Şişlərin ölçülməsi üsulu (onkomarker). Zülal və karbohidratlar və ya lipid komponentlər şiş hüceyrələrində və ya qan zərdabından müəyyən olunarsa, bu orqanizmdə bəd xassəli proseslərin göstəricisi kimi təyin olunur. Bu zülallar spesifik xarakter daşıdığından onlar bir neçə növ şişlərin müəyyən olunmasının göstəricisidir, bəziləri isə ancaq bir növ bəd xassəli prosesin göstəricisi ola bilər. Şiş markerlərindən xəstəliyin gedişini, kimyəvi və şüa terapiyasının effektivliyini, cərrahi və bioloji müalicənin nəticəsini təyin etmək üçün istifadə olunur. Şiş markerləri prosesin irəliləməsini, metastazların əmələ gəlməsini və ya prosesin tamamilə dayanmasını müəyyən etməyə imkan verir. Xəstəliyin heç bir kliniki əlaməti büruzə verilmədikdə belə, şiş markerinin konsentrasiyasının yüksəlməsi prosesin gedişindən xəbər verir. Şişlərin markerlərini müəyyən etmək baha başa gəlsə də, çox vacib müayinə metodudur. Bir çox hallarda isə onsuz keçinmək mümkün deyil.
Xərçəngin profilaktikası sağlam həyat tərzi hesab olunur. Profilaktik tədbirlər sırasına orqanizmi ətraf mühitin zərərli amillərindən mühafizə etmək, orqanizmin psixi-emosional vəziyyətini sağlam saxlamağa çalışmaq qəbul olunur. Xərçəng riski daşıyan qidaların qəbulundan spirtli içkilərdən, artıq çəkidən, narkotik maddələrdən imtina etmək lazımdır.
Dostları ilə paylaş: |