Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"



Yüklə 258,42 Kb.
səhifə41/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   37   38   39   40   41   42   43   44   ...   59
biootibbi diaqnostika muhazire

Onkoloji müayinə metodları pasiyentin vizual müşahidəsi ilə başlayır. Dəri xərçəngi, süd vəzisinin xərçəngi, uşaqlıq orqanlarının xərçəngi, prostat vəzinin xərçəngi, ağız boşluğu orqanlarının xərçəngi vizual diaqnostik metodlar vasitəsilə ilkin mərhələdə müəyyən olunur. Orqanizm daxilində gedən mürəkkəb xarakterli və gizli onkoloji prosesləri müayinə etmək və dəqiq diaqnoz qoymaq çətindir. Gizli gedən onkoloji proseslər digər xəstəliklərin əlamətlərinə oxşar kliniki əlamətlərlə müşahidə olunur. Bir çox hallarda xərçəng təsadüfi müayinə nəticəsində müəyyən olunur. Təbabətdə belə təsadüflər tez-tez rast gəlinir. Buna görə də insanlar öz sağlamlığının hansı səviyyədə olmasını daim nəzarətdə saxlamalı, vaxtaşırı digər müayinələrlə yanaşı, onkoloji müayinələrdən də keçməlidirlər.

Şiş müəyyən olunduqda rentgenoqram, usm, KT, MRT, fibroskopiya tədqiqatları tətbiq olunur. Bu metodlar şişin yerləşdiyi nahiyəni, onun ölçülərini təyin etməyə imkan verir. Bədxassəli və xoşxassəli şişləri fərqləndirmək üçün biopsiya metodundan istifadə olunur. Biopsiyaxususi metod olub, xərçəng hüceyrələrinin müəyyən olunmasını təmin edir. Bu metodda analiz üçün toxuma cərrahi yolla birbaşa şişdən götürülür.

Süd vəzisinin xərçənginin müayinəsi mammoqrafiya metodu ilə aparılır. Bu metod süd vəzilərinin digər xəstəliklərindən şiş xəstəliyini ayırmaq üçün ən effektiv metod hesab olunur. Mammoqramma rentgenoqram və rəqəmsal metodla aparılır. Mammoqrafiya texnikası sadədir, poliklinika şəraitində həyata keçirilə bilər.

Süd vəzisi xərçənginin mammoqrafiyası:1-normal süd vəzisinin rentgen görüntüsü, 2-normal süd vəzisinin müasir rəqəmsal mammoqramması, 3-süd vəzisində xərçəng şişi


Onkologiyada üç əsas müalicə metodu tətbiq olunur:

1)cərrahi metod

2)kimyəvi terapiya

3)şüa terapiyası




Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin