4.5. Ticarət anbarları və bazaları
4.5.1. Nəqliyyatın əraziyə daxil olması qaydası, onların birgə yerləşdirilməsi miqdarı, dayanacaq yerləri, habelə obyekt daxili buraxılış rejimi obyektin inzibati heyəti tərəfindən müəyyən edilir.
4.5.2. Anbarların doldurma və boşaltma mexanizmləri və elektrik yükvuranların şlanq kabelləri saz vəziyyətdə olmalıdırlar.
4.5.3. Qiymətli mal materialların saxlanılması üçün nəzərdə tutulan otaqlarda məişət otağı, yemək otağı və digər yardımçı yerlərin qurulmasına icazə verilmir.
4.5.4. Deborkaderlərdə (dəmir yol stansiyasında sərnişin platforması) hər növ nəqliyyatın dayanacağı qadağandır.
4.5.5. Anbar otaqlarında əmtəəşünasların, ekspertlərin, anbardarların, mal seçənlərin və operatorların iş yerlərinin çəpərlənməsi üçün qurulmuş şüşəbənd arakəsmələr yanğın baş verən zaman adamların və qiymətli mal-materialların köçürülməsinə maneə törətməməlidir.
4.5.6. Darvazalarda adamların köçürülməsi üçün qurulmuş kiçik qapılar anbar otaqlarından çıxış istiqamətində açılmalıdır.
4.5.7. Lokomativlərin anbar otaqlarına girməsi qadağandır.
4.5.8. Qiymətli mal-materialların (yanar və ya yanar qablaşdırmada olan yanmayan mallar) açıq meydançalarda saxlandığı hallarda bir bölmənin (ştabelin) sahəsi 300 kv.m-dən artıq olmamalıdır. Bölmələr arası (ştabellər arası) yanğına qarşı aralıqlar 6 metrdən az olmamalıdır. Ştabellər arasındakı aralıqlara materialların və avadanlıqların yığılmasına icazə verilmir.
4.5.9. Başqa təyinatlı binaların daxilində tikilmiş anbar otaqlarında yanğın təhlükəli maddələr və materiallar (aerozol qablaşdırmada olan kimyəvi məişət malları, lak, boya, tezalışan və yanar mayelər, kibrit və s.) saxlamaq qadağandır.
4.5.10. Bitki yağları anbarlarında hər hansı yanar materialların saxlanılmasına yol verilmir.
4.5.11. Ümumi təyinatlı anbarlarda kibritin yanmayan konstruksiyalar vasitəsi ilə başqa otaqlardan ayrılmış ayrıca guşələrdə saxlanılmasına icazə verilir.
4.5.12. Tranzit elektrik kabellərin keçdiyi otaqlarda, habelə qaz kommunikasiyaların və yağ dolu aparatların olduğu otaqlarda malların yığılması qadağan edilir;
4.5.13. Anbarlarda qaz piltələri və məişət elektrik qızdırıcı cihazları qurmaq qadağandır.
4.5.14. Bazalarda və anbarlarda turşular saxlanılan zaman onların ağac, küləş və üzvi mənşəli sair maddələrə toxunmasın deyə lazımi tədbir görülməlidir. Turşuların saxlandığı yerlərdə təsadüfən tökülən turşuların dərhal neytrallaşdırılması üçün hazır tabaşir, əhəng, yaxud soda məhlulu saxlanılmalıdır. Turşuların saxlandığı yerlər işarələnməlidir.
4.5.15. 5000-dən artıq miqdarda aerozol qablaşdırmalar izolə edilmiş anbarlarda yaxud anbarın asan sökülə bilən örtüyü olan və çardaqsız olan izolə edilmiş bölməsində saxlanılmalıdır.
4.5.16. İzolə edilmiş anbarın hər bir bölməsində 150 min ədəddən artıq olmayaraq aerozol qablaşdırmaların saxlanılmasına icazə verilir. Anbarın ümumi tutumu 900 min qablaşdırmadan artıq olmamalıdır. Ümumi anbarın izolə edilmiş bölməsində ən çoxu 15 min qablaşdırma saxlanıla bilər.
4.5.17. Aerozol qablaşdırmaları çoxmərtəbəli anbarların yalnız yuxarı mərtəbəsində saxlanılmasına icazə verilir.
4.5.18. Aerozol qablaşdırmaların, oksidləşdiricilərlə, yanar qazlarla, asan alışan və yanar mayelərlə bir otaqda saxlanılmasına icazə verilmir.
4.5.19. Boyaların, lakların, əridicilərin, aerozol qablaşdırmaların saxlanıldığı, anbarlarda havadəyişmə qurğuları anbarın bütün həcmi üzrə havanın dəyişilməsinin etibarlılığını təmin etməlidir.
4.5.20. Aerozol qablaşdırmaların talvar altında, yaxud açıq meydançalarda yalnız ağzı bağlanan konteynerlərdə saxlanılmasına yol verilir.
4.5.21. Aerozol qablaşdırmaları uzaq məsafələrə, bir qayda olaraq qablaşdırmanın tərkibindəki buxarın sızmasının qarşısını alan qapalı konteynerlərdə daşınmalıdır.
4.5.22. Partlayış-yanğın təhlükəli mallar, maddələr və materiallar (lak, boya, əridicilər, kimyəvi-məişət malları, kibrit, qaz dolu balonlar və s.) saxlanılan baza və müstəqil anbarlarda həmin binaların qapılarında, yaxud darvazalarında, bayır tərəfdən bu binalarda saxlanılan mal və materialların miqdarı, onların yanğın təhlükəsini xarakterizə edən təhlükəsizlik tədbirləri, habelə yanğının söndürülməsi zamanı həyata keçirilən tədbirlər barədə məlumat vərəqələri asılmalıdır.
Dostları ilə paylaş: |