Flöroqrafiya metodu döş qəfəsinin rentgen şüaları vasitəsilə müayinəsinə əsaslanır. Şüalar ağciyər toxumalarından keçərək flörosens mikroskopiyadan istifadə etməklə ağciyər hissələrinin görüntüsünü almağa imkan verir. Bu metod xüsusi informativ metod hesab olunmasa da, pulmonologiyada əsas müayinə metodlarından hesab olunur.
Bronxoqrafiya bronx şaxələrinin kontrast maddə daxil edilməklə rentgen müayinəsinə əsaslanır. Bronxlarda əmələ gəlmiş dəyişikliyi, bronxoplevral deşilmələri, çapıqlaşmış stenozları müəyyən edən metoddur. Müasir dövrdə bu metod nadir hallarda tətbiq olunur, kt diaqnostika üçün daha əməmiyyətli metod hesab olunur.