Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"



Yüklə 258,42 Kb.
səhifə59/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   51   52   53   54   55   56   57   58   59
biootibbi diaqnostika muhazire

Sonoqrafiyadan usm müayinsəində B rejimi kimi məlum olan daxili orqanların ikiölçülü təsvirini almaq mümkündür. B rejimində videomonitorda təsvir alınır.

Dopleroqrafiya metodu kardiologiya və angiologiyada geniş tətbiq olunur. Dopler effekti vasitəsilə arteriya və venalarda qan cərəyanı təyin olunur. Qan cərəyanının ultrasəs dalğaları xüsusi ötürücü ilə tutulur. Dopleroqrafiya vasətəsilə qan damarlarının forması və konturları təyin olunur. Arterial qan qırmızı, venoz qan göy rəngdə olmaqla qan damarlarının təsvirini almaq mümkün olur.

Kardiologiyada tibbi texnologiyaların təkmilləşməsi xəstələrin vəziyyətinin kəsilməyən monitorlaşdırma vasitəsilə müəyyən edilməsinə imkan verir. Bu texnologiyalar EKQ nəticələrinin qeydə alınmasını və elektron yaddaşda saxlanılmasını təmin edir. Yaddaşda saxlanmış EKQ qeydləri xüsusi kompyuter proqramı vasitəsilə analiz edilir, xəstənin vəziyyətində baş vermiş patoloji halların diaqnostikası aparılır. Pasiyent yuxuda olarkən və ya digər həyat fəaliyyəti zamanı ürəkdə olan dəyişiliklər bu cihaz vasitəsilə qeydə aılınır və həkimə qiymətli məlumatlar verir.



Elektrofizioloji diaqnostika metodu. EKQ-nin uzunmüddətli (kəsilməyən) qeydiyyatı – EKQ-nin sutkalıq monitorlaşdırılması. Amerikalı biofizik Norman Holter tərəfindən təklif olunmuşdur. Bu metodla elektrokardioqramın 24 saat, 48, 72, bəzən 7 sutkaya qədər qeydə alınması mümkün olur. Qeydiyyat 2, 3 və ya 12 kanalla aparılır. Elektron modul cihaz ekstrasistola vəziyyətinin diaqnostikasına imkan verir. Qeydiyyat elektron yaddaşa malik maqnitli lentə yazılır, sonra “bərpa olunur” və tədqiq olunur. Elektrodlar bərkidici gellə bədənə bərkidilir, cihaz kiçik ölçülü (siqaret qutusu ölçüsündə) olub çəkisi 100 qr təşkil edir. Bu cihaz pasiyentin kəmərinə bərkidilir. Pasiyentin vəziyyətində hər hansı bir dəyişiklik baş verərsə, pasiyent bu dəyişiklikləri qeydə almaq üçün cihazda olan xüsusi düyməni basmaqla vəziyyətini yaddaşda saxlaya bilir.
Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin