Pozitron-emission tomoqrafiya unikal diaqnostik metoddur. Radiofarm preparatların tətbiqi ilə həyata keçirilir. Bu metod vasitəsilə orqanizmdəki ən kiçik ölçülü şişləri (bir neçə mm) müəyyən etmək mümkündür. Yumşaq toxumaların müxtəlif hissələrində baş vermiş dəyişilmələri müəyyən etmək funksiyası tomoqrafın onkologiyada müvəffəqiyyətlə istifadə olunmasını təmin edir. Kt-dan fərqli olaraq, mrt-da güclü maqnit sahəsindən istifadə olunur (şəkil 18.2). Maqnit sahəsinin skaynerlə qeydə alınması zədələnmiş hissələri təyin etməyə imkan verir.
Mrt nisbətən yeni texnologiyadır, 1973-cü ildə tomoqrafın ilk görüntüləri alınıb tədqiq olunmuşdur. Müqayisə üçün insanın orqanlarının rentgen görüntüsünün 1895-ci ildə alındığını qeyd etmək lazımdır.