Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"



Yüklə 258,42 Kb.
səhifə50/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   46   47   48   49   50   51   52   53   ...   59
biootibbi diaqnostika muhazire

Teletibb sahəsində elmi tədqiqatlar. İnnovativ səhiyyənin formalaşmasının ən mühüm istiqamətlərindən biri teletibbin inkişafıdır. Bu texnologiyalar uzaqdan məsləhət, müayinə, yüksək ixtisaslaşmış mərkəzlərdə ilkin informasiyanın emalı, müayinəyə sərf olunan vaxta qənaət və diaqnostikanın dəqiqliyinin artmasına imkan yaradır. Teletibb sahəsində elmi tədqiqatlar aşağıdakı istiqamətlərdə aparılır: sağlamlıq göstəricilərinin məsafədən monitorinqi, tibbi verilənlərin (təsvirlər, elektrik siqnalları (məsələn, elektrokardioqramma) və s.) formalizasiyası və emalı üçün effektiv metodların işlənilməsi; paylanmış verilənlərin toplanması və onların inteqrasiya olunmuş TİS-ə çevik şəkildə ötürülməsi metodlarının işlənməsi; informasiyanın sıxılması metod və alqoritmlərinin işlənməsi və s. . E-səhiyyənin dinamik inkişaf edən istiqamətlərindən biri də mobil teletibdir. Mobil teletibb çoxsaylı peyk əlaqə vasitələrini, mobil İT (telefon, smartfon, planşet) və müxtəlif naqilsiz əlaqə texnologiyalarını özündə birləşdirərək tibbi məlumatların naqilsiz ötürülməsini təmin edir. Mobil teletibb (mobil tibb) ev şəraitində məsafədən müalicə prosesinin aparılmasına, pasiyentin sağlamlıq durumunun fasiləsiz telemonitorinqinə, tibbi konsultasiyaların keçirilməsinə imkan yaradır.Mobil tibbin elmi problemləri sırasına müxtəlif daşınan aksessuarlara, mobil telefonlara sensorların inteqrasiyası, pasiyentin sağlamlığının mobil monitorinqinə dair müxtəlif yanaşmalar, naqilsiz texnologiyalar vasitəsilə əldə edilmiş məlumatların dəqiqliyi və təhlükəsizliyi və s. daxildir.

Görüntülərin növləri: tomoqramlar, radioqraflar, termoqramlar, kardioramlar və s. onların təsvir üsulları.

Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin