Diaqnostikası. Əsas metod kolonoskopiyadır. Kolonoskopiya xüsusi zond vasitəsilə yoğun bağırsağın daxili səthini müayinə etmək metodudur. Bağırsaq xüsusi endoskopik zondla 120-155 sm-ə qədər yoxlanılır. Kolonoskopiya metodu bağırsaqda olan xora və polipləri aşkar etməyə, biopsiya üçün bioloji mateial götürməyə imkan verir. 1 mm-ə qədər polipləri kolonoskopiya metodundan istifadə etməklə götürmək mümkündür.
Rektoromanoskopiyametodu kolonoskopiya ilə oxşardır, lakin bu metod yoğun bağırsağın 60 sm-lik son hissəsini tədqiq edə bilir. Bağırsağın xoralı koliti və Kron xəstəliyi (mədə-bağırsağın iltihab xəstəliyi, epidemioloji xüsusiyyətlərinə görə xoralı kolit) olduqda kolonoskopiyadan istifadəyə göstəriş yoxdur. Əks halda yoğun bağırsağın perforasiyası baş verə bilər.
Yoğun bağırsağın kontrast maddə yeridilməklə rentgen müayinəsi irriqoskopiya adlanır.
Həzm sisteminin geniş yayılmış xəstəliklərindən biri də öd kisəsi və öd yollarının xəstəlikləridir. Bu xəstəlik sağ qabırğaaltı nahiyədə küt ağrılarla, yeməkdən sonra ürəkbulanma ilə müşahidə olunur. Öd xəstəliyi öd yollarının motor funksiyasının pozulması nəticəsində əmələ gəlir.
Diaqnostikası usm, xolesistoxolangioqrafiya, rentgenoqrafiya və kompyuter tomoqrafiyası vasitəsilə aparılır. Usm öd və öd yolları xəstəliklərinin müayinəsində əsas metod hesab olunur. Öddə olan 1-2 mm ölçülü kiçik konkrementlərin təyin olunmasında xüsusi effektiv metoddur. Metod öd divarlarının qalınlaşmasını, iltihab prosesini, öd yollarının ölçülərini, strukturunu, digər patoloji prosesləri təyin etməyə imkan verir. Öddə polip yumşaq toxumadan ibarət olduğuna görə kölgə vermir, daş isə akustik kölgə verir. Akustik kölgəyə əsasən daşı polipdən fərqləndirmək mümkün olur.