16 sentyabr 2014-ъц ил
http://www.amu.edu.az
3
Azərbaycan Tibb Universitetinin tələbələri universitetini maliyyə dəstəyi ilə xarici ölkələrdə müxtəlif
proqramlarda iştirak edirlər. Bu cür təlimlər tələbələrə öz bilik və bacarıqlarını daha da artırmağa,
praktika qazanmağa yardımçı olur.
Pediatriya fakültəsinin 5-ci kurs tələbəsi Fidan Əsədzadə bu il yay praktikasını Almaniyada keçib. Fidan
Əsədzadə Norolhorn şəhərinin EUREGİO klinikasında
təcrübə keçib. Kardiologiya şöbəsində praktikada ikən
müxtəlif prosedurlarda iştirak edib, exokardioqramma, an-
qioqrafiya çıxarıb: „Çox sevindirici haldır ki, bizim texnoloji
avadanlıqlarımız baxımdan Almaniyadan geri qalmadığımızı
deyə bilərəm. Əsas fərq yalnız təhsil sisteminin və işin
qurulmasındadır“.
Fidan deyir ki,
Almaniyada praktika
keçməyi həmişə
arzulayıb: „Mən
öz xəyalımı məhz
ATU rəhbərliyinin
dəstəyi sayəsində
gerçəkləşdirə bil-
dim. Bu işdə universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri
Rəhimə Qabulovadan böyük yardım gördüm. Göstərilən qayğıya
görə həmçinin ATU rektoru Əhliman Əmiraslanova Almaniyadakı
klinikanın rəhbərliyinə təşəkkür edirəm“.
Yay praktikasını Almaniyada keçən digər tələbə - Müalicə işi
fakültəsinin 4-cü kursundan Samirə Səlimovadır. O, iyulun 2-dən
avqustun 1-nə kimi EUREGİO klinikasının ümumi cərrahiyyə
şöbəsində praktika keçib. Dediyinə görə, alman dilini yaxşı bilməsi ona seçimində yardımçı olub: „Ora-
da əməliyyatlarda assistent kimi iştirak etdim. Bir çox əməliyyatların sonunda mənə tikiş qoymağa, digər
bu kimi müdaxilələr etməyimə icazə verdilər. Xəstələrlə təmas qurmaq çox işimə yaradı, daha çox şey
öyrəndim. Düzdür, klinikaların təchizatında, həkimlərin bilik səviyyəsində bizim onlardan elə də çox fərqimiz
yoxdur, sadəcə yanaşma tərzi fərqlidir. Məncə, insan hər yerdə nəyisə öyrənə bilər“.
Samirə və Fidan Tibb Universitetinin köməyilə Almaniyada praktika keçdiklərinə görə ATU rəhbərliyinə,
xüsusilə rektor Əhliman Əmiraslanova bir daha təşəkkür edir, Almaniyada yaradılan imkanlara görə
EUREGİO klinikasının təmsilçilərinə, o cümlədən ümumi cərrahiyyə şöbəsinin baş həkimi Nevzat Doğana,
həmyerlimiz Rüfət Məhərrəmova təşəkkür edirlər.
Dostları ilə paylaş: