Ultrasəs müayinə — bu real v tədqiqat metodudur, lakin elə orqanlar vardır ki, onları bu metodla müayinə etmək olmur. Ultrasəs müayinə metodu ilə hamilələrdə olan patologiyaların təyin edilməsi çox vaxt istənilən nəticəni vermir.
Teplovizor kontaktsız, məsafədən müayinə etməklə, aparatla dəriyə belə toxunmadan 40 santimetrdən 2 m-ə qədər məsafədən patologiyanı "görür". İstənilən iltihabi proseslərin yaranması insan orqanlarının temperaturunu dəyişdirir, cihazın iş prinsipi belədir. Cihaz 0,2 dərəcəyə qədər temperaturun dəyişikliyi reaksiyanı təyin edir. Buna görə, ultrasəs müayinədən fərqli olaraq teplovizor istənilən orqanda iltihabı göstərəcək. Qalxanbənzər vəzidə, beyində, süd vəzilərində, onurğada, böyrəklərdə, öd kisəsində və hətta damarlarda olan ilkin dəyişikliklər teplovizorla qeydə alınır. Cihaz şişləri, hepatit və digər ilkin patologiyaları çox dəqiq təyin edir, digər tədqiqat metodları teplovizoru əvəz edə bilmir.
Teplovizorla alınan informasiya parametrləri orqanizmin temperaturunun artmasının səbəbinin onkoloji xəstəliklərin aşkar edilməsinə aid qərar qəbul etmək üçün kifayətdir. Dəri səthində təyin olunan temperatur funksiyası T (x, y) amplitud və müvəqqəti informativ xarakterlidir. Eyni zamanda emal olunan informasiya parametrləri güc və faza xarakteristikasına malikdir. Bu informasiya parametrlərinin əsasını (göstəriciləri) Furye F[T(x, y)] tezlik funksiyası təşkil edir. Müvafiq informasiya parametrləri digər siqnalların emalı zamanı da məsələn, veyvlet-funksiya (wavelet functions) istifadə edilə bilər. ən qüsurlu strukturlarda dinamik istilik köçürməsinin kəmiyyət xüsusiyyətləri deməkdir.