Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi


Ov-atəş sursatları və pirotexniki məmulatların satışında yanğın təhlükəsizliyi tədbirləri



Yüklə 406 Kb.
səhifə11/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
tic mues teh qay

4.4. Ov-atəş sursatları və pirotexniki məmulatların satışında yanğın təhlükəsizliyi tədbirləri

4.4.1. Döyüş sursatı və pirotexniki məmulatın satışına ixtisaslaşdırılmış mağazalarda icazə verilir.

Ov-atəş sursatlarına aşağıdakılar daxildir:


    • tüstülü barıt (qara);

    • tüstüsüz barıt (piroksilinli və s.);

    • alışdırma kapsulları;

    • doldurulmuş patronlar;

    • atəş sursatları zərbəyə uğradılmamalı və silkələnməməlidir. Atəş sursatı olan yeşiklərin itələnməsi, atılması, sürüşdürülməsi və onlara zərbə vurulması qadağandır;

    • ov-atəş sursatı və pirotexniki məmulat mağazaları bir qayda olaraq iri ticarət mərkəzlərində yuxarı mərtəbələrdə yerləşdirilir. Bundan başqa Dövlət Yanğın Nəzarəti Orqanının xüsusi razılığına əsasən, ov-atəş sursatı mağazaları binaların birinci mərtəbələrində də yerləşdirilə bilər. Bu zaman mağazalar otaqlardan yanmayan əsaslı divarlarla təcrid olunmalı, başqa mənzillərə yolu olmamalıdır;

    • ov-atəş sursatları mağazalarının, uşaq və müalicə müəssisələri, məktəb, teatr və sair tamaşa müəssisələri yerləşmiş binalardan 50 metrə qədər yaxınlıqda yerləşdirilməsi qadağan edilir.

4.4.2. Ov-atəş sursatının və pirotexnik məmulatın mağazada yanmaz materiallardan ibarət konstruksiyalı anbarlarda, yaxud xüsusi ayrılmış yerlərdə saxlanılmasına yol verilə bilər. Belə anbarların zirzəmi otaqlarında yerləşdirilməsi qadağandır.

4.4.3. Hər ticarət otağında ən azı iki şkaf olmalıdır. Onlardan birində barıt, digərində isə kapsul və hazır patronlar saxlanılmalıdır. Bir şkafda kapsulların, doldurulmuş patronların bir yerdə saxlanılması qadağan edilir. Barıt yalnız alıcıya verildiyi zaman kapsul və patronla birlikdə piştaxta üzərinə qoyula bilər.

4.4.4. Barıtın yalnız zavod qablaşdırmasında satışına icazə verilir.

4.4.5. Mağazaların yalnız mərkəzi isitmə sistemi olmalıdır.

4.4.6. Döyüş sursatı və pirotexnik məmulatların satışını aparan mağazaların başqa təyinatlı binalarda yerləşdirilməsi qadağandır.

4.4.7. Döyüş sursatları anbarı və mağazalarında tətbiq edilən alət, mismar, pərçim və siyirmələr zərbə zamanı qığılcım verməyən metallardan hazırlanmalıdır.

4.4.8. Zavodda döyüş sursatı ilə qablaşdırılmış yeşikləri anbar otaqlarında açmaq qadağandır.

4.4.9. Mağazalarda bir yeşik tüstülü barıt (50 kq), bir yeşik tüstüsüz barıt (50 kq) və 15000 ədəddən artıq olmayaraq dolu patron saxlanılmasına icazə verilir.




Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin