Parça əmələ gətirici mexanizim(PƏM).
Rotor-lövhə tipli PƏM məkiklərin əriş saplarının əsnəyində hərəkət etməsini istiqamətləndirmək, arqac sapını parçanın işçi başlanğıcına vurmaq və əriş saplarının əsniklərdə bərabər paylanmasının təmin etməyə xidmət edir.PƏM üçün bucaqlı əlaqə özül 1 təşkil edir ki,onun üzərinə gövdə detalları və bütövlükdə əlaqəsi olan dayaqlar bərkidilir .
PƏM aşaqdakı əsas düyünlərdən ibarətdir
-
Vurucu lövhələr seksiyalarından yığılmiş val
-
Vintli dayaqlar
-
Çərçivələr
-
Daraqlar
-
Məkikləri istiqamətləndirici
1.PƏM-in valı (şəkil 1.4) məkiklərin əriş saplarının əsnəyində hərəkət etməsini və arğac sapının parçanın işçi başlanğıncın vurulmasına xidmət edir.Maşın üzərinə vurucu lövhələr 20 seksiyasi, aralıq üzüklər 21, sol sıxıcı yumruq 22, sağ cıxarıcı yumruq 23, yığılmiş valdan 19 ibarətdir. Val üzərinə yığılmış seksiyalar və yumruqlar, qurtaracaqda qaykalarla 24 bərkidilir. Valın fırlanması PƏM-in intiqalı ilə həyata keçirilir. Vurucu lövhələr seksiyası vintli qanovu “a” və dörd cild şaybaları “b” olan vtulkadan ibarətdir. Vtulkaya üzərinə ardıcıllıqla uyğun olaraq vurucu lövhələr, aralıq üzüklər yığılır. Yığımın qurtaracaqları üzüklərlə bağlanır. Vurucu lövhələr seksiyasının val üzərində oturan aralıq üzüklərlə birlikdə(şəkil 1.4) ölçüsü 50.8 mm olur ki, onun üçü şnekin vint xəttinin addımına 152.4 mm bərabərdir. Məkiyin PƏM-ə daxil edilməsi(valın sol tərəfi) iki hissədən ibarət və val 19 üzərində quraşdırılmış sıxıcı yumruqla 22 təmin edilir. Yumruğun kənar sol hissəsi val üzərində qoruyucu mufta ilə quraşdırılır.
Şəkil 1.4 Val
Şəkil 1.5
Mufta vtulka 31 ilə yumruğa burucu moment verən 2 yaylı kürədən 30 ibarətdir. Artıq yükləndikdə mufta işləmir. Yumruğun ikinci hissəsi valda stiftdə bərkidilmişdir. Məkiyin PƏM-dən çıxarılması(valın sağ tərəfində) vala stif-lə bərkidilmiş çıxarıcı yumruqla 23 həyata keçirilir. Val kürəcikli yastıqlarla sol tərəfdə 32, sağ tərəfdə isə 33 maşının gövdəsində oturdulur. Valın sol qurtaracağında, PƏM-in intiqalının aparıcı vtulkası ilə birləşdirilməsi üçün şlis vardır.
2. PƏM-in valının rəqsi hərəkətinin qarşısını almaq üçün onu ortasından dörd vintli dayaq üzərində yerləşdirirlər (şəkil 1.5) Vintli diyirlənmə dayağı vurucu lövhələrin birinci dişləri ilə sonuncu dişləri arasında beş gediş hissəsinin A toxunması ilə əmələ gələn sürtünmə qüvvəsi hesabına fırlanan iki vintli valikdən ibarətdir. Valikin vinth səthi valın oxuna nəzərən eksentrikli hazırladığı üçün dayağın vintli səthi öz özünə elə tənzimlənir ki, spiral şəklində yerləşmiş vurucu lövhələrin disklərinin Б və В səthlərinə toxunmur. Dayağın qabaq valiki arxa valikə nəzərən valin oxu boyu 28 mm irəlidə yerləşir ki, hər iki valikin vurucu lövhələrdə eyni zamanda ilişməyə daxil olmasını təmin edir . Vurucu lövhərin yeyilməsinin qarşısını almaq üçün vintli diyirləmə dayaqları konpolandan hazırlanır. Vintli valiklərin oxu 35 gövdəyə 36 bərkidilmiş kürəcikli yastıqlarda yerləşir. Rezin manjetlər yağın yastıqlardan parça üzərinə düşməsinin qarşısını alır.
3. Çərçivə 13 ( şəkil 1.5) məkikləri istiqamətləndirmək və əriş saplarını bərabər bölüşdürülməsi üçün təyin olunmuşdur. Maşının əris sapları ilə sərfəli yükləmək üçün çərçivə iki sökülə bilən hissədən hazırlanır ki, buda yükləmənin maşından kənarda yığılmasına imkan verir. Hər bir hissə məkiyi və əriş saplarını istiqamətləndirən lövhələr bloku bərkidilən brusdan ibarətdir . Blokların lövhələri yuxarıdan və aşağıdan BYD ərintisi ilə birləşdirilir. Birləşdirildikdə blokları yuxarıdan və aşağıdan polad içliklər qoyulur ki, onların köməyi ilə blokların lövhəyə və brusa birləşdirilir. Başlıqda , oxlu 43 qulaqcıqlar vardır ki, oraya daraqların ilmələri birləşdirilir. ( şəkil 1.6) . Daraqları tez çıxarmaq üçün oxları hərəkət edən şəkildə hazırlanır. Plankada mikro söndürücülərə və arğac nəzarətçilərinə gedən elektrik naqillərinin çəkilməsi üçün kanal vardır. Plankada daraqların vəziyyətinə nəzarət edən mikrosöndürücü yerləşdirilir. Çərçivəni çıxarmaq üçün onun qurtaracağında elektrik naqillərini maşından ayrımaq üçün valik muftası quraşdırılmalıdır. Maşının işçi enliyi boyu çərçivənin hər bir hissəsinə nəzarət sıxıcı ilə dayağı bərkidilmiş ştift ilə həyata keçirilir.
4. Açılan daraqlar ( şəkil 1.6) məkikləri istiqamətləndirmək və məkiyin əsnəkdə pazlaşması zamanı vurucu lövhələrin dişlərinin sınmasının qarşısını almaq üçün təyin olunmuşdur. Daraq ( şəkil 1.6) çərçivənin başlığına ilmələrin köməyi ilə bərkidilən daraqların gövdələrindən ibarətdir. Gövdənin novuna daraqlar bloku qoyulur və sıxıcıların köməyi ilə bərkidilir . Darağ bloku lövhəli dişlər yığımından ibarətdir. Dişlərlə məkiklər arasında və məkiklə ara boşluğu 0,7-1 mm gövdənin köməyi ilə başlığın ilmələrinə nisbətən tənzimləməklə təmin edilir . Daraqlar aşağı vəziyyətdə (şaquli müstəvidə ) çərçivənin başlığına bərkidilmiş fasonlu darağa dirənən yaylı qeydedicinin köməyi ilə qoyulur. Üfüqi istiqamətdə ara boşluğu 0,3-0,6 mm isə başlığın tənzimləməsinin köməyi ilə qoyulur . Darağın yuxarı hissəsindəki kəsiklər açılma zamanı darağı vəziyyətdə saxlamağa imkan verir. Məkiyin öz başına uçmasının qarşısını almaq üçün qoruyucu planka quraşdırılmışdır. PƏM-in uzunluğu boyu beş müxtəlif növ
daraq quraşdırılır. Hər bir darağın qarşısında MUK3 tipli mikrosöndürücülər quraşdırılır . aşağı işçi vəziyyətdə onlara daraqların vintini sıxır. Daraqlar məkiklə açıldıqda və yaxud sap keçirmək üçün açıldıqda mikroayırıcı dövrəni açır və maşını işdən saxlayır. Mikroayrıcı açılan vəziyyətdə maşının işə qoşulması mümkün deyil .
5. Məkikləri istiqamətləndirici arğac sapı ilə yükləyən mexanizmdən ( M3YY) çıxan və PƏM-ə daixl olan məkiklərin istiqamətləndirilməsinə xidmət edir. O , PƏM-in sol tərəfində quraşdırılır . Açılan daraqda olduğu kimi o, qeyd edicinin köməyi ilə üç qeydə alınan vəziyyətdən birində qəbul edə bilir.
1.3 Çoxəsnəkli toxucu maşının PƏM konstruksiyasının xüsusiyyətləri
PƏM-in konstruksiyasının xüsusiyyyəti ondan ibarətdir ki, yığma zamanı çoxlu sayda təkrar olunan lövhəli detalların addımının və həmçinin onların bir birinə nəzərən qarşılıqlı yerləşməsinin dəqiqliyini təmin etmək lazımdır. Bununla əlaqədar olaraq PƏM-in valının yığılmasının sırası və ardıcıllığı aşağıdakı kimi olmalıdır:
-
Lövhəli detalları hazırlamaq üçün istifadə edilən lentin mənfi müsahidəsi vardır ki, vurucu lövhələrin tələb olunan addımını təmin etmək üçün onlar arasında uyğun qalınlığa malik aralıq üzük qoymaq lazımdır
-
Aralıq üzüklərin çeşidlənməsinə 0,01 mm ölçü qrupunda aparmalı. Aralıq üzükləri ölçmələrdən əvvəl texniki etil spirti ДУİST 17299-78 ilə yumaq lazımdır . Üüklərin qalınlığının ölçü qrupuna , onların qalınlığlarını çevrənin perimetri üzrə bir neçə yerdə ölçməklə təyin etmək lazımdır. Ölçmə aparatları qismində indikatorlardan ДÜİST 9696-75, dəstək tipli mikrometrlərdən MP ДÜİST 4381-68 istifadə edilə bilər .
-
Yığmanın keyfiyyətinə və PƏM-in işinə vurucu lövhələrin dişlərinin vurması – deformasiyası böyük təsir göstərir . sonuncuların hazırlanmasının keyiyyətinə vizual nəzarət etmək olar. Bunun üçün 10 iki növ vurucu lövhədən ibarət komplekt bir ölçüdə ( qrupda) aralıq üzüklə birlikdə seksiyada qoyulmuş ardıcıllığla bloka yığılır. Nəzarət vizual olaraq lövhələr arasındakı aralığa görə aparılır. Diskləri əyilmiş lövhələr atılır.
-
Vurucu lövhələrin müstəvisinə seçmə nəzarət zamanı keyfiyyətli nəticə almaq üçün xüsusi tərtibatdan istifadə etmək lazımdır. Tərtibat dayaqdan və iki eksentrikli diskdən ibarətdir ki , onlar arasına vurucu lövhə və iki eyni qalınlığlı aralıq üzük qoyulur. Tərtbatdakı eksentrikli disklər arasındakı ara boşluğunda disklərin təpələrinin yerdəyişməsinin qiymətinə görə vurucu lövhələrin ayrı ayrı dişlərinin tillərinin yerdəyişməsi haqqda mühakimə yürüdürlər.Ara boşluğunun olçülməsi MMH mikroskopunun (ДUİST 8974-71) köməyi ilə həyata keçirilir . Nəzarəti həyata keçirdikdə disklər öz aralarında qayka ilə sıxılır və ölçülü qurğunun stolunun mərkəzində quraşdırılır. Bu halda dişlərin təpələrinin simmetriya oxuna nəzərən sürüşməsi 0,02 mm-dən çox olmamalıdır
-
Yığma prosesini asanlaşdrmağ və sürətləndirmək üçün kompleks lövhələrin seçilməsi eyni zamanda on vurucu lövhənin tələb olunan addımını tapmaq üçün qalınlığına görə aralıq üzüklərin seçilməsi yolu ilə həyata keçirilir .
-
Hazır komplekt əlavə olaraq MK-50-İ ДУİST-6507-78 mikrometri ilə nəzarət edilir ki, yığma üzrə yastı paralel qurtaracaqların uzunluqlarının ölçüsü tələb olunan ölçüyə qədər düzləndirilir və keçici kalıbr-sancaq kimi istifadə edilir.
-
Lövhələr komplektini seksiyalara ayırmalı
-
PƏM-in snekinin seksiyalarını lövhəli detallarla komplektləşdirilməli.
-
Vurucu lövhələrin aralıq üzüyün yığılma sırasına uyğun olaraq , PƏM-in vurucu lövhələrinin vtulka üzərinə yığılmasını həyata keçirmək və onları üzüklərlə bağlamalı
-
PƏM-in valının yığılmasını aşağıdakı ardıcıllığla həyata keçirmək sağ vtulkanı sona qədər geydirməli və qayka ilə bərkidməli, sonra vurucu lövhələr seksiyasını val üzərinə yığmalı və isgili valın yuvasına keçirməli. Seksiyalarla və sağ çatdırıcı və sol qəbuledici yumruqlar arasına vurucu lövhələri və aralıq üzükləri yığmaq lazımdır. Sol tərəfdə vtulkaları və qaykanı geydirməli xüsusi açarın köməyi ilə yığımı qayka ilə sıxmalı , deşmə əməliyyatını aparmalı vtulkaları ştiftəməli. Sağ çatdırıcı yumruğu elə qoymaq lazımdır ki, onun profili şnekin vint səthinin davamı olsun və onun stiftləmək lazımdır. Yan üzdə yumruq qayka ilə bərkidilir sol tərəfdən qaykanı profilini şnekin vint səthi ilə uzlaşdırmaq və qayka ilə bərkitmək lazımdır. Sol yumruğun sağ tərəfinin stiftlənməsini həyata keçirmək tələb olunur. Sonra sol qəbuledici yumruğun sol hissəsindən keçməklə iki tərəfli Ф 8,2 mm diametrdə deşik açılır.
PƏM-in yığılma ardıcıllığı aşağıdakı kimidir.
Əlaqə üzərinə dayaqlarla birlikdə dayaqlar yığılmış şəkildə və dörd vintli dayaqlar qoyulur bolt və vintlərdə ilkin olaraq bərkidilir. Val yastıqların gövdələri ilə birlikdə və çərçivənin müstəvisindən kronsteynlərlə qoyulur və vintlərlə bərkidilir. Sonra məkikləri istiqamətləndirici brus və cərçivə qoyulur. Göstərilən detallarla birlikdə dayaqların vəziyyətini tənzimlənir və bərkidilir.Ayrıcı çərçivənin , bloklarını brusu və plankaya vintlərlə bərkitməli. Çərçivənin məkik istiqamətləndiricisi ilə vurucu lövhənin ən hündür dişi arasında ara boşluğu 1,5 – 2 mm olmalıdır. Sol tərəfdən başlayaraq ardıcıllıqla başlığı quraşdırmaq və vintlərlə plankaya bərkitmək lazımdır. Açılan darağı yığılmış vəziyyətdə başlığın oxu üzərinə yığmağ lazımdır. Maşının enliyi boyu sonuncu dəfə quraşdıırlmasını vurucu lövhələrlə bir müstəvidə darağın bloklarının dişlərinin yerdəyişməsini apardıqdan sonra həyata keçirmək lazımdır. Döşlüyü elə quraşdırmağ lazımdır ki, maşının işçi enliyi vurucu lövhələrin ən hündür dişləri ilə döşlüyün başlığı arasındakı ara boşluğu 0,6 – 1,2 mm olsun .Maşının enliyi boyu PƏM elə yerləşdirilməlidir ki çatdırıcı yumruqlu qəbul edici baraban arasındakı ara boşluğu 1 mm-ə bərabər olsun. Sıxıcı yumruqla məkikləri yükləyən mexanizmin lotoku arasındakı ara boşluğu 1mm-ə bərabər olsun. Bu zaman məkiklərin hərəkət etdikləri kanalın məkikləri qəbul edən mexanizmin barabanındakı kanalda və məkikləri yükləyən mexanizmin nəqletdiricisi ilə uzlaşması yoxlanılmalıdır.PƏM-in işi zamanı aşağıdakıların həyata keçirilməsinə icazə verilmir.
-
Saplarla yükləmə
-
Açılan darağı açmaq
-
Əlləri valın fırlanma sahəsinə qoymaq
Göstərilənlərin yerinə yetirilməsi PƏM –in təhlükəsiz işini təmin edir.
1.4 TMM tipli çoxəsnəkli toxucu maşınlarda parçaəmələgəlmə prosesinin analizi
Hal hazırda məkikli və məkiksiz (arqac saplarını müxtəlif üsulla keçirən) toxucu maşınlarının məhsuldarlığı, bu maşınların işçi sürətlərini, yükləmə enliklərini , maşının yükləmə enliyi boyu istehsal edilən parçaların sayının artırılması və eyni zamanda iki parçanın istehsal edilməsi yolu ilə artırılır.Toxucu maşınlarının məhsuldarlığını artırmaq üçün işçi sürətlər buraxıla bilən sürətə qədər artırılmışdır ki, bu sürətlərin daha da artırılması maşınlarda dinamik qüvvələrin artmasına onalrın böyük hədlərdə rəqsi hərəkət etməsinə, insanlar üçün buraxıla bilən sanitar normalardan artıq böyük səslərin əmələ gəlməsinə səbəb olur. Toxucu maşının işinin tsiklik diaqramının analizi göstərir ki, əsas əməliyyata arqac sapının əriş saplarının əsnəyindən keçirilməsinə tam tsiklin sərf olunur , yerdə qalan müddət isə hazırlıq və köməkçi əməliyyatların yerinə yetirilməsinə sərf olur. Beləliklə toxucu maşınlarının məhsuldarlığının artırılmasına imkan verməyən, maşının işçi enliyi boyu eyni zamanda bir arqac sapı daşıyıcısı ilə arqac saplarının əsnəkdən keçirilmə prosesinin yerinə yetirilməsi və bütün saplarla eyni zamanda yerinə yetirilən texnoloji əməliyyatların fasiləliyidir (ardıcıllıqla) Arqac sapı daşıyıcıları böyük məsafəni, ətalət ilə qət edir ki, bu zaman əriş sapalrı, əsnəkəmələgəlmənin digər fazasına keçə bilmir, berdo arqac saplarını parçanın işçi başlanğıcına vura bilmir, bəzi mexanizmlər tam dayanır və yaxud öz əməliyyatlarının bir hissəsini yerinə yetirirlər.
Araşdırma göstərmişdir ki, yüksək sürətli parçaəmələgəlmə prosesi parçaəmələgəlmənin əsas əməliyyatlarının eyni zamanda fasiləsiz üsulla həyata keçirən maşınlarda mümükündür.
Çoxəsnəkli toxucu maşınalrın məkikli mikroməkikli və məkiksiz toucu maşınalrından əsas fərqi ondan ibarətdir ki, burda parçaəmələgəlmənin əas əməliyyatalrı eyni zamanda kiçik sahələrdə dalğavari əsnəklərdə həyata keçirilir və bu sahələr parçanın bir kənarından digər kənarına fasiləsiz olaraq hərəkət edir. Beləliklə fasiləsiz üsulla parçaəmələgətirən toxucu maşınlarında onun əriş sapları ilə yükləmə enliyi boyu, əsnəkəmələgətirici mexanizmin köməyi ilə bir neçə hərəkət edən dalğavari əsnəklər əmələ gəlir və bu əsnəklərin hər birində içərisində maşının işçi enliyinə bərabər uzunluqda arqac sapı sarınmış qarqara olan məkik yerləşir. (şək 1.7) Məkiklər xüsusi mexanizm ilə parçanın enliyi boyu bir kənardan digər kənara fasiləsiz olaraq hərəkət etdirilir, məkiklərin hərəkətinə sinxron olaraq əsnək açılır və bu məkiklər arqac sapları əsnkədən keçirirlər və bu arqac sapı berdo ilə (vurucu mexanizmlə) parçanın işçi kənarına vurulur.Məlumdur ki, məkikli və məkiksiz toxucu maşınalrında parçaəmələgəlmə prosesi əməliyyatların və əsnəkəmələgəlmənin fazaalrının ardıcıllıqla dəyişməsi və bu zaman əsnəyin hər bir fazasında berdonun parçanın işçi kənarına nəzərən verilmiş məsafədə yerləşməsi və müəyyən fazada arqac sapının əriş saplarının əsnəyinə daxil olması (atılması) həyata keçirilir.
Zastup dövründə, yəni, bütün əriş sapları eyni müstəvidə yerləşdikdə, parçanın konkret strukturunun formalaşması texnologiyasının tələblərindən asılı olaraq berdo parçanın işçi kənarından verilmiş məsafədə durmalıdır. Əsnək əmələgəlməsi zamanı arqac sapları əriş sapları ilə əhatə olunaraq toxunur və bu əsnəyin mümkün olan ən çox açılması zamanı parça formalaşmasının sonuncu məırhələsi arqac sapının parçanın işçi başlanğıcına vurulması prosesi həyata keçirilir. Bütün bu ardıcıllıqla həyata keçirilən əməliyyatlar bir fazada toxucu maşının bütün yükləmə enliyi boyu yerinə yetirilir və ona görədə bu toxucu maşınalrı bir fazalı adlanır. Çoxəsnəkli toxucu maşınlaırnda bütün yükləmə enliyi bir neçə dalğavari əsnəkdən ibarətdir və onlarda əsnəkəmələgəlmənin bütün fazaları və parçaəmələgəlmənin bütün əməliyyatları yerinə yetirilir. Bu halda parça formalaşması zamanı (lövhəli berdonun valının fırlanması zamanı) bütün bu əməliyyatlar və fazalar eyni zamanda bir birinə mane olmadan, ardıcıllıqla həyata keçirilir və fasiləsiz olaraq maşının yükləmə enliyinin bir kənarından digər kənarına bir istiqamətdə hərəkət edirlər.
Bu toxucu maşınlarının yükləmə enliyinin hər bir metrində təqribən 6-8 (və yaxud 9-12) əsnək yerləşir, əgər maşının yükləmə enliyi 3 metr olarsa, onda əsnəklərin sayı orta hesabla 18-24 (27-36) olur və bu əsnəklərin sayı çoxdur və ona görə də bu maşınblar fasiləsiz üsulla parça istehsal edən çox əsnəkli toxucu maşınları adlanır.
Şəkil 1.7 Parçaəmələgəlmə sxemi çoxəsnəkli toxucu maşınında (a),məkikli toxucu maşınlarında(b)
Çoxəsnəkli toxucu maşınlarında parçaəmələgətirici mexanizm (PƏM) əsas mexanizm hesab edilir ki, o bu maşının konstruksiyasını və texniki iqtisadi göstəricilərini müəyyən edir və ona görədə bu mexanizmin layihələndirilməsinə əsas diqqət yetirilir.
Göründüyü kimi çoxəsnəkli toxucu maşınları digər müasir məkikli, mikroməkikli və məkiksiz toxucu maşınları ilə rəqabət qabiliyyətidir.
Çoxəsnəkli toxucu maşınalrının nəzəri məhsuldarlığı aşağıdakı formula ilə təyin edilir.
Пməh = r . v . L. 60 m arqac/dəq
Burada r maşının 1 metr işçi enliyində eyni zamanda ərişin əsnəyindən arqac sapı keçirən məkiklərin sayı, v- ərişin əsnəyindən arqac sapını keçirən məkiklərin sürəti m/san, L- çoxəsnəkli toxucu maşınının yükləmə enliyi metr.
Əgər r= 8, v= 2 m/s, L= 3.6 m olarsa, onda məhsuldarlıq
Пnəz = 8 .2. 3,6. 60 = 3456 m arqac/dəq olar
Çoxəsnəkli toxucu maşınlarında lövhəli rotor konstruksiyalı PƏM tətbiq edilir və bu məhsuldarlığın sıçrayışla çox artırılmasına imkan verir.
Beləliklə rotor tipli PƏM konstruksiyasının yaradılması ilə toxuculuq sənayesinin inkişaf etdirilməsinin üçüncü mərhələsi həyata keçirilir. Toxuculuq istehsalında əmək məhsuldarlığının birdən birə kifayət qədər artırılması lövhəli rotor konstruksiyalı PƏM-in mənimsənilməsi və onun təkmilləşdirilməsi hesabına olmalıdır.
-
1.5 TMM tipli çoxəsnəkli toxucu maşininin PƏM-in
-
yaradilmasi metodikasi və keçdiyi yol
-
TMM tipli çoxəsnəkli toxucu maşının yaradılması tarixi bir fazalı toxucu maşınlarında (klasssik toxucu maşınları) istehsal edilən parçaya uyğun parça istehsal edən PƏM-in yaradılması tarixidir. PƏM-in yaradılması zamanı toxuculuğun texologiyası və mexanizmin konstruksiyası ilə əlaqədar olan bir çox problemlər həll edilmişdir, belə ki, parça əmələgəlmə üçün klassik toxucu maşınlarında tətbiq edilən mexanizmlər, fasiləsiz üsulla parçaəmələgəlməsi şəraitində tətbiq edilə bilmir.
müh. D.V.Titov və müh. M.H.Fərzəliyevə qədər çoxlu ixtiraçılar on illərlə klassik üsulla arqac sapının parçanın işçi başlanğıcına vurulması prosesini mexaniki olaraq fasiləsiz üsulla parçaəmələgəlmə prosesinə keçirməyə səy göstərmişdir və hər dəfə müvəffəqiyyətsizliyə uğramışlar. Fasiləsiz üsulla parça istehsal edən toxucu maşınalrı üçün yaradılmış vurucu mexanizmlərin konstruksiyaları, parçaəmələgəlmənin fiziki mahiyyəti ilə əlaqədar parametrləri nəzərə almadan yəni parça əmələgəlmənun texnologiyasının xüsusiyyətlərini nəzərə almadan yaradılmışdır ki , onlarda istehsal edilən parçalarda müxtəlif qüsurlar olmuşdur. Buraya əriş və arqac sapalrının qeyri bərabər paylanmasını, parçada zolaqların olmasını, parçaya tələb olunandan artıq uzun arqac sapının qoyulmasını aid etmək olar ki, bunlar da zay məhsul hesab edilir.
Parçaəmələgəlmə “gizli” mürəkkəb texnoloji proses olduğu üçün vurucu mexanizmlərin ixtiraçıları özlərinin müvəffəqiyyətsizliyinin səbəbini başa düşmürdülər. Keyfiyyətli parça istehsalı üçün vurucu mexanizmlərin yaradılması
üçün lazım olan texnoloji tələblər çox mürəkkəb olduğundan və parçaəmələgəlməsi zamanı gizli getdiyindən bu mexanizmlərin yaradılması klassik üsulla parçaəmələgəlmənin nəzəri əsaslarını dərindən öyrənmədən konstruktor eksperimental yolla getmişdir. Vurucu mexanizmlıərin yaradılması istiqamətində düzgün iş metodu olmadığından, parçaəmələgəlməsinin üçün yaralı olmayan onlarla variantda mexanizmlər işlənmişdir. Buraya aşağıdakıları aid etmək olar:
-
lövhələri yellənmə hərəkət edən lövhəli vurucu mexanizmi;
-
rotor tipli lövhəli vurucu mexanizm;
-
vurucu çıxıntısı olan arqac sapı keçiricili mexanizm
-
iynəli təkərli mexanizm
-
seksiyalı berdo mexanizmi və s.
İşlənmiş bütün variant vurucu mexanizmlərin əsas çatışmamazlıqları ondan ibarətdir ki, onlar aşağıdakıları təmin etməmişlər: 1) əriş və arqac saplarının parçada bərabər paylanmasını; 2) bir fazalı klassik toxucu maşınalrında istehsal edilən parçanın strukturuna anoloji normal strukturlu parça əmələgəlməsi üçün arqac saplarının parçanın işçi başlanğıcına vurulmasından əvvəl ona lazım olan gərginliyin verilməsinin təmin etməməsidir.
Əvvəllər təklif edilmiş vurucu mexanizmlərdən öz inkişafını tapmış rotor tipli lövhəli vurucu mexanizmin konstruksiyasıdır. Bu mexanizmin konstruksiyası çoxdan məlumdur (1925-ci il) şəkil 1.8.
Şəkil 1.8 Karl Mutterin konstruksiyasinda vurucu disklər(lövhələr)
Şəkil 1.9 Əriş saplarının parçada qeyri bərabər paylanması: məkiklərin hərəkət istiqaməti (A),arqac sapalrının hərəkət istiqaməti (Б ),vurucu lövhənin dişlərinin hərəkət istiqaməti(B)
İntiqal valı 4 üzərinə, müəyyən ara məsafəsi ilə lövhələr 3 yığılır. Hər bir lövhələrin ətrafında çıxıntılar dişlər 12, 6 vardır və hər bir lövhə digərinə nəzərən müəyyən bucaq qədər döndərilmiş şəkildə val üzərinə yığılır və bu zaman vint səthi- daraqlar 11 əmələ gəlir. Valın fırlanması zamanı lövhələr fırlanaraq çıxıntıları ilə əriş saplarının əsnəyinə 16 məkiklə 14 qoyulmuş arqac sapını tutaraq onu parçanın işçi başlanğıcına 9 vururlar. Əsnək əmələgəlməsi zamanı əriş sapları lövhələr arasında hərəkət edərək, arqac saplarını əhatə edərək parçanı 8 əmələ gətirir.
Prinsipcə lövhələrlə yerinə yetirilən əməliyyatlar, bir fazalı toxucu maşınının yastı berdosunun anoloji əməliyyatalrını yerinə yetirir və ona görə də lövhələr fırlanan lövhəli berdo adını aldı. Əvvəl göstərildiyi kimi bu lövhəli mexanizmlə keyfiyyətsiz parça istehsal edildi. Lövhəli vurucu mexanizmin ilkin konstruksiyalarında, lövhələrin ətrafında müxtəlif sayda dişləri və müxtəlif həndəsəsi olmuşdur. Məsələn, şəkil 1.8-də lövhənin 3 bir uzaldılmış dişi 12 vardır. Dişin təpəsi 13 lövhənin ətrafına elə əyilmişdir ki, diş 12 öz əsasında yuva 2 formasını əmələ gətirir. Val 4 üzərinə aralıq şaybalarla 5 yığılmış lövhələr 3 öz ətrafında vintli darağı 11 və məkiklə 14 keçirilən arqac sapı üçün açıq pazı 10 əmələ gətirir. Məkik nəqletdirici 1 ilə nəqletdirilir və əsnəkdə berdonun lövhələri 15 və əriş sapları 16 ilə istiqamətlənir. Valın 4 bir tam dövründə lövhələrin dişləri 12 arqac sapını 10 tutaraq parçanın 8 işçi kənarına 9 vurur, dişin 12 arqac sapı ilə görüşən xarici tərəfdən 11 uzunluğu böyük olduğu üçün arqac sapı ilə qarşılıqlı əlaqəsi zəif olur və arqac sapının parçanın işçi başlanğıcına vurmaq etibarı və dinamik yerinə yetirilmir və bu səbəbdən onların istehsal etdikləri parçaların arqac üzrə sıxlığı az olur, kinematik parça əmələ gəlir. Məlumdur ki, bir fazalı toxucu maşınlarında arqac sapının parçanın işçi başlanğıcına vurulması çox qısa bir müddətdə yəni zərbə ilə həyata keçirilir və parça dinamik şəraitdə əmələ gəlir və ona görə də onu dinamik parça adlandırırlar. Lövhəli berdonun ilkin konstruksiyalarında arqac üzrə sıxlığı çox olan parçaların istehsalı ona görə mümkün deyildir ki, berdonun lövhələri ilə arqac sapının parçanın işçi başlanğıcına vurulması zamanı, ərişin əsnəyinə 16 məkiklə 14 qoyulmuş arqac sapını 10 berdonun dişi 12 ilə tutduqda arqac sapı dişin 12 xarici səthinin əmələ gətirdiyi uzadılmış təpəsindən 11 vaxtından tez aralanır və arqac sapı üzrə verilmiş sıxlığa bərabər sıxlıqda parça istehsal etmək mümkün olmur. Arqac sapının dişin təpəsindən tez aralanması parçanın işçi başlanğıcının, dişin 12 təpəsinin 11 əmələ gətirdiyi səth üzərinə qalxmasına və əriş saplarının əsnəyinin aşağı qolu isə məkiyn hərəkət yolunda yerləşməsinə səbəb olur ki, bu da məkiyin hərəkəti zamanı toxunmanın şəklini dəyişir və onlardan əksəriyyətini qırır.
İki, üç və daha çox dişli 6 lövhəli berdonun konstruksiyası yaradılmışdır(şəkil 1.8-də qırıq xətlərlə göstərilmişdir) lakin dişlərin həndəsəsi bir dişli lövhənin dişinin həndəsəsinə anoloji olaraq qalmışdır. Bu çox sadə dişli lövhəli vurucu mexanizm maşının ərişlə yüklənməsi enliyndən asılı olmayaraq, valın bir tam dövründə, lövhədəki dişlərin sayına bərabər sayda arqac sapını parçanın işçi başlanğıcına vurur. Çox dişli lövhəli vurucu mexanizm bir dişli lövhəli mexanizmdə olduğu kimi keyfiyyətsiz parça istehsal etdi. Göstərilən konstruksiya ilə keyfiyyətsiz parça istehsalının digər səbəbləri də vardır ki, onlardan ən əsası əriş saplarının parçada qeyri bərabər paylanmasıdır(şəkil 1.9). Əriş saplarının 1 parçada 2 qeyri bərabər paylanması və parçada ara boşluqları yaradır ki, bu da parçada 2 “muarlar” və zolaqların əmələ gəlməsinə səbəb olur. Əriş saplarının berdonun dişləri arasında qeyri bərabər paylanmasına əsas səbəb sapların iki lövhə arasındakı məsafənin digər iki qonşu lövhə arasındakı məsafəyə keçməsidir. Əriş saplarının fırlanan berdonun lövhələrinin arasından keçməsi, əriş saplarının lövhələrə sıxılması zamanı lövhənin dişləri ilə tutulur və pazdan 2 keçərək, lövhələr arasında öz yerini dəyişir. Parçanın işçi başlanğıcı dişlər üzərinə qalxdıqda bütün əriş sapları lövhələr arasındakı məsafədən çıxır və yenidən əriş saplarının yüklənməsi maşın dayandırıldıqda əl ilə həyata keçirilir. Arqac saplarının 4(şəkil 1.10) parçanın 3 işçi başlanğıcına vurulması zamanı əriş saplarının 2 qonşu lövhələr 1 arasında yerinin dəyişməsinin qarşısını almaq məqsədi ilə, remiz tərəfdə lövhələr qarşısında onlara paralel bir müstəvidə əriş bölüşdürücü lövhələr 5 yerləşdirilmişdir ki, bu bölüşdürücü çərçivəni 6 əmələ gətirir. Vurucu mexanizmdə yerləşdirilmiş bölüşdürücü çərçivə 6 prinsipcə əriş saplarının 2 parçada 3 bərabər paylanmasını həyata keçirmək üçün etibarlı üsuldur və müasir PƏM də o təkmilləşdirilmişdir.
Təcrübələr göstərmişdir ki, bir cərgə lövhəli bölüşdürücü çərçivə də lövhələr arasından əriş sapalrı keçdikdə, əsnək əmələgəlməsi zamanı bu sapalr bir birinə ilişir və qırılmaların sayı artır. Bunun qarşısını almaq üçün bir cərgə lövhəsi olan bölüşdürücü çərçivə iki cərgə lövhəsi olan bölüşdürücü çərçivə ilə əvəz edilərək təkmilləşdirilmişdir və bu qırılmaların sayının azaldılmasına köməklik göstərmişdir.
Vurucu mexanizmin yaradılması zamanı məkiyin əriş saplarının əsnəyində hərəkəti iki tip konstruksiya ilə həyata keçirilirdi. Birinci tip konstruksiyada məkiklərə hərəkət vurucu lövhələrin dişlərinin əmələ gətirdiyi vint xəti sneklə. Ikinci tipdə isə zəncirli nəqletdirici ilə. Birinci tip konstruksiyada lövhələrin dişləri məkiyin arxa tili ilə qarşılıqlı əlaqədə olaraq ona əriş saplarının əsnəyində hərəkət verirlər. İkinci tip konstruksiyada məkiklərə əriş saplarının əsnəyində hərəkət berdonun lövhələrindən asılı olmayaraq zəncirli nəqletdirici vasitəsi ilə verilir. Burada zəncirə bərkidilmiş diyircəklər məkiyin arxasındakı diyircəyə təsir edərək onu hərəkətə gətirir. Bu zaman iki diyircək arasında əriş sapları qalır, azılır və qırılır.
Bir val üzərində yerləşdirilmiş lövhələrlə arqac sapını parçanın işçi kənarına vuran və məkiklərə əriş saplarının əsnəyində hərəkət verən mxanizm –yəni rotorlu PƏM öz inkişafını tapdı.
Məkikləri 14 əriş saplarının əsnəyində 16 hərəkət etdirməkdən ötrü təyin olunmuş zəncirli nəqletdici mexanizm 1 (şəkil 1.8) berdo 15 ilə lövhəli 3 valın 4 arsında yerləşir. Ona görə də məkiklər 14 parçanın işçi kənarından uzaq məsafədə əriş saplarının əsnəyindən keçirilir və bu zaman məkikdən 14 parçanın işçi başlanğıcına 9 qədər olan sahədə əsnəyə tələb olunan uzunluqdan uzun arqac sapı
qoyulur. Parçanın işçi kənarına nəzərən bucaq altında yerləşən arqac sapının böyük uzunluğu əriş sapalrı ilə qarşılıqlı əlaqəyə girərək, bir fazalı toxucu maşınlarındakı uyğun uzunluqla müqayisədə böyük uzunluqda arqac sapı qoyur. Parça elementinə qoyulmuş arqac sapının uzunluğu keyfiyyətli parça istehsal etmək üçün ən vacib parametrdir. Bu mexanizm yaradılana qədər çoxəsnəkli toxucu maşınları üçün yaradılmış bütün vurucu mexaniklərdə arqac sapının parçaya qoyulması uzunluğunun tənzimlənməsini nəzərə alan parametri olmamışdır,yəni bu mexanizmlər arqac sapının parçaya qoyulmasının uzunluğunun keyfiyyətli parça istehsalına təsirini nəzərə almadam yaradılmışdır.
Hal hazırda məlumdur ki, parçaya qoyulmuş arqac sapının uzunluğunun idarə ediməsi parametri olmadan, çoxəsnəkli toxucu maşınlarda bir fazalı toxucu maşınalırnda istehsal edilən parçanın strukturuna uyğun strukturalı parça istehsal etmək olmaz.
Şəkil 1.10 Əriş saplarının parçada bərabər paylanması: məkiklərin hərəkət istiqaməti (A),arqac saplarının hərəkət istiqaməti (Б),vurucu lövhənin dişləri ilə arqac sapının parçanın işçi başlanğıcına vurulması istiqaməti (B)
Beləliklə rotor tipli PƏM yaradılana qədər çoxəsnəkli toxucu maşınları üçün yaradılmış vurucu mexanizmlərdə, klassik bir fazalı toxucu maşınlarında istehsal edilən parçanın strukturuna uyğun strukturda parça istehsal etmək mümkün deyildir, belə ki, arqac saplarının parçanın işçi kənarına vurulmasının texnoloji prosesi onun vurulmadan əvvəl gərginlikli olması üçün heç bir şərait yaratmırdı, hər bir işçi üzv məsələn lövhələrin dişləri məkiklə qoyulmuş arqac sapını tutur və bu diş onu parçanın işçi başlanğıcına əsnək açıq olduqda vurur. Bu mexanizmlərdə əriş saplarının əsnəyinə az uzunluqda arqac sapı qoyulması üçün şərait və arqac saplarının vurulmadan əvvəl yeni əsnək əmələ gəlməsi zamanı əriş sapları ilə uzunluğu boyu sürtünmə qüvvələri ilə yerdəyişməsinin qarşısının alınması üçün sahə yaradılmışdır.
Vurma prosesində berdonun lövhələrinin dişləri arqac saplarına təsir göstərərək onu əyir ,saplarda dartılma qüvvəsi əmələ gəlir ki, bu qüvvə əsnək açıq olduqda öz əyintisini kompensasiya etmək üçün məkikdən əlavə uzunluqda sap dartılır və buna görə də vurucu mexanizmlərin ilkin konstruksiyaları istehsal edilmiş parçada arqac saplarının uzunluğu çox olmuş, əriş və arqac sapalrı arasında qarşılıqlı əlaqə zəif olmuş və bu parçaların strukturu keyfiyyət göstəricilərini təmin etməmişdir.
Apardığımız nəzəri araşdırmalar göstərdi ki, çoxəsnəkli toxucu maşınlarda fasiləsiz üsulla parça istehsal etdikdə vurucu mexanizmin vurucu lövhələrinin əmələ gətirdiyi hər bir vint xəttinin addımında klassik üsulla bir fazalı toxucu maşınalrında uyğun parçanı istehsal etmək üçün yaradılmış uyğun şərait yaradılmalıdır. Bu şəraitlərin yaradılmasını nəzərə almaqla fasiləsiz üsulla parça istehsal edən müasir TMM tipli çoxəsnəkli toxucu maşınlarının PƏM-i yaradılmışdır. şək 1.11.
PƏM tərpənməz və tərpənən berdolardan ibarətdir. Tərpənməz berdo lövhələrdən 9 və 10 təşkil edilmiş iki cərgəli bölüşdürücü çərçivələrdən ibarətdir.Onlar arasındakı boşluğa, adi yastı berdoda olduğu kimi yığılma sırasına uyğun olaraq əriş sapları 13 keçirilir. Bölüşdürücü çərçivənin lövhələri xüsusi profilli metallik örtüklə 14 PƏM-ə bərkidilir və tərpənən berdonun 2 lövhələrinin qarşısında ən böyük dişin 7 təpəsindən (0,5 – 1) mm dəyişən məsafədə yerləşir. Tərpənən berdo, fırlanan dayaqlar üzərində yerləşmiş valdan 1, vurucu lövhələrdən 2 və vurucu lövhələr arasında əriş sapının keçməsi üçün aralıq yaradan üzüklərdən 3 ibarətdir. Vurucu lövhələr val 1 üzərində bir birinə nəzərən müəyyən bucaq qədər dönmüş şəkildə yığılır. Bu zaman vurucu lövhələrin eyni adlı dişləri ərişin əsnəyinin 15 addımının yarısına bərabər uzunluqda addımı olan vint səthini əmələ gətirir ki, burad məkiklər 11 yerləşir.
Şəkil 1.11 TMM tipli çoxəsnəkli toxucu maşınının parçaəmələgətirici
mexanizminin konstruktiv sxemi
PƏM-in valında vurucu lövhələrin 2 birinci ən qısa dişlərinin qabaq tillərinin əmələ gətirdiyi yan vintin yan səthi, valın fırlanması zamanı məkiyin II arxa tili ilə qarşılıqlı əlaqədə olur və onu ərişin açıq əsnəyində hərəkət etdirir. Eyni zamanda həmin dişlərin 4 xarici səthi ilə, məkiklə 11 əsnəkdən keçirilən arqac sapı 12 tutulur və onu parçanın işçi kənarına 16 əsnəyin açıq əsnəkdəki sahəsində əsnəyin zastup fazası sahəsinin «П» başlanğıcına qədər gətirilir. Vurucu lövhənin biririnci qısa dişləri ilə hərəkət etdirilən arqac sapı 12 11 sahəsində parçanın işçi kənarından tələb olunan zastup məsafəsinə bərabər məsafədə klassik toxucu maşınalrında olduğu kimi ona paralel yerləşir.
“П” sahəsində arqac sapları zastup vəziyyətində olan və ərişin 13 əsnəyinin açılan qolları ilə toxunur və onlar arasında sürtünmə qüvvələri yaranır, arqac sapı əriş sapları ilə tutulur və vurma zamanı arqac sapalrının əlavə uzunluqlarının əsnəyə daxil olmasının qarşısı alınır. Vurucu lövhənin 2 sonrakı dişləri 5 və 6 arqac sapını 12 parçanın işçi kənarına 16 gətirməkdə davam edirlər. “B” sahəsində arqac sapı parçanın işçi kənarına yaxın və ona paralel yerləşir. Vurucu lövhələrinin ən hündür dişləri 7, ərişin əsnəyinin maksimal atılması zamanı arqac sapını parçanın işçi başlanğıcına vurur. Vint xəttinin hər bir addımında əsnəkəmələgəlmə prosesi klassik toxucu maşınlarındakı əsnək əmələgəlmə prosesinə uyğun həyata keçirilir.
Dostları ilə paylaş: |