Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"


Elektroqastroenteroqrafiya və antroduodenal manometriya metodu



Yüklə 258,42 Kb.
səhifə36/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   32   33   34   35   36   37   38   39   ...   59
biootibbi diaqnostika muhazire

Elektroqastroenteroqrafiya və antroduodenal manometriya metodu həzm traktının üst hissəsinin qastroduodenal-motor funksiyasında baş verən pozulmaları aşkar etməyə imkan verir. Xora xəstəliyinin ilkin mərhələlərində qanda dəyişiklik müşahidə olunmur. Nadir hallarda hemoqlobinin və eritrositlərin miqdarında artım qeydə alınır. Bəzi hallarda anemiya da müşahidə olunur ki, bu qanaxmanın olduğunun göstəricisidir. Xora ağırlaşmalarında leykositoz qeydə alınır.Xora ağırlaşmalarında gizli qanaxmanın müəyyən olunması üçün nəcis analizindən istifadə olunur.

Mədənin turşuluğunun əmələgəlmə funksiyasının tədqiqi üçün ph-metriya metodundan istifadə olunur. Rentgen müayinə metodu mədənin xora xəstəliyinin klassik diaqnostik metodlarındandır. Rentgen müayinə metodu xoranın yerini dəqiqləşdirmək üçün effektiv metod hesab olunsa da, bəzi hallarda onu aydın görmək çətin olur. Xoranın ilkin mərhələsində rentgen müayinəsi digər müayinə metodları ilə müqayisə edilməlidir. Bununla belə, rentgen müayinə metodu mədənin anatomik vəziyyəti, ölçüləri barədə kifayət qədər məlumat verir (şəkil 6.5). Rentgen müayinə metodu mədə-bağırsağın motor funksiyasının və mədəyə daxil edilmiş kontrast maddənin (vismut kiseli, barium sulfat) mədənin sekresiyasına təsirini müşahidə etməyə imkan

verir. Mədənin rentgenoskopiyası metodu vasitəsilə mədənin müxtəlif proyeksiyalarda müayinə etmək mümkündür. Pentgenoskopiya mədənin optimal proyeksiyasının seçilməsi üçün effektiv müayinə metodu hesab olunur.

Rentgenoqrafiya xüsusi kağızda (plyonka) çəkilmiş rentgen görüntüsündə mədənin problemli hissələrini qeydə alımağa imkan verir.

Qida borusu və onikibarmaq bağırsağın rentgen görüntüsü konrtrast maddələrin bu orqanlara daxil edilməsi vasitəsilə alınır.



Kolit (kolon-yoğun bağırsaq) kəskin və xroniki formada yoğun bağırsağın selikli qişasının iltihabıdır. İshal, qızdırma, doğrayıcı ağrılar və tez-tez defekasiya çağırışı ilə müşahidə olunur.

Kəskin kolit 2-3 gündən 2 həftəyə qədər davam edə bilər. Dizenteriya ilə müşahidə olunan kolit zamanı xəstəni təcrid etmək, yataq rejimində saxlamaq lazımdır. Xəstəyə sulfanilamid preparatları, antibiotiklər (levomitsin, streptomisin, tetrasiklin) verilməlidir. Xəstə pəhriz saxlamalı, kolitin müalicəsini tezləşdirən qidalar qəbul etməlidir.




Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin