АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 49-54 (2015)
49
Timalinin Birdəfəlik Təsirindən Sonra Siçovulların Baş Beyninin Mitoxondri
Fraksiyasında QAYT Mübadiləsinin Tədqiqi
N.N.Əliyeva
AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutu, Şərifzadə küç. 2, Bakı AZ 1100, Azərbaycan;
E-mail: nazaket-alieva@mail.ru
Müəyyən edilmişdir ki, timalinin əzələdaxilinə yeridilməsindən sonra baş beynin mitoxondrisində qlu-
tamatdekarboksilazanın fəallığı yüksəlir, QAYT-aminotransferazanın fəallığı isə aşağı düşür. Bu za-
man qlutamin və asparagin aminturşularının miqdarı hipotalamus, beyincik, beynin görmə və hərəki
qabığının mitoxondrisində azalır, qamma-aminyağ turşusunun miqdarı isə artır. Timalinin təsirindən
sonra QAYT mübadiləsində baş verən dəyişikliklər sinir və immun sistemlərinin qarşılıqlı əlaqələrinə
əsaslanır.
Açar sözlər: Timalin, qamma-aminyağ turşusu, qlutamin turşusu, asparagin turşusu, qlutamatdekarboksi-
laza, QAYT-aminotransferaza, beyincik, hipotalamus, beynin görmə və hərəki qabığı
GİRİŞ
Müasir dövrümüzdə neyrofiziologiyanın əsas
problemlərindən biri orqanizmdə immun sistemin
tənzimləyici funksiyalarının mexanizmlərini öyrən-
mək və immun mexanizmlərin neyroendokrin siste-
mində rolunu araşdırmaqdan ibarətdir. İmmun sis-
temin sinir sisteminə tənzimedici təsirləri haqqında
çoxlu sayda ədəbiyyat məlumatları vardır (Mix,
2007).
Sitokinlər ilk növbədə immun sistemində en-
dokrin və sinir sistemi üçün vacib rol oynayır.
Onlar həm immuntənzimedici, həm də neyromodul-
yatorlar adlanır. Sitokinlərin antigen stimulyasiyası
zamanı hipotalamusda, hipokampda əhəmiyyətli
yüksəlməsinə əsasən məlum olur ki, immun sistem
sinir sisteminə təsirini bu faktorlar vasitəsilə həyata
keçirir (Кетлинский и Симбирцев, 2008). Göstə-
rilmişdir ki, sitokinlər mərkəzi sinir sisteminin
(MSS) funksiyasını tənzimləmək qabiliyyətinə ma-
likdirlər. Sinir sistemin immun sistemini tənzim-
ləmək baxımından vacib aspekt immun faktorların
hemato-ensefalik baryerdən (HEB) və MSS-də
sitokinlərin mobilizasiya mexanizmlərindən təsir
edir. Neyroimmunmodulyasiyada neyromediatorlar
və neyropeptidlər cəlb olunur. İmmun funksiyanın
sinir tənzimi yalnız neyromediator və opioid sis-
temlərin ayrıca təsiri ilə deyil, eləcə də mürəkkəb
sistemlərarası təsirlə tənzimlənir. Nəticədə beynin
neyrokimyəvi şəklinin, xüsusən dofamin, serotonin,
qamma-aminyağ turşusu (QAYT) və qlutamatergik
sistemlərinin fəallıqlarının, onların qarşılıqlı əlaqə-
lərinin pozulması, immunoloji funksiyaların dəyiş-
məsi ilə paralel gedir (Девойно и Ильюченок,
1993: Корнева и Перекрест, 2013). QAYT sito-
kinlərin ifrazının, onların modifikasiyasının, hətta
hüceyrələrin miqrasiyasının aktivləşməsi və zəif-
ləməsində immun sistemə təsir edir (Bjurstom et
al., 2008).
Sinir və immun sistemləri arasında qarşlıqlı
əlaqənin pozulması həm neyropsixi, həm də immun
pozğunluqların yaranmasına səbəb olur. Bu iki sis-
tem arasında qarşılıqlı əlaqə mexanizmlərinin öy-
rənilməsi çoxlu xəstəliklərin patogenezinin aydın-
laşmasında və onların müalicəsində açar amildir.
İmmun disbalans müxtəlif patoloji proseslərlə əla-
qədar xəstəliklərin (depressiya, beynin qan dövra-
nının pozulması, epilepsiya, şizofreniya və s.)
səbəb-nəticəsi ola bilər (Ветлугина и др., 2010;
Blume et al., 2011). Bu xəstəliklərin əsasında ney-
roimmun qarşılıqlı təsir amillərindən biri kimi
QAYT-ergik sistemin distənzimi durur.
Ədəbiyyatda QAYT-ın immun sistemə aktiv-
ləşdirici və zəiflədici təsirləri haqqında məlumatlar
vardır. Göstərilmişdir ki, QAYT və onun məhsul-
larının immun sistemə təsiri orqanizmin vəziyyə-
tindən, eləcə də antigen yükünün parametrlərindən
asılıdır (Самотруева, 2012). QAYT-ergik sistem-
dən immun reaktivliyin dəyişməsi dofamin və
serotoninergik mexanizmlərin iştirakı zamanı həya-
ta keçir. QAYT və QAYT-ergik maddələrin im-
muntrop təsiri, immungenezin tənziminə, xüsusən
MSS-nin QAYT-həssas reseptorlarına və immun-
kompetent orqanlara və eləcə də hipotalamus-
hipofiz-böyrəküstü vəzi kompleksinə aktivləşdirici
təsirlə təyin olunur. QAYT-ergik maddənin immun-
korrektəedici və immunmodullaşdırıcı xassələri də
elmə məlumdur (Bhat et al., 2010; Bjurstom et al.,
2008).
QAYT-ın sintezi yalnız neyronlarda deyil,
eləcə də qlial hüceyrələrdə baş verir və baş beynin
müxtəlif strukturlarında qeyri-bərabər paylanmışdır
(Курбат и Лелевич, 2009).
Timalinin Birdəfəlik Təsirindən Sonra
50
Timus vəzinin peptidlərinin postnatal ontoge-
nezin erkən mərhələlərində QAYT mübadiləsində
iştirak edən aminturşuların miqdarına və fer-
mentlərin fəallığına təsirini öyrənmək həm nəzəri,
həm də klinik təbabətdə böyük əhəmiyyət kəsb
edir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq ha-
zırki işimizdə baş beynin müxtəlif strukturlarının
mitoxondri fraksiyalarında – beyincik, hipotalamus,
beynin görmə və hərəki qabığında QAYT müba-
diləsi və timus vəzi arasında əlaqəni aydınlaş-
dırmaq üçün timalinin QAYT, qlutamin və aspa-
ragin aminturşularının (Qlu və Asp) miqdarına və
QAYT-ın uyğun olaraq sintez və parçalanmasında
iştirak edən fermentlərin fəallığına (qlutamat-
dekarboksilaza (QDK) və QAYT-aminotransferaza
(QAYT-T)) təsirini öyrənməyi qarşımıza məqsəd
qoyduq.
MATERİAL VƏ METODLAR
Təcrübələrdə cinsi xətti qeyri-müəyyən olan adi
qidalanma rejimi üzrə vivari şəraitində saxlanılan 21
günlük ağ siçovullardan istifadə olunmuşdur. Bunlar
da öz növbəsində 2 qrupa bölünmüşdür. Birinci
qrupa yoxlama heyvanları, ikinci qrupa isə timalinin
təsirinə məruz qalmış təcrübə heyvanları aid
edilmişdir. Bütün eksperimentlərdə beynin müxtəlif
strukturlarının mitoxondri fraksiyalarında QAYT,
Qlu və Asp-ın miqdarı, QDK və QAYT-T fermen-
tlərinin fəallığı timalinin 20 mq/kq diri çəkiyə
əzələdaxilinə birdəfəlik yeridilməsindən sonra təyin
edilmişdir. Timalin timik peptidlərdən təşkil olunub,
timusun aşağımolekullu polipeptid fraksiya
kompleksi ilə təqdim olunur, timik immunmodul-
yatorların I nəslinə aiddir. Tərkibinə timozin frak-
siyası (timozin-α1, timozin-β4, timozin-β9, timozin-
β10 və mol. kütləsi 3500-5000 Da olan digərləri),
timusun zülal amili (mol. kütləsi 857 Da olan bioloji
qeyri-fəal komponent), timulin (Zn
2+
ionu ilə
timusun zülali amil kompleksi), timopoetinlər (mol.
kütləsi 4000-6000 Da) və oliqopeptidlərin funksional
fəal sıraları daxildir. Timalin T- və B-limfositlərin
say və münasibətini tənzimləyir, hüceyrə immuniteti
reaksiyasını stimullaşdırır, neytrofillərin faqositoz
funksiyasını aktivləşdirir, regenerasiya və qan döv-
ranını stimullaşdırır, hüceyrə mübadiləsi proseslərini
gücləndirir.
Aminturşular Dozenin elektroforez metodu əsa-
sında (Doze, 1957) Roberts E., Frankel S. (Roberts
and Frankel, 1950) metodu ilə, QDK-nın fəallığı
A.İ.Sıtinski, T.A.Priyatkina (Sytinsky and Priyat-
kina, 1966) modifikasiyası əsasında, QAYT-T-nin
fəallığı Nilova (Нилова, 1966) metodu ilə təyin
olunmuşdur. Toxumadan mitoxondri Somogui meto-
du ilə ayrılmışdır (Somogui et al., 1962). Alınan
dəlillər Fişer, Styudentə görə (Рокицкий, 1973) və
Vilkokson qeyri-parametrik (Manna-Uitni) statistik
üsulla işlənmişdir (Лакин, 1990). Hər təcrübə seri-
yasında aşağıdakı əsas kəmiyyətlər təyin edilmişdir:
orta arifmetrik kəmiyyət (M), orta kvadratik xəta (m)
və t kəmiyyəti hesablanaraq, bunun əsasında fərqin
ehtimalı (p) müəyyənləşdirilmişdir.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Apardığımız təcrübələrin nəticələri göstərdi ki,
21 günlük siçovulların baş beyninin müxtəlif
strukturlarının mitoxondri fraksiyalarında timalinin
birdəfəlik əzələdaxilinə 20 mq/kq dozada yeridilmə-
sindən sonra norma ilə müqayisədə QAYT-ın
miqdarı beyincikdə 18%, hipotalamusda 37%, bey-
nin görmə qabığında 30%, beynin hərəki qabığında
27% çox, Qlu və Asp-ın miqdarı uyğun olaraq
beyincikdə 19% və 19%, hipotalamusda 27% və
30%, beynin görmə qabığında 32% və 25%, beynin
hərəki qabığında 25% və 23% az olur (Сədvəl 1).
Baş beyində sərbəst aminturşuların miqdarının
dəyişməsini aydınlaşdırmaq üçün onların sintez və
parçalanmasında iştirak edən fermentlərin fəallığını
təyin etmək zəruridir. Bununla əlaqədar növbəti
təcrübələrdə QAYT-ın uyğun olaraq sintez və par-
çalanmasında iştirak edən QDK və QAYT-T fer-
mentlərinin fəallığı təyin edilmişdir.
Cədvəl 1. 21 günlük siçovulların baş beyninin müxtəlif strukturlarının mitoxondri fraksiyalarında timalinin 20 mq/kq
dozada birdəfəlik əzələdaxilinə yeridilməsindən sonra QAYT mübadiləsinin dəyişilməsi
Beyin
strukturları
Təcrübənin
şərti
QAYT
(mkmol/q)
Qlu
(mkmol/q)
Asp
(mkmol/q)
QDK
(mkmol
QAYT/q.saat)
QAYT-T
(mkmol
Qlu/q.saat)
Beyincik
Norma 0,51±0,03 1,08±0,06 0,58±0,03 15,34±0,94 23,35±0,79
Təcrübə 0,61±0,02* 0,87±0,04* 0,47±0,03* 18,72±1,07* 19,62±1,12*
Hipotalamus
Norma 0,74±0,06 1,39±0,08 0,77±0,04 22,20±3,54 32,22±1,56
Təcrübə 1,01±0,07*
1,01±0,06**
0,54±0,07* 31,76±1,81* 23,52±1,65**
Beynin görmə
qabığı
Norma 0,48±0,05 1,13±0,04 0,61±0,05 13,24±0,75 19,65±1,25
Təcrübə 0,62±0,03* 0,77±0,07* 0,46±0,04* 17,48±1,36* 15,34±1,17*
Beynin hərəki
qabığı
Norma 0,45±0,05 1,04±0,04 0,59±0,05 11,74±0,90 21,14±1,07
Təcrübə 0,57±0,02* 0,78±0,07* 0,45±0,03* 14,80±0,59* 17,12±0,82*
Qeyd: *- p<0,05; ** - p<0,01.
N.N. Əliyeva
51
Cədvəl 2. Normada və timalinin birdəfəlik təsirindən sonra 21 günlük siçovulların baş beyninin müxtəlif strukturlarının
mitoxondri fraksiyalarında QAYT/Qlu, QAYT/Asp və QDK/QAYT-T nisbəti
Beyin strukturları
Təcrübənin şərti QAYT/Qlu QAYT/Asp
QDK/QAYT-T
Beyincik
Norma 0,47
0,88
0,66
Təcrübə 0,70
1,30
0,95
Hipotalamus
Norma 0,53
0,96
0,69
Təcrübə 1
1,87
1,35
Beynin görmə qabığı
Norma 0,42
0,79
0,67
Təcrübə 0,81
1,35
1,14
Beynin hərəki qabığı
Norma 0,43
0,76
0,56
Təcrübə 0,73
1,27
0,86
Aparılmış təcrübələrin nəticələri göstərdi ki, 21
günlük siçovulların baş beyninin müxtəlif struk-
turlarının mitoxondri fraksiyalarında timalinin bir-
dəfəlik əzələdaxilinə yeridilməsindən sonra norma
ilə müqayisədə QDK fermentinin fəallığı beyincikdə
22%, hipotalamusda 43%, beynin görmə qabığında
32%, beynin hərəki qabığında 26% yüksək, QAYT-
T-nin fəallığı isə beyincikdə 16%, hipotalamusda
27%, beynin görmə qabığında 22%, beynin hərəki
qabığında 19% aşağı olur.
Alınmış nəticələr göstərir ki, baş beynin
müxtəlif strukturlarının mitoxondri fraksiyalarında
timalinin təsirindən sonra QAYT/Qlu, QAYT/Asp
və QDK/QAYT-T nisbətləri yüksəlir (Сədvəl 2).
Bu baxımdan, timalinin təsirindən sonra 21
günlük siçovulların baş beyninin müxtəlif struk-
turlarının mitoxondri fraksiyalarında bir tərəfdən
QDK-nın fəallığının yüksəlməsi hesabına QAYT-ın
sintezinin artması, digər tərəfdən isə QAYT-T
fermentinin fəallığının aşağı düşməsi hesabına isti-
fadəsinin azalması nəticəsində onun miqdarı artır.
Həm aminturşu, həm də neyrotransmitter adlanan
QAYT neyromediatordur. QAYT orqanizmin müx-
təlif funksiyalarının sinir tənzimi proseslərində
iştirak edir və bilavasitə onun limfoid hüceyrələrin
reseptor aparatına təsiri immun cavabın dəyiş-
məsinə səbəb olur.
Bu nəticələrə əsasən QAYT-ın
miqdarının artması sayəsində timalinin təsiri nəti-
cəsində ləngidici proseslər oyanma üzərində üs-
tünlük təşkil edir. Güman olunur ki, bu günə qədər
timalinin məlum olan təsir mexanizmlərindən əlavə
olaraq o, QDK və QAYT-T fermentlərin fəal mər-
kəzi olan piridoksal-5-fosfata da təsir edir. Fer-
mentlərin fəallığında baş verən fərqli istiqamətli
dəyişikliklər timalinin pH-mühitinə təsir etməsi ilə
izah oluna bilər.
Timusun hormonlarının baş beynin müxtəlif
strukturlarında aminturşu təbiətli mediator müba-
diləsinə təsirini öyrənmək neyroendokrin-immun
qarşılıqlı fundamental problemlərin həll olunmasın-
da böyük maraq kəsb edir. Sinir, endokrin və im-
mun sistemin qarşılıqlı təsirləri orqanizmin normal
funksiyasını təmin edir və yəqin ki, bu üç sistem
orqanizmin homeostazını qoruyub saxlayır. MSS
müxtəlif funksiyaların, eləcə də daxili sekresiya
vəzilərinin, o cümlədən timusun tənzimlənməsində
əsas rol oynayır (Blalock et al., 1985). MSS, im-
mun və neyroendokrin sistemlərin əlaqələrini
opioidlər yerinə yetirir. Bundan başqa opioid pep-
tidlərin sintezinə timusun hüceyrələri birbaşa təsir
göstərir və eləcə də, əzgilvarı vəzi və opioidlərin
qanda konsentrasiyası arasında əks əlaqə müəyyən
edilmişdir (Киселева и Иноземцев, 2010).
Timus və hipotalamus-hipofiz sistemləri ara-
sında sıx düz və əks təsir əlaqələri əhəmiyyət kəsb
edir (Ярилин и Беляков, 1996). Timus yalnız
immun sistemin mərkəzi orqanı kimi deyil, eləcə də
maddələr mübadiləsinə təsir göstərən daxili sekre-
siya vəzisidir. Humoral və hüceyrə immunitetin
formalaşması və inkişafı üçün hipotalamus-hipofiz
kompleksinin əhəmiyyətli rolu öyrənilmişdir. Onun
qabıq və qabıqaltı strukturlarla əlaqəsi, eləcə də
neyromediatorlar sistemin hipotalamus-hipofiz
kompleksinə təsirinə əsasən timalin QAYTergik
sistemə bu kompleksin iştirakı ilə təsir edir. Ədə-
biyyatda QAYT-ergik sistemin hipotalamus-hipofiz
kompleksinə təsirindən immun sistemə təsir edir.
Bununla əlaqədar timik peptidlərin QAYTergik sis-
temə təsiri serotonin- və dofaminergik sistemlərlə
qarşılıqlı təsirdən həyata keçir.
Məlumdur ki, hipofizin funksiyasını icra et-
məməsi timusun aplaziyasına, onun hormonlarının
sekresiyasının azalmasına səbəb olur. QAYT hipo-
talamik rilizinq amillərinin və hipofizin ön payının
hormonlarının ifrazında iştirak edir.
Son illərdə aparılmış tədqiqatların nəticələri
göstərir ki, immun sistemin istehsal olunan müxtəlif
aktiv maddələri, xüsusən xemokinlər və timusun
hormonları yalnız bilavasitə öz təsirini immun
sistemə göstərmir, eləcə də orqanizmin digər funk-
sional sistemlərinə, öz növbəsində neyroendokrin
sistemə təsir etmək qabiliyyətinə malikdir və onlara
tənzimləyici təsir göstərir.
İmmuntransmitterlərin təsirinə həsr olunmuş
çox saylı tədqiqatlara baxmayaraq əksəriyyəti
sitokinlərin təsiri ilə əlaqədardır. Buna baxmayaraq
xemokinlər və timusun hormonları da immun
sistemin təsiredici xüsusiyyətlərinə malikdir. Timik
peptidlərin təsiri adətən bir istiqamətli T-lim-
fositlərin inkişafı və yetişməsinin tənzimlənməsinə,
Timalinin Birdəfəlik Təsirindən Sonra
52
eləcə də interleykinlərin funksional fəallığının mo-
dullaşmasına keçir. Bundan başqa, hormonlar, ney-
ropeptidlər və neyromediatorlar yalnız timositlərin
apoptoz və proliferasiyana təsir göstərmir, həm də
T-hüceyrələrin intratimus differensiasiyasına, orqa-
nizmdə T-hüceyrələrin müxtəlif tiplərinin müqa-
yisəli münasibətinə təsir göstərir. Sitokin və xemo-
kinlərin sekresiya və sintezinə təsir qabiliyyəti, elə-
cə də timusun endokrin funksiyası funksional me-
xanizmlərin əks əlaqəsinə malikdir.
Müəyyən edilmişdir ki, timusun funksional
aktiv maddələri hormonların sekresiyasına və digər
orqanlara təsir göstərir. Bu günə qədər alınan
nəticələr immun sistemin istehsal etdiyi immun-
transmitterlərin və baş beynin müxtəlif funksional
sistemləri ikiistiqamətli əlaqələrini təsdiqləyir. Bu
mexanizmlər indiyə kimi tam şəkildə aydınlaş-
dırılmayıb: xüsusən də az öyrənilmiş immuntrans-
mitterlər – timusun hormonları və xemokinlər ilə
əlaqədardır. Bütün bu mexanizmləri aydınlaşdırmaq
üçün timusun hormonlarının baş beynin ergik
sistemlərinin funksional fəallığına təsirini öyrən-
mək böyük əhəmiyyət kəsb edir.
Bizim apardığımız təcrübələrin nəticələri gös-
tərdi ki, timik peptidlər baş beynin aminergik sis-
teminə təsir qabiliyyətinə malikdir. Timik peptid-
lərin QAYT, Qlu, Asp aminturşularının miqdarına,
eləcə də QDK və QAYT-T fermentlərinin fəallığına
baş beynin tədqiq olunan strukturlarında təsir
səviyyəsini müqayisə edəndə məlum olur ki, tima-
lin daha çox hipotalamusun aminergik sisteminə
təsir edir. Bunu da, timik peptidlərin hipotalamusa
birbaşa təsiri ilə əlaqələndirmək olar. Bundan başqa
yuxarıda göstərildiyi kimi hipotalamusun hormon
sistemi və hipofiz müsbət və mənfi əks əlaqə mexa-
nizmlərinə cəlb olunur, timik peptidlərin sintez və
sekresiyasını tənzimləyir.
Bikukullin QAYT-reseptorlarının blokadası
immun cavabı zəiflədir və mussimolun təsirini ara-
dan qaldırır. Kompleks QAYT-reseptorlarının xlor
kanallarının blokatoru-pikrotoksinin yeridilməsi
zamanı supressiv təsir qeyd olunur. QAYT siste-
minin fəallığının zəifləməsi serotoninergik sistemin
və immunsupressiyanın fəallığının artması, QAYT
sisteminin stimulyasiyası ilə yanaşı immunreaktiv-
liyin yüksəlməsi ilə nəticələnir. Baklofen QAYT
B
-
reseptorlarının aqonistinin immun sistemə təsirinə
həsr olunmuş tədqiqatlar müxtəlif fikirlidir.
QAYT
B
-reseptorlarının stimulyasiyası immun ca-
vabın azalması ilə nəticələnir, müəlliflərin fikir-
lərinə görə ya qara substansiyada və ventral seq-
ment şöbədə dofaminergik neyronların oyanıq-
lığının azalmasına, ya da autoreseptorların aktiv-
ləşməsinə əsasən QAYT-ın ifrazını tormozlayır
(Девойно и Ильюченок, 1993). Digər tədqiqat-
larda göstərilmişdir ki, baklofen immuntrop təsirə
malik deyil (Костинская, 1990).
Ratnikov və həmmüəllifləri (1986) QAYT və
onun sələflərinin humoral immun cavaba təsirində
periferik mexanizm əldə ediblər. Mərkəzi neyrohu-
moral dəstələrdən immun homeostazın tənzimi
MSS-də reseptorlardan fərqlənən periferik QAYT
A
-
və QAYT
B
-reseptorlarının mövcudluğunun təsdiqi
ilə birbaşa təsiri istisna deyil (Ратников и Ряби-
нина, 1986).
Timik peptidlər T-limfositlərin intra- və ekstra-
timik mərhələlərində inkişafında mühüm rol oynayır
və immun sistemin digər hüceyrələrinin fəallaşma
prosesində iştirak edir (Ancell and Phipps, 2001).
Klinikada və heyvanlar üzərində eksperimen-
tlərdə müəyyən edilmişdir ki, timik peptidlər boy
hormonuna, prolaktinə, β-triyodtironinə və tetra-
yodtironinə, qlükokortikoidlərə, eləcə də hipota-
lamus-hipofiz-böyrəküstü sistemin digər məhsul-
larına təsir edir (Kinoshita and Hato, 2001; Savino
et al., 2003).
Reseptor səviyyəsində aparılan təcrübələrdə
timusun epitel hüceyrələrinin (TEH) reseptorları
hipotalamus-hipofiz-böyrəküstü vəzi sisteminin
hormonlarına təsir edir. Hipotalamus-hipofiz-böy-
rəküstü sistemin məhsullarının sintez və ifrazının
tənzimlənməsində beynin monoamin sistemi fəal
rol oynadığı kimi, bu sistemin QAYT sistemi ilə
əlaqəsi də məlumdur.
1970-ci illərdə Besedovski və həmkarları im-
mun sistemin və onun məhsullarının MSS ilə siq-
nallar vasitəsilə mübadilə etdiklərini müəyyən edir-
lər (Besedovsky, 1979). İL-1, İL-6 və TNF kimi si-
tokinlər vasitəsilə immun reaksiya müəyyən edil-
mişdir. İmmun sistem mürəkkəb yollarla MSS-nə
siqnalları ötürür. İL-1 hipotalamusda noradrenalin
mübadiləsini stimullaşdırır, plazmada (Berkenbosh
et al., 1979) və MSS-də (Dunn et al., 2004) hü-
ceyrəxarici mayedə onun miqdarını yüksəldir.
Yəqin ki, timusun hormonlarının hüceyrə və
molekul səviyyəsində QAYT mübadiləsinə təsir
mexanizmi ilk növbədə onun reseptorları ilə əlaqəli
olaraq membranda yerləşən hədəf-hüceyrələr və
əmələ gələn hormon-reseptor kompleksi bu media-
torun sintez və parçalanmasında iştirak edən fer-
mentlərin fəal mərkəzlərinə təsir etməklə yuxarı-
dakı nəticələrin alınmasına səbəb olur.
Aparılmış təcrübələrin nəticələrinə və ədəbiy-
yat mənbələrinə əsasən demək olar ki, timusun
hormonları baş beynin müxtəlif strukturlarında
aminturşu fonduna təsir edir. Alınan nəticələr im-
mun reaksiyanın inkişafında QAYTergik sistemin
balansının və neyroimmunmodulyasiya prosesləri
üçün sistemlərarası qarşılıqlı təsirin QAYTergik sə-
viyyədə zəruriliyini göstərir.
Timalinin baş beyin strukturlarının mitoxon-
drisində mediator təbiətli aminturşuların miqdarına
təsirinə əsasən demək olar ki, immun sistem MSS-
nin və ümumiyyətlə, bütün orqanizmin formalaş-
N.N. Əliyeva
53
masında, sinir hüceyrələrinin differensasiyasında,
eləcə də, immun sistemin möhkəmlənməsində və
xarici mühitin təsirinə müdafiə reaksiyalarının
formalaşmasında mühüm rol oynayır.
Alınmış nəticələrə və ədəbiyyat məlumatlarına
əsasən timus və QAYTergik sistemləri arasında
qarşılıqlı təsirlərin və timalinin təsirindən sonra bir
çox xəstəliklərin açar amillərindən biri olan QAYT-
ın disrequlyasiyasının timik peptidlərdən istifadə
etməklə immun sistemin fəaliyyətinin yüksəlməsi
sayəsində bərpasının mümkün olduğunu demək
olar.
ƏDƏBİYYAT
Ветлугина Т.П., Невидимова Т.И., Лобачева
О.А., Никитина В.Б. (2010) Технология
иммунокоррекции при психических расстрой-
ствах. Томск: Томск ГУ, 172 с.
Девойно Л.В., Ильюченок Р.Ю. (1993) Нейро-
медиаторные системы в психонейроиммуно-
модуляции: дофамин, серотонин, ГАМК, ней-
ропептиды. Новосибирск: ЦЭ РИС, 237 с.
Кетлинский С.А., Симбирцев А.С. (2008) Ци-
токины СПб: Фолиант, 552 с.
Киселева Н.М., Иноземцев А.Н. (2010) Воз-
можная роль тимуса в работе стресс-лимити-
рующей системы. Иммунопатология, Аллерго-
логия, Инфектология, 2: 13-20.
Корнева Е.А., Перекрест С.В. (2013) Взаимо-
действие нервной и иммунной систем в норме
и патологии. Медицинский академический
журнал, 13(3): 7-17.
Костинская Н.Е. (1990) Иммуно-фармакологи-
ческое исследование роль ГАМК-эргических
механизмов в нейрогуморальной регуляции
иммунной системы Автореф. дисс. д-ра мед.
наук, Киев, 35 с.
Курбат М.Н., Лелевич В.В. (2009) Обмен
аминокислот в головном мозге. Нейрохимия,
26(1): 29-34.
Лакин Г.Ф. (1990) Биометрия. М., Высшая
школа, 352 с.
Нилова Н.С. (1966) Аммиак и ГАМК-транс-
аминазная активность ткани головного мозга.
Докл. АН СССР, 2: 483-486.
Ратников В.И., Рябинина Н.Е. (1986) Роль
гамма-аминомасляной кислоты в регуляции
иммунного гомеостаза. Тезисы докладов IV
Всесоюз.
симпозиума
«Нейрогуморальная
регуляция иммунного гомеостаза», Ленинград:
117-118.
Рокицкий Ф.П. (1973) Биологическая статис-
тика, Минск: Высшая школа, 330 с.
Самотруева М.А. (2012) Изучение регулятор-
ных механизмов действия аналогов ГАМК на
нейроиммунную систему. Автореф. дисc. на
соиск. уч. степ. док. мед. наук, Волгоград, 47 c.
Ярилин А.А., Беляков И.М. (1996) Тимус как
орган эндокринной системы. Иммунология, 1:
4-10
Ancell C., Phipps J. (2001) Thymosin alpha-1.
Am. J. Health Syst. Pharm., 58: 879-885.
Berkenbosh F., de Goeis D., del Rey A.F. et al.
(1979) Neuroendocrine sympathetic and meta-
bolic responses induced by interleukin-1. Neuro-
endocrinology, 50: 570-576.
Besedovsky H.O., del Rey A.E., Sorkin E., da
Prada M., Keller H.H. (1979) Immunoregulation
mediated by the sympathetic nervous system. Cell
Immunol., 48: 346-355.
Bhat R., Axtell R., Mitra A., Miranda M., Lock
C., Tsien R.W., Steinman L. (2010) Inhibitory
role for GABA in a autoimmune inflammation.
Proc. Natl. Acad. Sei USA, 107(6): p.2580-2585.
Bjurstom H., Wang J., Ericsson I. (2008) GABA,
a natural immunomodulator of T lymphocytes. J.
Neuroimmunol. 205(1): 44-50.
Blalock J.B., Harbour-McMenamin D.D., Smith
E.M. (1985) Peptide hormones shared by the
neuroendocrine and immunologic system. J. Im-
munol., 135(2): 41-58.
Blume J., Douglas S.D., Evans D.L. (2011) Im-
mune suppression and immune activation in
depression. Brain Behav. Immun., 25(2): 221-229.
Doze K. (1957) Dir anvendug der hochspanmum-
gspherographie dei der guantitativen totalanoiyse
von protein hydrolysaten. Mittelling Biochem. Z.,
329(2): 390-398.
Dunn A.J., Swiergiel A., Palamarchouck V.
Brain circuits involved in corticotropin-releasing
factor-norepinephrine interactions during stress.
Ann. NY Acad. Sci, 1018: 25-34.
Kinoshita Y., Hato F. (2001) Cellular and
molecular interactions of thymus with endocrine
organs and nervous system. Cell Mol. Biol., 47:
103-117.
Savino W., Smaniotto S., Binart N., Postel-Vinay
M.C., Dardenne M. (2003) In vivo effects of
growth hormone of thymic cells. Ann. NY Acad.
Sci., 992: 179-185.
Mix E., Goertsehes R., Zettl U.K. (2007) Immu-
nology and neurology. J. Neurol., 2: 12-17.
Roberts E., Frankel S. (1950) Gamma-amino-
butyric acid in brain its formation from glutamic
acid. J.Biol. Chem., 187(1): 55-61.
Somogui J., Fonjo A., Vinore J. (1962) Prepara-
tion of brain mitochondria. Acta Physiol. Nunger,
1: 61-63.
Sytinsky I.A., Priyatkina T.N. (1966) Effect of
certain drugs on gamma-aminobutyric acid sys-
tem of central nervous system. Biochem. Phar-
macol., 115(1): 49-54.
Timalinin Birdəfəlik Təsirindən Sonra
54
Изучение Обмена ГАМК В Митохондриальных Фракциях Головного Мозга Крыс
После Однократного Действия Тималина
Н.Н. Алиева
Институт физиологии им. А.И.Гараева НАНА
Установлено, что после внутримышечного введения тималина в митохондриях головного мозга
наблюдается повышение активности глутаматдекарбоксилазы и снижение активности ГАМК-
аминотрансферазы. При этом содержание глутаминовой и аспарагиновой кислот в митохондриях
гипоталамуса, мозжечка, зрительной и двигательной коры уменьшается, а гамма-аминомасляной
кислоты - увеличивается. После действия тималина изменения в обмене ГАМК обусловлены
взаимодействием нервной и иммунной систем.
Ключевые слова: Тималин, гамма-аминомасляная кислота, глутаминовая кислота, аспарагиновая
кислота, глутаматдекарбоксилаза, ГАМК-аминотрансфераза, мозжечок, гипоталамус, зрительная
и двигательная коры мозга.
Study Of GABA Metabolism In The Mitochondrial Fraction
Of The Brain Cells Of Rats After A Single Administration Of Thymalinum
N.N. Aliyeva
Institute of Physiology named after A.I. Garayev, ANAS
It was established that after intramuscular administration of thymalinum the activity of glutamate
decarboxylase increased and activity of GABA-aminotransferase lowered in mitochondria of the brain cells.
Thus, contents of glutamic and aspartic acids decreased, while gamma-aminobutyric acid increased in the
mitochondria of the hypothalamus, cerebellum, visual and motor cortex. Changes in the metabolism of
GABA after the thymalinum action occurred due to the interaction between nervous and immune systems.
Key words: Thymalinum, gamma-aminobutyric acid, glutamic acid, aspartic acid, glutamate decarboxylase,
GABA- aminotransferase, cerebellum, hypothalamus, visual and motor cortex of the brain.
Dostları ilə paylaş: |