Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"


Dayaq-hərəkət aparatı, DİAQNOSTİKA metodları



Yüklə 258,42 Kb.
səhifə27/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   23   24   25   26   27   28   29   30   ...   59
biootibbi diaqnostika muhazire

Dayaq-hərəkət aparatı, DİAQNOSTİKA metodları

Dayaq-hərəkət sistemi xəstəlikləri aşağıda qeyd olunan formalarda təzahür edir:



  • Artroz

  • Artrit

  • Skalioz

  • Lordoz

  • Kifoz

  • Osteoxondropatiya

Artroz oynaqların degenerativ-distrofik xəstəliyidir. Xəstəlik nəticəsində oynaqların bütün elementləri – qığırdaq, bağlar, oynaq pərdəsi, oynaqətrafı əzələlər və sümük ciddi zədələnir. Artroz oynaqlarda kəskin ağrı, hərəkət məhdudiyyəti, səhər yuxudan duran zaman şiddətli ağrılarla müşaiyət olunur.

Artrit oynaqların iltihabı xəstəliyidir, ağrılarla, oynaqların şişməsi, qızarması və formasının dəyişməsi ilə müşahidə olunur. Kəskin hərəkət zamanı ağrılar daha şiddətli olur. Artrit müxtəlif infeksion xəstəliklərdən sonra, revmatizm, hepatit xəstəlikləri nəticəsində inkişaf edə bilər. Revmatoid artrit ciddi xəstəlik olub, yalnız oynaqları deyil, orqanizmin toxuma və orqanlarını da zədələyir. Xəstəliyin müalicəsi kompleks terapiya yolu ilə aparılır. Orqanizmin immun sistemi aktivləşdirilir, dərman vasitələri və plazmaferez tətbiq olunur. Ümumi iltihab əleyhinə nesteroid preparatlardan, birbaşa oynağa yeridilən hormonal vasitələrdən istifadə olunur. Autoimmun formalarda immunokorrektorlar tətbiq olunur. Oynaqlarda qığırdaq toxumasını bərpa etmək üçün xondroprotektorlar – xondroitinsulfat, terafleks, rumalon, qlükozamin preparatlarından istifadə olunur. Müalicədə vitamin terapiyasından, ağrıkəsicilərdən istifadə etmək effektiv nəticə verir. Proses bir və ya bir neçə oynaqda gedirsə, ümumi müalicə ilə birlikdə yerli müalicə vasitələrindən də istifadə olunur. Bərpaedici gellər, kremlər (diklofenak, voltaren, ketonal və s.) sağalmanı sürətləndirir.

Skalioz – onurğanın müxtəlif konfiqurasiyalarda əyilmələri formasında meydana çıxır. Skalioz anadangəlmə və qazanılmış ola bilər. Uşaq yaşlarda keçirilmiş travmalar (idmanın müxtəlif növlərində alınan zədələrdən sonra), oturaq vəziyyətdə çox qalmaq (musiqi alətlərində uzun müddət məşğul olmaq) skaliozun inkişafına səbəb olur.


Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin