Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"


Kifoz – onurğanın arxaya doğru normadan artıq əyilməsidir. Kifoz müxtəlif səbəblərdən irəli gəlir. Lordoz



Yüklə 258,42 Kb.
səhifə28/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   24   25   26   27   28   29   30   31   ...   59
biootibbi diaqnostika muhazire

Kifoz – onurğanın arxaya doğru normadan artıq əyilməsidir. Kifoz müxtəlif səbəblərdən irəli gəlir.

Lordoz – onurğanın önə doğru patoloji əyilmələridir. Lordoz kifozu əmələ gətirən səbəblərdən inkişaf edir.

Osteoxondropatiya – sümük-qığırdaq sisteminin yaxşı inkişaf etməməsi səbəbindən yaranır. Uşaq yaşlarda hipodinamiya da xəstəliyin inkişafına səbəb ola bilər.

Onurğanın patoloji əyriliklərini aradan qaldırmaq üçün fizioterapiyadan, xalq təbabətindən geniş istifadə olunur. Bu xəstəliklər uşaq yaşlarda müalicəyə daha tez tabe olur, yaşlılarda onurğa əyriliklərinin müalicəsi mürəkkəb xarakterli, uzun müddətli olur. Müalicədə masaj, su əməliyyatları və idman növlərindən istifadə olunur.

Dayaq-hərəkət sistemi xəstəliklərinin sağalması və oynaqların hərəkətinin bərpası üçün pəhriz saxlanmalı, tərkibində kollagen olan (qığırdaq toxumasının bərpası üçün) qidalar qəbul edilməlidir. Doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, müalicəvi vannalar qan dövranını bərpa etməklə toxumaları qidalandırır, immun sistemi aktivləşdirir.

Konservativ müalicə metodları effekt vermədikdə, cərrahi metod tətbiq olunur. Geniş tətbiq olunan metodlardan artroskopiya oynaq boşluğuna xüsusi cihaz daxil etməklə qığırdağın, vətərlərin və əzələlərin vəziyyətinin müəyyən olunmasına əsaslanır. Bu metod oynaqda olan iltihablı mayenin və irinin xaric edilməsinə, oynaq boşluğuna dərman vasitələri daxil edilməsinə imkan verir.

Daha ciddi zədələnmələrdə – oynağın funksiyası itirildikdə və xəstənin şikəst olması qorxusu olduqda, endoprotezlərdən istifadə olunur (şəkil 9.6). Bu metod artıq heç bir müalicə yolu qalmadığı zaman tətbiq olunur. Dağılmış oynaq süni oynaqla əvəz olunur. Bu metod mürəkkəb cərrahi əməliyyat vasitəsilə həyata keçirilir.

Dayaq-hərəkət aparatı xəstəliklərinin diaqnostikasında laborator müayinələrdən də istifadə olunur. Sidikdə sidik turşularının normadan artıq olması monoartritlərin və podaqranın diaqnostikasına əsas verir.



Rentgenoqrafiya dayaq-hərəkət aparatının xəstəliklərinin diaqnostikasında geniş istifadə olunan effektiv metoddur. Bu metod sümüklərin vəziyyəti, onurğanın konfiqurasiyasının dəyişilmələri, artrit və osteoporozun deformasiyaları barədə kifayət qədər məlumat verir.

Kt sümük toxumasının və yumşaq toxumaların struktur dəyişilmələrini müəyyən etməyə, xırda oynaqların dəqiq monitor görüntülərinin alınmasına imkan verir. Kt sümüklərdə əmələ gəlmiş artımları monitorda müşahidə etməklə osteofitin diaqnostikasında istifadə olunur.

Mrt dayaq-hərəkət aparatı xəstəliklərinin diaqnostikasında ən effektiv metoddur. Digər metodlar tətbiq etməklə müəyyən olunmayan xəstəliklərin diaqnostikası bu metod vasitəsilə aparılır. Bu metod onurğanın bütün dəyişilmələrini dəqiqliklə təyin edir, disklərarası yırtıqların ölçüləri barədə dəqiq informasiya verir.


Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin