Ballistokardioqrafiya metodu ürəyin mədəciklərindən qanın iri damarlara qovulması nəticəsində baş verən reaktiv hərəkət prinsipinə əsaslanır. Bu ötürülmə ürəyin işini qeydə alan ballistokardioqraf vasitəsilə həyata keçirilir.
Dinamokardioqrafiya metodunda ürək tsiklinin bütün mərhələləri: qulaqcıqların sistola vəziyyəti, mədəciklərin gərginləşməsi və qanın oradan qovulması, protodiastolik mərhələ, boşalma mərhələsi və mədəciklərin qanla dolması mərhələsi osilloqraf vasitəsilə göstərilir və dinamokardioqramda qeydə alınır. Bu metod tətbiq olunarkən müayinə olunan pasiyent xüsusi ötürücülər quraşdırılmış masa üzərində uzadılır, ötürücülər elektrik qıcıqlarının mexaniki tezliyini qeydə alır.