Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"


Müasir tibbi diaqnostika vasitələri



Yüklə 258,42 Kb.
səhifə26/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   22   23   24   25   26   27   28   29   ...   59
biootibbi diaqnostika muhazire

Müasir tibbi diaqnostika vasitələri



Tibb yeni texnologiyaların aralıqsız tətbiq olunduğu sahələrdən biridir. Lakin bu texnologiyaları geniş istehlakçı kütləsi üçün əlçatan edən məhz mobil texnologiyalardır. Burada platforma rolunu nəbz, qan təzyiqi, qanda şəkərin səviyyəsi və digər göstəriciləri kontaktsız şəkildə ölçə bilən müxtəlif cihazlar ifa edə bilər. Bu gün bir çox şirkətlər tibb sahəsində qazanılan nailiyyətləri kütləvi istehlak bazarına təqdim etməyə imkan verən müxtəlif tətbiqləri yaradıb onları «ağıllı» geyilən qadcetlərə: qolbaq və saatlara yerləşdirməyə üstünlük verir. Düzdür, belə cihaz və alətlərə istehlakçı tələbatı hələ ki azdır, lakin yaxın gələcəkdə burada ciddi artım proqnozlaşdırılır. Misal üçün, GlobalData agentliyinin qiymətləndirməsinə görə şəkər xəstəliyinə nəzarət edən vasitələrə ümumi tələbatın həcmi 2017-ci ildə 12 milyard dollara çata bilər.
Dünyanın müxtəlif ölkələrindəki elmi laboratoriyalarda artıq qanda şəkərin kontaktsız olçülməsi üzrə bir çox metod, o cümlədən, ultrasəs diaqnostikası, örtü toxusunun elektrik naqillik qəbiliyyətinə nəzarət, dərialtı nahiyələrin şəkillərinin spektral təhlili vs. hazırlanmışdır. Yanaşma metodlarının bolluğu istehsalçılara özünəməxsus yol seçib bunun sayəsində bazar payı qazanmağa imkanlar yaradır. Bununla belə, bir sıra ölkələrin qanunvericiliyi tibbi qadcetlərinin bazar miqyaslı inkişafına əngəl təşkil edir. Hələ ötən ilin dekabrında Apple şirkətinin nümayəndəsi Reuters agentliyinə verdiyi müsahibədə qeyd edirdi ki, belə bir problem doğrudan da mövcuddur: «Əgər qidalanmada nəzarət üçün hər hansı qadcet buraxılırsa, adətən qarşısına qanuni bir əngəl çıxmır. Lakin elə ki söhbət şəkər xəstələri üçün ölçmələrdən düşür, məsələ dərhal ciddi qanuni nəzarət altına düşür». Geyilən qadcetlərin nədən yalnız ən «sadə» istiqamətlərdə — fitnes və təhsil sahələrində inkişaf etməsi məhz bununla izah edilə bilər. Gələcəkdə vəziyyət kökündən dəyişə bilər və bunun ən parlaq dəlillərindən biri amerika statistikasının ekspres-təhlil tələbatı üzrə göstəriciləri qəbul oluna bilər. Reuters-in verdiyi məlumata görə 317,8 milyonluq ABŞ-da bu gün 29 milyon insan var ki, qanda şəkəri gündə biz neçə dəfə, bəzən 10 dəfəyədək ölçməyə ehtiyacları var. Ölkə miqyasında bu ölçmələrə xərclənən vəsaitlərin ümumi həcmi 2012-ci ildə 245 milyon dollar təşkil edib.
Şəkəri ölçmək geyilən qadcetlərin bu gün uğurla apara bildiyi yeganə test deyil. Bunların bəziləri sadə istehlakçılar üçün əlçatan olsa da, əksəriyyəti hələ ki həkim və tibbi müəssisələrin eksklyuziv imkanı kimi qalır. Sizi bu testlərdən ən maraqlı olanları ilə tanış etmək istərdik.
AliveCor nəbzölçənAliveCor nəbzölçən ürək ritmini və yığılmaların tezliyini ölçmək üçün istifadə olunan cihazdır. Bu cihaz öz səmərəliliyini aparılan kliniki sınaqlarda artıq sübut edir. AliveCor ürək fəaliyyətinin təcili və dəqiq yoxlaması və elektrokardioqrammanın (EKQ) yazılması üçün mükəmməl cihazdır. Bu nəbzölçən lisenziyalı həkim, habelə xüsusi qeydiyyata tabe olan xəstələrin müəyyən qrupu tərəfindən EKQ məlumatlarının yazılması, saxlanması və göndərilməsi üçün nəzərdə tutulub. Bu qadcet iOS və Android platforması əsasında bir sıra smartfon ilə bağlı işləyir və telefondan deyil, 12000 dəfə 30 saniyəlik EKQ testi aparmağı təmin edən 3 voltluq batareyadan qidalanır. AliveECG tətbiqi pulsuz olaraq Apple App Store və Google Play-də təqdim olunur.
EKQ testini aparmaq üçün cihazı ovucun içində tutub elektrodları hər iki əlin barmaq uclarına yerləşdirmək lazımdır. Telefonun alt hissəsi sağ tərəfə qoyulmalıdır. Cihazın sensorları dəriyə təması hiss edir və qoşulma baş verdikdə EKQ yazımaq üçün geriyə saymanı başladır. EKQ yazarkən cihaz eyni zamanda ürək yığılmalarının tezliyini də əks etdirir. Bu cihazın müayinə proqramlarında geniş istifadə olunması ürək qulaqcıqlarının daha əvvəl müəyyən edilməmiş ibrillyasiyası ilə bağlı işemiya insultu hallarının azalmasına gətirib çıxarda bilər.
Koronar arteriyaları yoxlayan CADence System
Amerikanın Aum Cardiovascular şirkəti tac (koronar) arteriyaların yoxlanması üçün unikal qurğu yaradıb. Məlum olduğu kimi, xolesterin piləkləri bəzən koronar arteriyaların içinə dolub qan axınını əngəlləyir. Belə hallarda xəstənin damarlarını təmizləmək üçün şuntlama əməliyyatına ehtiyac yaranır. Lakin həkimlər heç də bütün xəstələri koronar arteriyaların «tıxanması» barədə vaxtında xəbərdar edə bilmirlər, nəticədə xəstələrin bəziləri vəfat edir, bəziləri də ağır vəziyyətdə xəstəxanalıq olurlar. CADence sistemi invaziv müdaxiləyə ehtiyac olmadan koronar arteriyaların vəziyyətini müəyyən edə bilir. Qurğunun iş prinsipi qanın arteriyadan keçərkən meydana gələn axın burulqanının yaratdığı səsin təhlilinə əsaslanır.
Tibbi dron cəmi bir neçə dəqiqə ərzində defibrillyasiya həyata keçirir
Defibrilyasiya üçün avtonom stansiyalar bir çox ölkələrdə tibb işçiləri üçün adi qurğu halına gəlib. Tibbi xidmət işçiləri belə cihazlardan adətən hava limanları və böyük marketlərdə, eləcə də idman müsabiqələri keçirilən zaman istifadə edirlər. Amma Hollandiyalı qurğu hazırlayanlar daha irəli gediblər. Onlar adı çəkilən stansiyaların yeni nəslini hazırladılar. İdeya defibrilyatorun pilotsuz uçan aparatın üstünə quraşdırmaqdan ibarətdir. Qurğunun eləcə də prosesləri idarə etməkdə tibb işçilərinə kömək edən mikrofonu, kamerası və dinamiki var. Defibrilyatorun hər bir elektrodunun xüsusi nişanı var. Bunun sayəsində ən hazırlıqsız insan belə onları səhvə yol vermədən quraşdıra bilər. Üstəlik, həkim yardıma xəstəyə kömək edən şəxsə uzaqdan dəstək verə biləcək. Əlbəttə, burada müəyyən qədər ciddi risklər də ola bilər, odur ki, xəstənin bilavasitə yanında olub ona yardım göstərən adam az da olsa tibbi yardım haqqında məlumatlı olmalıdır.
Eko ilə adi stetoskopu rəqəmsal qurğuya çevriləcək
Elektron stetoskoplar çoxdandır ki, icad edilib, lakin tibbi praktikada elə də çox işlənmir. Bunun səbəbləri arasında bir tərəfdən yüksək qiymət və qurğundan istifadənin çətinliyi, digər tərəfdən isə sınanmış köhnə alətlərə üstünlük verən həkimlərin mühafizəkarlığı göstərilir. Buna baxmayaraq yaxın gələcəkdə elə bir yeni cihaz meydana çıxacaq ki, ən adi stetoskopları güclü rəqəmsal alətlərə çevirəcək. Misal üçün, Eko Devices şirkəti tərəfindən hazırlanan Eko qurğusu stetoskopun akustik başlığının səsötürən borusuna və gövdəsinə birləşdirilir. Qurğu onun normal işləməsini təmin edən müvafiq tətbiqlə birgə işləyir. Müayinənin bütün məlumatları tətbiqdə əks olunub sonrakı baxışlar üçün saxlanılır. Eko tətbiqi həm səsləri vizuallaşdırıb onların dinləyənə ötürülməsini təmin edir, həm də ürək səslərini təsnif edir.Tətbiqə elektron tibbi kartlarında qeydə alınmış məlumatları yükləyib onları müzakirə üçün başqa həkimə göndərmək olar.
Smartfonunuzdakı USM skaneri
MobiUS SP1 USM skaneri diaqnostikanı tezləşdirə, eləcə də inyeksiyanı yönləndirə bilər. Qurğunun qiyməti əlçatandır, bu isə ultrasəs müayinəsinə olan tibbi təşkilatların monopoliyasına son qoya bilər. MobiUS SP1 rahatlıqla cibinizə yerləşir, olduqca yüngüldür, odur ki, onu hər yerə özünüzlə daşımaq mümkündür. Standart batareya 60 dəqiqə ərzində skan etməni təmin edir və enerji ilə asanlıqla təkrar yüklənə bilir. Beləliklə, xəstənizi rahatlıqla müayinə edə bilərsiniz. Ultrasəs şəkilləri qurğunun hafizəsində saxlanılır və Wi-Fi , mobil şəbəkə, eləcə də USB vasitəsilə xəstənin smartfonuna asanlıqla göndərilir.
elektron stetoskop: ViScopeMD
Bu yaınlarda HDMedical şirkəti (Kaliforniyta, ABŞ) ənənəvi stetoskop kimi işləyən, üstəlik, qeydə alınmış səsləri mayekristal displeydə fonokardioqramma şəklində əks etdirə bilən ViScopeMD rəqəmsal stetoskop təqdim etdi. Səsləri eşidib vizuallaşdırmaqla yanaşı həmin stetoskopun eləcə də ürəkdə şübhəli səsləri müəyyən edib onları xüsusi şkalada göstərən indikatoru da var. Stetoskopun həm də ürək səslərinin istənilən qismini seçib onlara ayrıca qulaq asmaq imkanı yaradan tənzimlənə bilən filtri mövcuddur. Nəhayət, ViScopeMD stetoskopunun proqram təminatı istifadəçiyə hərtərəfli təhlil və xəstələrin sağlamlığı haqqında hesabatlar hazırlamaq məqsədilə onların ürək səslərinin əks etdirilib real vaxt rejimində saxlanılmasını təmin edir.
Tibb işçiləri üçün exoskop

Ekoscope cihazı patentləşdirilmiş çoxprofilli portativ tibbi alətdir. FDA (Food and Drug Administration — Sanitariya, ərzaq malları və dərmanların keyfiyyətinə nəzarəti həyata keçirən idarə) tərəfindən bəyənilmişdir. Tərkibində elektron stetoskop mövcud olan bu cihazın zəng, diafraqma, eləcə də mexaniki üsulla qulaqasma (auskultasiya) üçün yeni «diafraqma plyus» rejimi var. Cihazın daxilində 8 qurulmuş EKQ-elektrodu var. Cihaza yerləşdirilmiş EKQ texnologiyası Nobel mükafatı laureatı, doktor Villem Eynthovenin başlıca prinsiplərinə əsaslanır. Ekoscope sinə divarından, əl və ya ayaqdan çıxan elektrik siqnalı kabel, ya da məftildən istifadə etmədən aşkar edə bilir.
Hemoqlobinin ümumi səviyyəsini dərhal müəyyən edən Masimo Pronto-7
Pronto-7. Rainbow 4D texnologiyası ilə təchiz olunmuş bu cihaz qanda hemoqlobinin ümumi səviyyəsini sürətli şəkildə qeyri-invaziv (dərini qan nümunəsi almaq üçün iynə ilə deşmədən ağrısız) üsul ilə müəyyən edir, qanı oksigenlə qidalandırır, nəbz və perfuziya indeksini ölçür.
Handyscope — iPhone üçün ilk dermatoskop
2010-cu ildə Handyscope cihazını təqdim edən FotoFinder Systems bununla da smartfon texnologiyası ilə dəri xərçənginin təkmilləşdirilmiş skrininq tədqiqatı mexanizmini birləşdirən ilk şirkət oldu. Handyscope cihazını iPhone ilə bir-birinə qoşaraq 20 qat böyütməli və yüksək keyfiyyətli dermaskopik şəkilləri çəkib şifrə ilə qorunan tətbiqdə saxlamaq olar. Sadə böyütücü şüşəli əl dermatoskoplarından fərqli olaraq Handyscope avtomatik fokuslama və alınan şəklin standartlara uyğun düzgün miqyaslaşdırmanı təmin etmək üçün xüsusilə hazırlanmış çoxlinzalı optik sistemi var. Bu cihazın bazal hüceyrəli karsinomanın diaqnostikası üçün olduqca ciddi əhəmiyyət kəsb edən bir xüsusiyyəti də ondan ibarətdir ki, cihazı dəriyə toxundurmadan onun vasitəsilə damarları və dərinin xərçəngə məruz qalmış hissələrini görmək olar.
Qanda xolesterin səviyyəsini ölçən smart-kart
Qanda xolesterini ölçən məişət özünüdiaqnostika vasitələri illərdir ki, mövcuddur. Lakin test zolağının bahalılığı, cihazı işə salmağın çətinliyi, eləcə də nəticələrin işlənilib saxlanılmasının mümkün olmaması bu vasitələrin geniş istifadə olunmasını əngəlləyirdi. Kornel Universitetinin mühəndisləri bu problemə həll gətirə bildilər. Onlar smartfon vasitəsilə qandakı xolesterin səviyyəsini ölçən unikal tətbiq və smartfonun kamerasını xolesterini ölçmək üçün istifadə edən xüsusi sim-kart hazırladılar. Aparılan sınaqların nəticələri göstərir ki, həmin sistem 60 saniyə ərzində standart test zolaqlarının şəkillərini çəkərək qandakı xolesterinin ümumi səviyyəsini kəmiyyətçə dəqiq ölçə bilir. Eyni zamanda yaradıcı heyət yeni aksesuarın ölçmə həssasiyyətinin artırılması və müxtəlif smartfonlarda nümayiş etdirilməsi üçün nə dərəcədə optimallaşdırıldığını göstərdilər. Qabaqcıl optik texnologiya sayəsində smartfona qoşulan bu yeni aksesuar qan, tər, ya da tüpürcək damlasında miomarkerləri aşkar edir. Daha sonra xüsusi tətbiq nəticələri kolormetrik təhlil yolu ilə müəyyənləşdirir. İstifadəçi qan damlasını test zolağının üzərinə yerləşdirir, burada qan mərhələli ayırma və kimyavi reaksiya üsulu ilə təhlil olunur, beləliklə zolaq smartfon vasitəsilə kolormetrik analizə hazır vəziyyətə gətirilir.İndilik bu test xolesterinin yalnız ümumi səviyyəsini müəyyənləşdirir, lakin artıq aşağı sıxlıqlı («pis» xolesterin) və yüksək sıxlıqlı lipoproteinləri («yaxşı» xolesterin), eləcə də triqliseridləri aşkar edən texnologiyanın hazırlanması üçün iş aparılır. Bununla yanaşı D vitamininin və tərdəki elektrolitin səviyyələrini ölçmək imkanları da nəzərdən keçirilir.
Beyin impulslarına nəzarət edən yuxu maskası
NeuroOn dünyada beyin impulslarını idarə edən ilk yuxu maskasıdır. NeuroOn tək fazalı yuxunu çox fazalıya çevirə bilir, bunun sayəsində yuxunu daha effektivləşdirərək müddətini qısaltmağa imkan yaradır. Başqa dillə desək, bu maska yorğunluğunuzu çıxatrmaq üçün yuxunuzu dəqiqliklə tənzimlənmiş bir neçə qısa mərhələyə ayırır, nəticədə siz yaxşıca dincəlib gün boyu aktiv fəaliyyət üçün yetəcək qədər enerji tolpayırsınız. Bununla yanaşı çox fazalı yuxu şəxsi bioloji saatınızı fəaliyyət qrafikinizə uyğunlaşdırır. NeuroOn maskası sizin bioloji siqnallarınızı ölçür və analoq formatlı göstəriciləri rəqəmsallaşdırıb smartfon tətbiqinə göndərir.
iHealth Align glükometr
Bu glükometr birbaşa smartfonun qulaqlıqlarına qoşulur və test nəticələrini dərhal telefonun ekranında nümayiş etdirir. iHealth Align cihazının yığcam ölçüləri, habelə mobil sinxronlaşdırma imkanı bu kiçicik glükometri şəkər xəstələri üçün əla alətə çevirir. Pulsuz yükləməyə açıq iHealth Smart-Gluco tətbiqi isə məlumatlarınızı, test nəticələrini və qeydləri hafizədə saxlayan avtomatik qeydiyyat jurnalı rolunu oynayırTətbiq məlumatlarınızın tarixçəsini saxlayaraq onları həkiminizlə paylaşmaq imkanı yaradır.
Təhlil aparan TARGETSCALE tərəzisi
İnnovativ texnologiyaların sayəsində TARGETSCALE tərəzisi çəkinizi dəqiqliklə ölçüb bədəninizin ən münasib çəkisini müəyyənləşdirir. Çəkinin dəqiq ölçülməsi ilə yanaşı qurğu bədənin kütlə indeksini (BKİ), bədəndə yağ və suyun miqdarını, əzələ və sümük kütləsini müəyyən edə bilir. Bu tərəzi eyni zamanda 4 ayrı insanın məlumatlarını saxlaya bilir. Tərəzi nəticələrinin və tövsiyələrin əks olunduğu smartfon vasitəsilə siz indiki çəkinizlə fədəflədiyiniz ən münasib çəkinizin arasındakı fərqin vizuallaşdırılmış qrafikini əldə edirsiniz. Qurğunun yaddaşına əlavə məlumat, ayrı-ayrı ölçmələrlə ilə bağlı şərh əlavə edə bilərsiniz. TARGETSCALE çəkinizi daha effektiv şəkildə nəzarət edib onu daha yaxşı idarə etməyə imkan yaradır.
AccuVein damarı çətin vəziyyətlərdə asanlıqla tapmağa kömək edəcək
Xəstəyə iynə vurmaq, ya da sistem qoymaq üçün məlumdur ki, əvvəlcə damarı tapmaq lazımdır. Bəzən, misal üçün, damar dəri altında yaxşı görünməyəndə, ya da təcrübəsiz tibb bacısına rast gəldikdə damarı tapmaq o qədər çətin olur ki, ciddi problemə çevrilir. Heç də xoş olmayan bu proses 2 və ya 3 dəhə təkrarlanarsa xəstə üçün böyük əziyyətə çevrilir. Lakin müasir texnologiyalar bu çətin məsələyə də münasib həll tapmağa qadirdir. AccuVein AV300 qurğusu 642 və 785 nanometrlik iki azgüclü lazerlə təchiz olunub. Bu qədər azgüclü olduğundan həmin lazerlər insan orqanizminə heç bir zərər vermir və tamamilə təhlükəsizdir, unula belə, dəriyə istiqamətləndirildikdə ən «zəif» damarı belə dərhal aşkar edə bilir.

Qan təzyiqi və ürək kateterizasiyası

İnsan bədəni daim dəyişən ətraf mühit şəraitinə uyğunlaşır, bununla birlikdə daxili mühit sabit qalır və onun fəaliyyət səviyyəsi çox dar hüdudlarda dəyişir. Buna görə bir insan müxtəlif ətraf mühit şəraitində yaşaya bilər. Bəzi fizioloji parametrlər xüsusilə diqqətlə və incə şəkildə tənzimlənir, məsələn, bədən istiliyi, qan təzyiqi, qlükoza, qaz, duz, qandakı kalsium ionları, turşu-baz balansı, qan həcmi, onun osmotik təzyiqi və s. Tənzimləmə bu göstəricilərdə və nəzarət sistemlərində dəyişiklikləri ələ alan reseptorlar arasında mənfi rəy prinsipi əsasında həyata keçirilir. Beləliklə, parametrlərdən birində azalma müvafiq reseptor tərəfindən tutulur, bu sistemdən impulslar bu və ya digər beyin quruluşuna göndərilir, əmrinə avtonom sinir sistemi baş verən dəyişiklikləri bərabərləşdirmək üçün kompleks mexanizmləri daxil edir. Beyin, homeostazı qorumaq üçün iki əsas sistemdən istifadə edir: otonomik və endokrin. Qan – hərəkətli maye halında olan birləşdirici toxumadır. Qanda , limfada və toxumarası mayedə dövr edən qanın həcmi, hidrostatik və osmotik təzyiqi , temperaturu, ph-ı, formalı elementlərin, qida maddələrinin , qazların, ifrazat məhsullarının, hormonların miqdarı kimi çoxsaylı homeostatik funksional sistemlərin fəaliyyət nəticələri toplanır. Bu göstəricilərin hər biri spesifik funksional sistem vasitəsilə həyat fəailləyyəti üçün optimal səviyyədə saxlanılır ki bununla da toxumalarda gedən mübadilə prosesləri təmin edilir.
Elə adi proseslər var ki, həkim və ya tibb işçisi olmayanlar da onu yerinə yetirməli olur. Məsələn, təzyiqin və ya qanda şəkərin ölçülməsi. İlk baxışda kiməsə çox adi və sadə görünən həmin prosedur zamanı bir sıra qaydalar var ki, əslində onlara əməl etmək lazımdır. Arterial təzyiqin ölçülməsi xüsusi cihaz-sfiqmomanometr və ya tonometrlə aparılır. Təzyiqi ölçməzdən 1saat qabaq kofe və tünd çay qəbul etmək, siqaret çəkmək olmaz, yeməkdən yarım saat keçməlidir. Təzyiqi ölçməzdən 1saat əvvəl burun və göz damcısını çıxmaq şərtilə digər dərmanların qəbulu dayandırılmalıdır. Əsəbi halda təzyiqi ölçmək düzgün deyil, onu yalnız sakitləşəndən 5 dəqiqə sonra etmək lazımdır. Ölçülməzdən əvvəl rahat oturaq vəziyyət seçilir, vacib olduqda uzanıqlı və ayaqüstü vəziyyətdə də proseduru aparmaq olar. Tonometrin manjet hissəsi dirsəkdən 2 santimetr yuxarı olmaqla bazu nahiyəsinə ürək səviyyəsində bağlanılır. Manjeti çox sıx bağlamaq lazım deyil. Daha sonra fonendoskopun başcığı dirsək çuxuruna yerləşdirilir. Nəbz itənə qədər balonla manjetə hava doldurularaq bazu arteriyası sıxılır. Bundan sonra ventil açılaraq yavaş-yavaş manjetin içərisindəki hava ilk nəbz vurğusunu eşidənə qədər buraxılır. Həmin andakı şkaladakı göstərici sistolik təzyiqin, nəbzin itdiyi an isə diastolik təzyiqin göstəricisi olacaq”.”Təkrar təzyiqölçmə proseduru 3-5 dəqiqədən sonra aparılır. Həmin proses zamanı kəskin hərəkət etmək və danışmaq olmaz. Arterial təzyiqi sağ qolda (solaxaylarda sol qolda) ölçmək düzgündür. Əgər şübhə yaranarsa, təzyiq hər iki qolda ölçülə bilər. Sağ və sol qollar arasındakı təzyiq fərqi 5-10 mm civə sütunu ola bilər. Bəzən olur ki, evdə ölçülən təzyiqlə həkimin ölçdüyü təzyiq arasında 10-20 mm civə sütunu fərq yaranır. Həkim qəbulunda həmin göstərici daha yüksək olur. Bunu “ağ xalat sindromu” adlandırırlar və o, əsasən stress fonunda meydana çıxır. Xüsusilə 30 yaşına qədər qadın və qeyri stabil sinir sistemi olanlar arasında həmin hala təsadüf edilir. Arterial təzyiqi, onun yüksəlməsinə hər şübhə olduqda nəzarət üçün gündə iki
dəfə-səhər və axşam ölçmək məsləhətdir.”



Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin