395
ADABIYOTSHUNOSLIKNING DOLZARB
MASALALARI
“ÖTƏN GÜNLƏR”İ
NƏ ÜÇÜN YENİDƏN XATIRLADIQ?!
“Ötən günlər” romanının 100 illiyinə!
Almaz Ülvi BİNNƏTOVA
Filologiya elmləri doktoru, professor
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri”
şöbəsinin müdiri
almazulvi1960@mail.ru
(Ozarbayjon)
Hər
ötən günü yenidən, xüsusən zaman fövqündə baş verən unudulmaz
hadisələri xatırlamaqla sabahı daha aydın, daha parlaq görmək mümkündür.
“Dünənini bilməyən sabahını görə bilməz” – el misalı da bu zərurətdən yaranıb.
“Keçmişimizi öyrənək ki, gələcəyimizi qura bilək” – misalı kimi. Deməli, dünən
həm də sabahımızın özülü, bünövrəsidir.
“Ötən günlər”!
Abdulla Qədiri, özbək nəsrinin ilk nümunəsi hesab olunan
romanının adını, heç şübhəsiz elə bu kontekstdə düşünərək “Ötən günlər”
qoymuşdur. İki, hətta üç gəncin taleyi ata-anaların cahil baxışlarının, arzularının qur-
banı olması faktını realistcəsinə əks etdirməklə, cəmiyyətin bu hadisələrdən bir
nəticə çıxarmasını qarşısına məqsəd qoymuşdu. Abdulla Qədiri əsərin girişində qeyd
edir ki,
“deyirlər ki, nəyi isə yeni başlayırsansa, keçmişinə nəzər sal, onda uğur qa-
zanmaq mümkündür. Ona görə də mən keçmişdən, yenicə ötən günlərimizdən,
axırıncı xanlıq dövrünün – tariximizin çirkin və qara günlərindən yazmağa
başladım”.
“Ötən günlər” romanında insan qanına susayan nadanlıq, cahillik torunda
çözələnən mal-pul hərisləri, vəzifə taxtında əyləşən mənəviyyatsızlıq, zalım tiplərin
törətdiyi faciəvi, dramatik hadisələr baş alıb gedir. Əlbəttə bu acı
dolu həyatlar
oxucunu ağrıdır. Bu qədər ağır notların baş alıb getdiyi əsər niyə 100 ildir ki, sevə-
sevə oxunur, təkrar-təkrar nəşr olunur, həm də dünyanın bir çox dillərinə tərcümə
olunaraq ?!
“Ötən günlər”in sadə və axıcı dillə yazılması, personajların xarakterlərinin
təfərrüatında ilıq bir təbəssüm görünməsi, eşqin saflığı, məsumluğu, ucalığı, ailə - el
adət-ənənəsinin təqdimi və nəhayət təbiət lövhələrindən yazılı etüdlər əsərə rəng qa-
396
tır. Sanki göy qurşağı rənginə bələnmiş gözəllik faciə və tale ağrılarını öz sehrində
gizlətməyə çalışır.
“Bahar mövsümü idi. Dağlar, təpələr, çəmənlər ağ, qırmızı, sarı rəngli
çiçəklərə bürünmüş, günəş qışdan güclə qurtulan kainata yeni həyatlar, yeni ümidlər
verməkdə idi. Bütün qış daş və ağac qabıqları arasında üşümüş quşlar ötüşür, təbiə-
tin yer üzünü örtdüyü gözəl xalçalar üzərində qaçırdılar. Hüdudsuz səhraların
sonsuz gözəllikləri ilə rəngarəng çiçəklərin ruhu oxşayan qoxularına qarşı biganə
qalmaq mümkün deyildi. Təbiətin gözəlliyi bu çöllərin, səhraların bəzəkli döşü ilə
fikirli halda getməkdə olan Atabəyin də diqqətini çəkmişdi”.
Ağır fikirlər altında
əzilən, dərin düşüncələr qoynunda az qala qeyb olan Atabəy də təbiətin bu gözəl-
liyinə biganə qala bilmir. Onu min fikir-xəyaldan qoparıb özünə valeh edir. Cə-
miyyətdə baş alıb gedən faciələrə, Atabəyin az qala sıyrılıb çıxa bilməyəcək
gücsüzlüyünə təbiət öz naxışları ilə güc qatır, sığal çəkir.
Gözəlliklər gözündə onu
mat edir. Öz dərdi ilə təbiət möcüzələri arasında uyumluq, oxşarlıq, eyni naxış ara-
yır:
“Qaranquşlar dümdüz, ox kimi uçub gedir. Uçarkən da vıcır-vıcır oxuyur,
qəmsiz, qüssəsiz, qayğısız, ancaq tələsə-tələsə uçur. Bəlkə də sevgilisinin yanına
tezliklə çatmaq üçün tələsir. O gülür, çünki sevgilisini görəcək. Bəxtəvər qaranquş!
Sevdiyinin yanına acı bir xəbər aparmır. Ata-anasının arzu və həvəslərinə qurban
olmur, həyatın mənasız və düyünlü qanunlarına da bağlı deyil, öz istədikləri ilə
birləşir, dağlarda, təpələrdə, çöllərdə, göylərdə şadlıqla uçub gedir. Ah! Nə olaydı,
mən də uça biləydim, mən də oxuya biləydim, mən də gülə biləydim...”.
Amma
yazıçı öz qəhrəmanını taleyinə boyun əydirmir. Ona zaman fürsəti, səbr verir. Səbr
çox dərdlərin dərmanıdır, - deyiblər. Atabəy də səbrinin sonunda “dərmanı”nı tapdı.
Ona zalım olanları məhv etdi. Təkcə qılıncının – qəməltisinin gücünə yox! Eşqi
qolunun gücü idisə, silahının iti ucu, kəsən tiyəsi ilə həyatına yazılan böhtanları
doğrayıb tökdü. Taleyini qırım-büküm edən sıx toxunuşlu toru corab söküyü kimi
parçalayıb atdı. Gümüşbibinin hüzuruna eşqinə sadiq aşiq kimi çıxdı. Yazıçı hadisə-
lərin hər ağır məqamında qəhrəmanını yenə də təbiət gözəlliyi ilə qarşılaşdırır:
“
Günəş istisini, yavaş-yavaş əsən külək uzaqdan gətirdiyi qoxuları yaymaqda, Salar
çayı üzərində uçuşan qaranquşlar civildəməkdə idi. Ucsuz-bucaqsız çöllərin aşağı
və yuxarısındakı zümrüdü yaşıllıqlar, dağların dumanı, quşların ahəngdar
nəğmələri əsrarəngiz musiqi idi. Atabəy təbiətin bu gözəl və zərif mənzərəsinə aşiq
olaraq bir az yatdıqdan sonra qəlbinin ta dərinliyindən bir ah çəkdi, “kaş ki, o da
burada olaydı!”
“Ötən günlər”i birnəfəsə oxunan əsərdir. Romandakı paralelllik – xeyirlə şərin,
yaxşılıqla yamanlığın, nadanlıqla mərdliyin, mənəviyyatsızlıqla uca mənəviyyatın,
təbiət gözəlliyi ilə cəmiyyət eybəcərliklərinin yanbayan təqdimi oxucunu yormur,
hadisələri sanki səmadan görünən rəngli naxışlar kimi təsvir edir. Bəli,
romantik
çalarlar qoynunda real hadisələr izlənir. Bəlkə də bütün bunlar əsas verir ki, “Ötən
397
günlər” dünya (ingilis, alman, fransız, rus və hind romandan sonra) nəsrinin “altıncı
özül daşı” adlandırılır.
2022-ci il “Ötən günlər” romanının 100 illik bayramıdır.
2023-cü ildə Abdulla Qədirinin “Molla Nəsrəddin”in təsiri ilə yaratdığı “Müş-
tüm”ün 100 illiyi qeyd olunacaq.
2024-cü ildə Abdulla Qədirinin (1894-19338) anadan olmasının 130 illiyi
gəlir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-
Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin dissertantı, gənc tədqiqatçı Şəb-
nəm Babayeva “Abdulla Qədiri və Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya
üzərində xeyli vaxtdır ki, çalışır. Uğurlu araşdırmaları ilə gözəl nəticələr əldə etmək
əzmindədir.
Şəbnəm Babayeva nüfuzlu elmi dərgilərdə xeyli sayda tədqiqat məqalələrini
dərc etdirmişdir: Gənc tədqiqatçı “Abdulla Qədirinin “Mehrab əqrəbi” romanının
poetikası”, “Azərbaycan maarifçiləri və özbək cədidçiləri İsmayıl bəy Qaspıralının
ideyaları müstəvisində”, “Ötən günlər” romanında ümumtürk folklor ənənələri”,
“Abdulla Qədirinin “Mehrab əqrəbi” romanında qadın problemi məsələləri”, “Те-
матика и образная система рассказов Абдуллы Кадири”, “Özbək satirik nəsrinin
yaranmasında Abdulla Qədirinin rolu”, “Abdulla Qədiri romanlarına elmi-nəzəri
baxış”, “Abdulla Qədiri həyatına dair faktlar”, “Cədid mətbuatı (“Müştüm” jurnalı
əsasında)”, “Cədid ədəbiyyatı və “Müştüm” jurnalı”, “Cədid dramaturgiyasının
təşəkkülü və Abdulla Qədirinin “Bəxtsiz kürəkən” pyesi”, “Abdulla Qədiri roman-
larının bədii dili”, “XX asr Turkiston adabiy muxiti”
kimi elmi-tənqidi məqalələr
müəllifidir. O, bu məqalələrini həm ədəbi əlaqələr, həm də elmi-nəzəri kontekstdə
tədqiqat mövzusu kimi qələmə almışdır. Abdulla Qədirinin məşhur “Ötən günlər”
romanını Xalid Səidin 1928-29-cu illər tərcümə və nəşri üzərindən yenidən çapa
hazırlanmasını Şəbnəm Babayevanın bu işlərinin davamı kimi dəyərləndirə bilərik.
Yazıçının ədəbi irsi və şəxsiyyəti, xüsusən onun “Ötən günlər” romanı bütün zaman-
larda tədqiqat mövzusu olmağa layiq, eyni zamanda XX əsr özbək klassik
ədəbiyyatının parlaq səhifələrindəndir. Bu yubileylərin, Şəbnəm Babayevanın möv-
zu üzrə araşdırmalar kontekstində çalışdığı illərə təsadüf etməsi gənc tədqiqatçının
uğurlarına daha bir şansdır.
“Ötən günlər”i 100 illiyi günlərində xatırlamağımızı
tarixə yenidən nəzər
salmaq kimi dəyərləndirə bilərik.
Dostları ilə paylaş: