TiBBİ Şuranin geniŞLƏNDİ­ RİLMİŞ toplantisinda z. Qarayev: “Kafedramızın



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix02.01.2022
ölçüsü12,77 Mb.
#1481
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
TİBBİ  ŞURANIN GENİŞLƏNDİ RİLMİŞ 

TOPLANTISINDA 

Sentyabrın 11-də Tədris Terapevtik Klinikanın tibbi şurasının 

növbəti genişləndirilmiş toplantısı olub. Tibbi personalın 

qatıldığı toplantını klinikanın direktoru, professor Surxay 

Musayev açaraq ilk növbədə klinikada yaradılan şəraitə, 

əməkdaşlara göstərilən qayğıya görə ölkə və universitet 

rəhbərliyinə təşəkkürünü  bildirib.

Klinikanın direktoru  diqqəti ötən ilin müvafiq dövrü ilə müqayisədə qazanılan 

uğurlara yönəldib. Göstəricilərin nəzərə çarpacaq dərəcədə yüksəldiyini vurğu­

laya raq qeyd edib ki, keçən il klinikamıza 3000 xəstə müraciət etmişdisə, bu il 

mürciət edənlərin sayı 4600­ə çatıb. Xəstələrin müayinə və müalicəsinin təşkili, 

həkimlərin nəzəri və təcrübi biliklərinin artırılması, ixtisaslaşması, rezidentlərin 

rotasiyası, təcrübə kursları və tibb bacılarının peşəkarlığının artırılması 2014­

cü ildə başlıca hədəfimiz olub. Eyni zamanda dərs otaqlarının yeni dərs ilinə 

hazırlanması işi başa çatdırılıb, gələcəkdə mobil tipli tədrisə keçid və ixtisaslaşmış 

şöbələrin yaradılması nəzərdə tutulub.

Universitetin tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev tədris 

prosesinin aparılmasında ciddi islahatlara  zərurət yarandığını diqqətə çatdıraraq 

bildirib ki, bu günün tələbəsi artıq 10­15 il əvvəlki tələbə deyil. Dünyaya çıxışları 

olan müasir tələbələri köhnə qaydada aparılan mühazirələrlə razı salmaq çox 

çətindir. Xüsusən kliniki kafedralarda Boloniya prosesinin tələbləri kifayət 

qədər gözlənilməli, testlərin tərtibçiləri cari mənimsəmənin nə qədər olması, 

bacarıqlara görə balların necə qiymətləndirilməsi, dərs buraxmaya görə hansı 

balların çıxılmasına aid sualları cavablandırmaqda çətinlik çəkməməlidirlər.  

Bütün bunlara görə ilk növbədə kafedra müdirləri məsuliyyət daşıyırlar. 

Tədris Terapevtik Klinikada rezidentlərlə işin yüksək səviyyədə təşkil 

olunduğunu deyən S.Əliyev vurğulayıb ki, əgər Avropa təhsil sisteminə 

inteqrasiyadan danışırıqsa, aparılan mühazirələrin, məşğələ dərslərinin 

qaydalarını dəyişməli, dünyada baş verən yeniliklərin gecikmədən 

universitetimizdə tətbiqinə nail olmalıyıq. 

Universitetin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev də 

müşavirədə çıxış edərək Universitetimizə qəbul olunan tələbələrin səviyyəsinin  

yüksəlməsi ilə  professor­müəllim heyətinin qarşısına  qoyulan tələblərin də 

artdığını deyib. Bildirib ki, orta məktəbi əla qiymətlə bitirən məzunların böyük 

əksəriyyəti bizim universiteti seçirsə, deməli, üzərimizə böyük məsuliyyət düşür.  

Təsadüfi deyil ki, bu fərqlənməni ölkə rəhbərliyi də həmişə diqqətdə saxlayır. 

Son bir neçə ildə iki möhtəşəm klinikanın tikilib istifadəyə verilməsi bir tərəfdən 

universitetimizə olan diqqət və qayğının bariz nümunəsidirsə, digər tərəfdən 

qarşımıza qoyulan çox ciddi tələbdir. Əgər ən müasir avadanlıqlarla təchiz 

olunmuş kliniklar yardadılıbsa və  qəbul imtahanlarında ən yüksək bal toplayan  

tələbələrin 60­70 faizi bizim universitetə qəbul olunubsa əsas vəzifəmiz həmin 

tələbələri yüksək mütəxəssis kimi yetişdirməkdir. 




Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin