Ümumi kliniki müayinə metodu – insan xəstəliklərinin diaqnostikası üçün ən geniş yayılmış metodlardan biri ümumi kliniki müayinə üsuludur. Qanın və sidiyin ümumi analizi, müxtəlif orqan və sistemlərin (böyrək, qaraciyər) bioloji mayesinin və orqanizmdən xaric etdiyi ifrazat məhsullarının tərkibinin öyrənilməsi bu metoda daxildir. Orqanizmin bu və ya digər patoloji vəziyyəti, xəstəliklərin dinamikasına nəzarəti və aparılan müalicənin effektivliyi laborator müayinə metodunun nəticəsinə əsaslanır. Lakin laboratoriya təhlillərinin məqsədyönlü nəticəsini əldə etmək üçün xəstəliyin kliniki şəklini düzgün ifadə etmək lazımdır.