak etmələri
və AMEA-nın bu il keçirdiyi
növbəti seçkilər zamanı dörd
əməkdaşımızdan bir nəfərin
həqiqi, üç nəfərin isə müxbir
üzvülüyə seçilməsi olmuşdur.
Dostları ilə paylaş: