Pozitron-emission tomoqrafiya baş beyində qan dövranının və maddələr mübadiləsi prosesini öyrənmək üçün istifadə olunur.
Onurğa beyni mayesinin punksiyası beyin qabığının iltihabı, qansızma, beyində əmələ gəlmiş şişlər barədə məlumat verir.
Onurğa beyninin rentgen-kontrast vizualizasiyasıbütün onurğa beyni boyu hörümçəktoruna bənzər qatın altındakı boşluğun görüntüsünü almaq üçün istifadə olunur. Bu metod fəqərəarası disk yırtıqları, fəqərələrin sümüklərində əmələ gəlmiş dəyişiklikləri, şiş proseslərini müəyyən etmək üçün tətbiq olunur.