TiBBİ Şuranin geniŞLƏNDİ­ RİLMİŞ toplantisinda z. Qarayev: “Kafedramızın



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix02.01.2022
ölçüsü12,77 Mb.
#1481
1   2   3   4   5   6   7   8   9   10   ...   37
ATU-nun mətbuat xidməti

Yeni tədris ilindən etibarən Azərbaycan Tibb Universitetində 

tələbələrin rahatlığına imkan verən daha bir yenilik tətbiq edilir. Belə 

ki, bu ildən başlayaraq tələbələrin dərsləri əsasən Universitetin „Tibb 

şəhərciyi“ndə yerləşən klinikalarda və tədris binalarında keçiriləcək. 

Əvvəlki illərdə ATU tələbələri tədris proqramı ilə əlaqədar şəhərin müxtəlif 

istiqamətlərindəki xəstəxanalarda yerləşən kafedralara getməli olur-

dular. Bu isə tələbələr üçün narahatlıq yaradır, bəzən onların dərslərə 

gecikməsinə səbəb olurdu. 

Artıq tələbələrin yüksək səviyyəli təhsil alması üçün zəruri olan tədris 

kafedraları ATU-nun „Tibb Şəhərciyi“ndə yerləşən, ən müasir tib-

bi avadanlıqlarla təchiz olunmuş və yüksək tibbi xidmətin göstərildiyi 

klinikaların nəzdində fəaliyyət göstərməyə başlayıb. 

Beləliklə, ATU-da tələbələrin tədris proqramını tam əhatə etməyə imkan 

verən kafedralar artıq „Tibb Şəhərciyi“ndə birləşib. Bu isə tələbələrin daha 

çox vaxta qənaət etməsinə, diqqəti təhsilə yönəltməyə, onların rahatlığına 

şərait yaradır. 

Hazırda „Tibb Şəhərciyi“ndə Tədris Terapevtik Klinika, Tədris Cərrahiyyə Klinikası, Onkoloji və Stomatoloji 

klinikalarla yanaşı, həmçinin 5 əlavə tədris binası da fəaliyyət göstərir.

KAFEDRALAR “TİBB ŞƏHƏRCİYİ”NDƏ CƏMLƏNDİ




Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin