Passiv müayinə metodlarına ürək-damar sisteminin işinə əsaslanan akustik, mexaniki qıcıqları qeyd edən aşağı və infraaşağı tezlikli usm, elektrokardioqrafiya, mexanokardioqrafiya, fonokardioqrafiya, ürəyin bioelektrik aktivliyini tədqiq edən elektrokardioqrafiya və s. daxildir.
Bu metodlardan başqa ürəyin mexaniki aktivliyini tədqiq etmək üçün bir çox xüsusi metodlardan da istifadə olunur.
Kinetokardioqrfiya – döş qəfəsinin aşağı tezlikli dalğalarını qeyd etməklə ürəyin mexaniki fəaliyyətini qiymətlərndirməyə əsaslanır. Bu metodla sol və sağ mədəciyin faza-struktur dövriyyəsini eyni vaxtda qeyd etmək mümkündür.