Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"


Qanın laxtalanmasının müayinə olunması üsulu



Yüklə 258,42 Kb.
səhifə25/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   21   22   23   24   25   26   27   28   ...   59
biootibbi diaqnostika muhazire

Qanın laxtalanmasının müayinə olunması üsulu. Qan maye vəziyyətindədir, axmaq və laxtalanmaq qabiliyyətinə malikdir. Qatılaşmış və bərkimiş qan laxtaları tromblar əmələ gətirir. Adi halda qan damarlardan (aorta və arteriya), o cumlədən kapilyarlardan axaraq daim hərəkətdə olur. Laxtalanma xüsusiyyətinə görə kiçik və orta ölçülü damarlar zədələndikdə və ya deşildikdə qanaxma dayanır. Qanın axıcılıq və laxtalanma qabiliyyəti bir-biri ilə əlaqədardır və hemostaz sistemini əmələ gətirir. Hemostazın pozğunluğu bir çox xəstəliklərə yol açır və bəzən bir sıra xəstəliklər nəticəsində əmələ gəlir: travmalar, cərrahi müdaxilə, ürək-damar xəstəlikləri, geniş iltihab prosesi və.s. Buna görədə, qanın laxtalanması göstəricisinin təyini orqanizmin ümumi vəziyyəti, bir çox xəstəliklərin proqnozlaşdırılması (kəskin və xronik xəstəlikləri) barədə effektiv məlumat verir.

Hemostaz sistemi 3 qarşılıqlı əlaqədar mərhələdən ibarətdir: 1)damar komponentləri – damarları daxildən örtən hüceyrə təbəqəsi – endoteli; endoteli təbəqəsi qana xüsusi maddələr ifraz edir. Bu maddələr qan hüceyrələrini bir-birinə və damarların divarına yapışmaqdan qoruyur. Damarların zədələnməsi və ya partlaması zamanı endotelial hüceyrələrin ifraz etdiyi maddələr trombəmələgəlmə sistemini işə salır. Bu mərhələ ilkin trombositar hemostaz adlanır, sonrakı mərhələdə gedən reaksiyalar nəticəsində trombun bərkiyib damara yapışması ikinci hemostaz əmələ gətirir. Damarın sonrakı bərpası prosesi trombositlərin iştirakı ilə baş verir. Qanın laxtalanmasında plazma komponentləri – çoxlu miqdarda zülallar, fermentlər, kalsium ionları birləşərək laxtalanmış plazma (koaqulyasiya olunmuş), laxtalanma əleyhinə (antikoaqulyasiya) plazma və fibrinolitik plazma sistemi yaradırlar.


Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin