Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"



Yüklə 258,42 Kb.
səhifə55/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   51   52   53   54   55   56   57   58   59
biootibbi diaqnostika muhazire

Aortakoronar şuntlama (Coronary-artery-bypass) ürəyin tac damarlarının daralmış hissələrində qan axınını bərpa etmək, ürək əzələlərinin qanla təchizatında yaranmış pozulmaları aradan qaldırlmaq məqsədilə aparılan əməliyyatdır. Şuntlama daralmış hissədən keçməklə körpü şuntu qoyulması əməliyyatıdır. Şuntlama üçün damarlar bədənin başqa hissələrindən götürülür. Adətən, aşağı ətrafların vena damarlarından istifadə olunur. Aşağı ətrafların vena damarları orqanizmin nisbətən “təmiz damarları” hesab olunur, çünki, bu damarlar aterosklerozla az zədələnmiş olur. Bu venalar iri və uzun olması ilə əməliyyat üçün yararlıdır və əməliyyatdan sonrakı mərhələlərdə qan dövranının pozulması baş vermir. Şuntlama üçün götürülmüş material tac damarlarında müvafiq yerlərə tikilir. Daralmış damarların sayından asılı olaraq, 1-5 şunt qoyulur.

Ürəyin tac damarlarının daralması ürəyin işemik xəstəliyi nəticəsində əmələ gəlir. Bu zaman xəstənin döş qəfəsinin sol tərəfində ağrılar baş verir və ürəyin oksigenlə təchizatı pozulur. Diaqnoz qoyulması üçün EKQ və koronoqrafiya müayinəsi aparılır.

Koronar şuntlama əməliyyatı ilk dəfə ABŞ-da 1960-cı ildə aparılmışdır. Əməliyyatın daha təkmilləşmiş forması 1967-ci Klivlend klinikasında dərialtı venadan götürülməklə aorta sağ tac arteriyasının şuntlanması yolu ilə həyata keçirilmişdir. Aortakoronar şuntlama metodu xəstənin həyatının xilas edilməsinə və normal həyat tərzinin bərpa olunmasına imkan verir.

Müasir kardiologiyada koronar şuntlama yüksək səviyyədə inkişaf etmişdir. Əməliyyat xüsusi cihazlar vasitəsilə, süni qan dövranı aparatı olmadan yerinə yetirilir. Koronar şuntlama işləyən ürəkdə aparılır, qan hüceyrələrini zədələmədən, az müddətdə aparılması bu metodun effektivliyini sübut edir. Əməliyyatdan sonrakı reabilitasiya müddətinin qısa olması xəstənin tezliklə normal həyata qayıtmasını təmin edir.


Koronar arteriyaların şuntlanması: 1-daralmış sol koronar arteriya,

2-aorta və koronar arteriya arasında şunt


Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin