Koronar angioqrafiya (koronaroqrafiya) metodunun vəzifəsi ürəyi qidalandıran damarların vəziyyətinin öyrənilməsidir. Qan damarlarının müayinəsi rentgen aparatının təsvirinə əsaslanır. Bu metodla arteriyalar, vena və limfa damarları müayinə olunur.
Əməliyyat yerli keyitmə vasitələrinin tətbiqi ilə və ya ümumi narkozla aparılır. Əməliyyatda nazik boru bud və ya çiyin arteriyasına daxil edilir, bu boruya kateter salınır və kateter vasitəsilə ürəyə kontrast maddə daxil edilir. Kontrast maddə qanla qarışaraq qanın damarlarda hərəkətini müəyyən etməyə imkan verir və koronar damarların daxili konturunu göstərir. Kontrast maddənin damarlarda hərəkəti rentgen çəkilişində görünür və monitorda videogörüntüsü qeydə alınır (şəkil 4.4). Koronar angioqrafiya 10-15 dəqiqə ərzində ağrısız həyata keçirilir.
Angioqrafiya həkimə ürək arteriyalarında baş vermiş dəyişiklikləri (damar daralmaları – stenoz, damar tıxanmaları – okklyuziyalar) müəyyən etməyə və onları əməliyyatla bərpa etməyə imkan verir.
Angioqrafiya aparılmasına göstərişlər aşağıdakılardır:
ürəyin işemik xəstəliklərinin kliniki əlamətlərinin büruzə verilmədən gedişi;
stenokardiyanın müalicəsində dərman vasitələrinin qeyri-effektiv təsiri, infarktdan sonrakı stenokardiya, hipotoniya və ağciyər şişkinliyi;
ürək çatmazlığı nəticəsində yaranmış miokard infarktı, kardiogen şokdan sonrakı vəziyyət, mədəciklərin fibrilyasıyası;
ürəkdə qeyri-müəyyən səbəblərdən əmələ gələn ağrılar;
Koronoqrafiya metodu kardiologiyada qızıl standart hesab olunur, bu metod xəstəyə cərrahi müdaxilə və ya dərman vasitələri ilə müalicənin lazım olduğunu müəyyən etməyə imkan verir.
1 2
Koronar angioqrafiya:1-kontrast maddənin ürəyə daxil edilməsi, 2- koronar angioqrafiyanın rentgen görüntüsü
Dostları ilə paylaş: |