Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"



Yüklə 258,42 Kb.
səhifə40/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   36   37   38   39   40   41   42   43   ...   59
biootibbi diaqnostika muhazire

Rentgenoqrafiya metodu vasitəsilə mədəaltı vəzdə olan daşlar, plevral boşluqda olan digər patologiyalar müəyyən olunur.

Kompyuter tomoqrafiyası xüsusi informativ metod olub, mədəaltı vəzin ölçüləri, qarın boşluğunda və plevra boşluğunda olan maye, vəzin nekrozlu hissələri barədə dəqiq məlumat verən metoddur. Lakin, bu metod öz bahalığı ilə fərqlənir və böyük tibbi müəssisələrdə həyata keçirilir.

Endoskopiya mədəaltı vəzin video görüntüsünə əsaslanır. Bu metodla kontrast maddə vasitəsilə onikibarmaq bağırsağa açılan axarların vəziyyətini, öd axarlarının vəziyyətini təyin etmək mümkündür. Lakin, bu maddənin qıcıqlandırıcı təsiri pankreatitin kəskinləşməsinə səbəb ola bilər.

Onkoloji diaqnostika metodları

Bir çox orqan və sistemlərdə şiş xəstəlikləri aydın görünən əlamətlərlə büruzə verilir. Orqanizmin ümimi xərçəng xəstəliyi əlamətləri sidik kisəsinin funksiyasının pozulması halları, bağırsaq pozulmaları, selikli qişanın funksiyasının pozulması, qadınlarda qanaxmalar və s. hesab olunur.

Dəri xərçəngi dəridə piqmentasiyanın dəyişməsi, müxtəlif ləkələr və yaralar əmələ gəlməsi ilə müşahidə olunur. Əgər orqanizmdə bu əlamətlər özünü büruzə verirsə, mütləq həkimə müraciət etmək, müasir diaqnostik metodlarla ciddi müayinə olunmaq lazımdır. Dəri xərçəngi bədənin açıq yerlərində, xüsusən üzdə (70%) daha çox rast gəlinir. Şişlər alında, burunda, göz kənarlarında, gicgahda, qulaqda eroziyalar formasında inkişaf edir. Günəş şüaları altında çox qalmaq, solyarilərdən istifadə, dəriyə konserogen maddələrin təsiri, tütün məmulatlarının təsiri nəticəsində dəri xərçəngi inkişaf edə bilər. İmmunitetin aşağı düşməsi də dəri xərçənginin inkişafı üçün əlverişli şərait yaradır. Dərinin mühafizəsi üçün şəxsi gigyena qaydalarına riayət etmək, günəşdən qorunmaq üçün xüsusi kosmetik vasitlərədən istifadə etmək lazımdır.


Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin